Icma.az
close
up
RU
Havadarlarını bir bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır

Havadarlarını bir bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Bakı və İrəvan danışıqları müstəqil aparmağa qadir olduqlarını söyləyib. "Rusiya İrəvanla Bakı arasında danışıqlara kömək etməyə hazırdır, lakin onlar danışıqları müstəqil aparmağa qadirdirlər", - Kremlin sözçüsü vurğulayıb.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Ermənistanda Paşinyan hakimiyyəti baş nazir bir çox təşkilatlardan asılı vəziyyətdədir: “Ermənistan gah Qərbə, gah Avropaya arxalanır, Fransanın dedikləri ilə hərəkət edir. Digər tərəfdən Rusiya ilə də gərgin qarşıdurmaya getmir və ikibaşlı oyun oynayır. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesində heç bir vasitəçinin olmaması Azərbaycanın maraqlarına uyğundur, burada Ermənistanın qəti fikri müəyyən deyil”.

Tahir Rzayev

Tahir Rzayev qeyd edib ki, Paşinyan özündə qətiyyət tapıb, konkret mövqe nümayiş etdirməli və heç bir dövlətin vasitəçiliyi olmadan Azərbaycanla münasibət yaradıb, sülh müqaviləsinin imzalanması üçün operativ addım atmalıdır.

“Bu addım bu gün üçün çox vacibdir. İqtisadi, siyasi böhran vəziyyətində olan Ermənistan üçün bu daha əhəmiyyətlidir. Çünki Ermənistan artıq öz havadarlarını itirir və itirməkdədir. Ona yaxından kömək edən, Paşinyanı hakimiyyətə gətirən “SOROS” fondu artıq məhvə gedir. USAID ləğv olunmaqdadır. Fransa da ciddi siyasi "tənəzzül" dövrünü yaşayır. Makron nüfuzunu beynəlxalq aləmdə tamamilə itirib. Seçkilərdən sonra ABŞ-da da tamam başqa bir siyasi vəziyyət yaranıb. Artıq Bayden hakimiyyəti mövcud deyil. Trampın Ermənistana münasibəti o qədər də sağlam deyil. Öz dayaqlarını, köməyini, havadarlarını itirən Ermənistan indi vəziyyətdən çıxış yolu tapmalı, danışıqlara gəlməli və heç bir iştirakçı, vasitəçi olmadan sülh müqaviləsinin imzalanmasına imkan yaratmalı, qarşı tərəf olaraq imza atmalıdır”-deyə Tahir Rzayev bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Fevral 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri