Icma.az
close
up
RU
Havadan havayı su... Yeni texnologiya Azərbaycanda su problemini həll edəcəkmi?

Havadan havayı su... Yeni texnologiya Azərbaycanda su problemini həll edəcəkmi?

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Son dövrlər dünyada su ehtiyatlarının azalması, iqlim dəyişiklikləri və suya tələbatın artması müşahidə olunur. Bu isə planetiiz üçün ciddi böhran vəd edir. Məhz bu səbəbdən “suya qənaət” və “alternativ su mənbələri” kimi anlayışlar bu gün geniş müzakirə olunur.

“Science Advances” nəşrinin tədqiqatları göstərir ki, dünya əhalisinin üçdə ikisi (4 milyard insan) ilin ən azı 1 ayında ciddi su qıtlığı şəraitində yaşayır. Bu insanların təxminən yarısı Hindistan və Çin sakinləridir. Dünyada yarım milyard insan bütün il boyu ciddi su qıtlığı ilə üzləşir.

Başqa bir araşdırmaya görə isə həm su miqdarı, həm də suyun keyfiyyəti nəzərə alınarsa, qlobal əhalinin 58‑64%-i müxtəlif səviyyəli su çatışmazlığı ilə üzləşir.

İsrail bu problemlə mübarizədə uğurlu nümunədir. Belə ki, İsrail dünyanın su qıtlığı ilə üzləşən, lakin bu problemi innovativ yanaşmalarla uğurla həll etmiş ölkələrindən biridir. Təbii su ehtiyatları çox məhdud olan ölkədə illik yağıntı miqdarı azdır və su mənbələri kifayət qədər deyil. Lakin illər ərzində həm dövlət siyasəti, həm də texnoloji inkişaf yolu ilə bu çətinlikləri aradan qaldırmağa nail olunub. İsrailin su strategiyasında əsas yerləri tutan addımlara belə misallar göstərmək olar: tullantı sularının istifadəsi, dəniz suyunun duzsuzlaşdırılması, damla sulama və suyun qənaətlə istifadə edilməsi siyasəti.

Məsələn, İsraildə bütün tullantı sularının təxminən 94%-i toplanır və təmizlənir, 87%-i isə kənd təsərrüfatında istifadə edilir. Ölkədə beş duzsuzlaşdırma zavodu şəhərlərin içməli su tələbatının böyük hissəsini qarşılayır. İsrailin şəhərdaxili içməli su ehtiyacının 80%-dən çoxu duzsuzlaşdırmadan əldə olunur. Bu yanaşma İsrailə həm su asılılığını azaltmaqda, həm də iqlim dəyişikliklərinin gətirdiyi risklərə qarşı müqavimətini artırmaqda kömək edib.

Azərbaycanda su böhranı məsələsi artıq davamlı müzakirə mövzusudur. Gələcəklə bağlı proqnozlar bir o qədər də ürəkaçan deyil. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı Su Həftəsi çərçivəsində bildirib ki, Beynəlxalq Təbii Ehtiyatlar İnstitutunun 2040-cı il üçün hazırladığı hesabatda quraqlıqdan əziyyət çəkəcək 33 ölkə siyahısında Azərbaycan 18-ci yerdə qərarlaşıb.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin sözlərinə görə, şərti su qıtlığı riski ilə üzləşən ölkələrin siyahısı hər il genişlənir və Azərbaycan da bu siyahıda yer alır. Ölkəmizin su anbarlarında 16 milyard kubmetr həcmində su ehtiyatının mövcudluğunu diqqətə çatdıran M.Babayevin sözlərinə görə, bu ehtiyatlardan səmərəli istifadə xüsusi əhəmiyyət kəsb edir.

Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov isə Bakupost.az‑a açıqlamasında bildirib ki, bu, yeni hal deyil, Azərbaycanda su problemi əvvəllər də mövcud olub:

“Sovet dövründə Bakı şəhərinin xeyli hissəsində mənzillərdə suyun gün ərzində cəmi 4‑5 saat verilməsi köhnə nəslin nümayəndələrinin yadındadır. Əhalinin sayının artması, çoxmənzilli binaların inşa edilməsi ilə son 20‑25 ilə yaxın müddətdə ölkədə suya tələbat əhəmiyyətli dərəcədə artıb. Rayonlardakı su problemi heç də böyük şəhərlərdəkindən az deyil. Təbii su mənbələrinin azalmasının şahidi olmaq üçün ilin isti dövründə Quba‑Xaçmaz, Şəki‑Zaqatala kimi regionlardan axan çayların qurumuş dərələrinə baxmaq kifayətdir. Suvarma əhəmiyyətli bu çaylarda suyun belə az olması vəziyyətin yaxşı olmadığını göstərir. Fermerlər əkin sahələrinin suvarılmasında yaranan problemlər və gecikmələrlə əlaqədar istədikləri qədər məhsul əldə edə bilmirlər. Quba, Şabran, Siyəzən, Xızı, Hacıqabul, Qobustan, Şamaxı, Ağsu, Samux, Ağstafa və quru iqlim şəraiti olan digər yerlərdə suyun əlçatanlığı istənilən səviyyədə deyil. Azərbaycan təkcə su çatışmazlığından əziyyət çəkən ölkə deyil, həm də qonşu ölkələrin ərazisində formalaşan yerüstü su ehtiyatlarından ən çox asılı vəziyyətdə olan dünya ölkələrindən biridir".

Rövşən Kərimov əlavə edib ki, havadan suyun əldə edilməsi reallıqdır və bu praktika xarici ölkələrdə çoxdan mövcuddur:

“Müasir dövrdə havadan suyun əldə edilməsinin təkmil yolları mövcuddur, onlardan xarici ölkələrdə istifadə edilir və ölkəmizdə də istifadə ediləcək. Soyutma əsaslı sistemlər adlandırılan xüsusi qurğuların işləmə prinsipi belədir ki, rütubətli hava şəraitində havadakı su kondensasiya yolu ilə mayeyə çevrilir və saxlanılır. Digər təkmil üsullar da mövcuddur. Məsələn, qurğular vasitəsilə dumanı əmələ gətirən maye damcılarını havadan götürərək suya çevirmək mümkündür. Bu istiqamətdə texnologiyalar getdikcə genişlənir. Son 30 ildən artıq müddətdə havadan suyun əldə olunma texnologiyaları təkmilləşib və hazırda bir çox ölkələrdə geniş istifadə edilir. Havadakı suyu mayeyə çevirmə yolu ilə bir çox quraq ərazilərin su çatışmazlığı problemlərini həll etmək mümkün olur.

Hazırda ABŞ‑də, Braziliyada, Birləşmiş Ərəb Əmirliklərində, İsraildə, Çilidə, Çində, Polşada, Keniyada və onlarla digər ölkədə həmin texnologiyalar tətbiq olunur. Qeyd etmək lazımdır ki, havadan suyun əldə edilməsi təmiz, keyfiyyətli suyun əlçatanlığını təmin edir, eyni zamanda havanı çirkləndirmir və ekoloji cəhətdən təmiz sayılır. Havadan suyun əldə edilməsinin daha bir üstünlüyü var: bu üsül ucqar, təbii şəraiti əlverişsiz sayılan, təbii fəlakət zonası hesab edilən və müvafiq infrastrukturun yerləşdirilməsi mümkün olmayan ərazilərdə də tətbiq edilə bilər. Bəzi tədqiqatlarda gələcəkdə 1 milyarda yaxın insanın havadakı suyun istifadəçisi olacağı qeyd olunur. Azərbaycanda xarici ölkələrin təcrübəsini öyrənməklə havadan suyun alınması texnologiyasına keçilməsi içməli suya böyük ehtiyacın olduğu müasir dövrdə yeni su mənbələrindən istifadə sahəsində çox mühüm addım olacaq.”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasov da Bakupost.az ‑a açıqlamasında bildirib ki, Azərbaycanda su ehtiyatlarının iqlim dəyişmələrinin təsiri nəticəsində azalması baş verir:

"Digər bir amil isə suya tələbatın getdikcə artmasıdır. Yəni, tələb və təklif arasında tarazlıq pozulur. Təbiətdən gələn su, iqlim dəyişmələrinin təsiri nəticəsində azalır, bizim isə suya olan tələbimiz artır. Bunun nəticəsində, əlbəttə ki, getdikcə su qıtlığı kəskinləşir. 2040‑2070‑ci illər ərzində Azərbaycanda su ehtiyatlarının 15‑20% azalacağı gözlənilir. Biz bu istiqamətdə çox yaxşı olar ki, Kür hövzəsinin yuxarı hissəsində yerləşən ölkələrlə, xüsusilə Türkiyə ilə birbaşa danışıqlar aparaq. Gürcüstanla, Ermənistanla bu sahədə danışıqların aparılması çox zəruridir. Bu məsələyə gec‑tez toxunulmalıdır. Əlbəttə ki, Ermənistanla hələ sülh müqaviləsi yoxdur. Amma inanıram ki, sülh müqaviləsi bağlandıqdan sonra ilkin olaraq həll edilməli olan məsələlərdən biri də Ermənistandan Azərbaycana gələn çayların həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yaxşılaşdırılması olacaq.

Havadan su əldə olunmasına gəldikdə isə buna etibarlı bir alternativ mənbə kimi baxmaq olmaz. Bu, çox məhdud, su qıtlığı olan yerlərdə tətbiq olunur. Su, enerji ilə işləyən qurğularla əldə olunur. Bu, daha çox o ərəzilərdə tətbiq olunur ki, orada nisbi rütubət yüksək olur.

Peruda, Çilidə belə qurğulardan istifadə olunur, gündəlik ehtiyacları qismən təmin etmək üçün əldə tətbiq edirlər.

Bəzən görürsən ki, hərbi hissələrdə su mənbəyi yoxdur, müvəqqəti olaraq havadan su əldə etmək üçün bu üsuldan istifadə edirlər. Yenə deyirəm, bu, yalnız o ərazilərdə mümkündür ki, havanın nisbi rütubəti çox yüksək olsun, əks halda bu, səmərəsizdir. Bizdə, deyək ki, bəzi qışlaqlarda, harada ki, su ümumiyyətlə olmur, bir quyuya alternativ olaraq bu qurğuların tətbiqi ilə pilot layihələr həyata keçirmək mümkündür ki, görək bunun effekti nədir”.

Görünür ki, tarix boyu ən çətin sınaqlardan çıxan Azərbaycanın növbəti sınağı su qıtlığıdır. Resursların planlı istifadəsi və texnologiyanın tətbiqi olmadan böhran daha da dərinləşəcək. İsrailin təcrübəsi göstərir ki, su qıtlığı bir ölkəni susuz buraxa bilər, lakin ağıllı idarəetmə, elm və insan məsuliyyəti bir milləti bu çətinlikdən çıxara bilər. Amma unudulmamalıdır ki, texnologiyalar və layihələr nə qədər inkişaf etsə də, qənaət etməyi öyrənməyən cəmiyyətin suyu yenə tükənəcək. Hər lüzumsuz axıdılan damcı gələcəyimizdən azalır.

Unutmayaq ki, biz suya sahib deyilik, sadəcə onu növbəti nəsillər üçün qoruyub saxlayan müvəqqəti əmanətçilərik.

Aysel,

BakuPost


QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see159

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see145

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see141

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

13 Sentyabr 2025 23:14see138

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see136

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see134

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see131

Aysel hovuz kənarından FOTOlarını yaydı

14 Sentyabr 2025 03:04see131

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see130

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see130

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see130

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see129

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see129

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see129

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see128

Bu il Türkiyədən Azərbaycana nə qədər pal paltar idxal olunub?

13 Sentyabr 2025 20:17see127

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see126

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

14 Sentyabr 2025 03:08see126

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see125

Zaqatalada yanğın Fərdi yaşayış evi yandı

14 Sentyabr 2025 00:00see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri