Icma.az
close
up
RU
Hayların amerikalılardan gözlədikləri və qorxduqları “SÜRPRİZLƏR” TƏHLİL

Hayların amerikalılardan gözlədikləri və qorxduqları “SÜRPRİZLƏR” TƏHLİL

Sia Az saytına istinadən Icma.az xəbər verir.

ABŞ ilə “razılaşma” kimi qələmə verilən və Strateji Tərəfdaşlıq Xartiyası adlı son sənədin məhz Ermənistanı nüvə sınağı poliqonuna çevirəcəyi qorxusu hayların yuxularını ərşə çəkib. Bu qorxu heç də təsadüfi deyil. Artıq ermənilər başa düşürlər ki, onların çox acınacaqlı bir durumda, ehtiyac içərisində, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında olan ölkələri ilə hansısa “tərəfdaşlıq” adında sənəd imzalamağa amerikalılar maraqlı ola bilməzlər və deməli, ortada hayları gözləyən dırnaqarası “sürprizlər” olması ehtimalı daha böyükdür. Həmin sürprizlərdən birinin də məhz Ermənistan ərazilərinin nüvə sınağı poliqonuna çevrilməsi olacağı ehtimalı daha böyükdür.

Dırnaqarası əməkdaşlığın əsas problemlərindən birinin “enerji suverenliyinin” itirilməsi olduğu qənaətində olan haylar narahatdırlar

Əslində, ABŞ-la bu yaxınlarda imzalanmış sənədlə, Strateji Tərəfdaşlıq Xartiyası ilə bağlı bir çox erməni siyasətçiləri, politoloqları, ekspertləri belə “öz sözlərini” deyiblər. Bir çoxları bu məsələdə, daha dəqiq desək, sənəddə çoxlu mübahisəli məqamların olduğunu da qeyd edirlər. Bir sözlə, haylar amerikalılarla bağladıqları son sənədə də şübhə ilə yanaşırlar və elə hesab edirlər ki, həmin sənəd də, bağlanılan dırnaqarası tərəfdaşlıq da başlarına davamlı şəkildə “bəlalar” gətirə bilər. Hər halda, erməniləri daha çox narahat edən məsələnin nə olduğu əvvəldən bəllidir və bunu elə təkcə özləri deyil, məhz amerikalılar da yaxşı bilirlər.

Sözsüz ki, Amerika ilə dırnaqarası əməkdaşlığın əsas problemlərindən birinin məhz “enerji suverenliyinin” itirilməsi olduğu qənaətində olan hayları nələr narahat etdiyi bəllidir. Çünki haylar başa düşürlər ki, ABŞ ilə belə bir sənədə imza atmaqla, Xartiya adında hansısa qondarma Strateji Tərəfdaşlıq barədə danışıqlar belə aparmaqla, onlar çox şeydən, xüsusən də Metsamor AES kimi bir stansiyadan məhrum ola bilərlər. Başa düşürlər ki, belə məuliyyətsiz davranışları fonunda rusların həmin stansiyadan “nəzərlərini” çəkmiş ola biləcəkləri və bununla da məhrumiyyətləri real görünür. Onu da dərk edirlər ki, həmin o sözügedən stansiyadan, Metsamor AES-dən “imtina” nəticədə amerikalıların kiçik modul stansiyalarının riskli texnologiyalarının öz torpaqlarında sınaqdan keçirilməsi ilə nəticələnə bilər.

Amerikalılardan dırnaqarası “sürprizlər” gözləyən hayların yuxularını qarışdırmaları başadüşüləndir

Haylar yaxşı bilirlər ki, məhz qəzalı vəziyyətdə olduğuna görə Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasında Bakı və Ankara uzun müddətdir maraqlıdır. Sözsüz ki, ümumilikdə, Cənubi Qafqaz üçün təhlükəli hesab olunan bu Atom Elektrik Stansiyasının fəaliyyəti həqiqətən də dayandırılmalıdır. Dəfələrlə təmir edilən və bununla belə hələ də təhlükəli sayılan Metsamor AES kimi qəzalı vəziyyətdə olan istənilən Atom Elektrik Stansiyası fəaliyyətini nə olur-olsun onsuz da dayandırmaq lazımdır, amma haylar bunu heç nə başa düşə, nə də qəbul edə bilirlər. Xüsusən də iqtisadi baxımdan tənəzzüldə olan bir ölkə üçün belə bir enerjidən imtina etmək heç hayların ağıllarına belə sığışdıra bilmədikləri məsələdir. Lakin ermənilər nəzərə almalıdırlar ki, gec-tez bu stansiyadan əlləri üzüləcək. Bununla belə hələlik buna heç psixoloji baxımdan belə hazır deyillər. Bax elə məhz belə hazırlıqsız məqamda, istəklərindən, fikirlərindən asılı olmayaraq əlləri həmin o Metsamor AES-dən üzüldüyündə nə ilə qarşılaşacaqlarının qorxusunu yaşayırlar.

Haylar əvvəla ona görə qorxurlar ki, Metsamor AES öz fəaliyyətini dayandırmaqla onlar enerji baxımından acınacaqlı halla qarşı-qarşıya qalacaqlar. Digər tərəfdən də axı bu stansiya əllərindən çıxdığı təqdirdə məcburi şəkildə amerikalıların həmin o qeyd etdiyimiz modul stansiyalarından başqa ümid yerləri də olmayacaq. Yəni, istər-istəməz Amerikanın modul stansiyaları ilə razılaşmalı olacaqlar və bunun da sonra nəyin bahasına onlara başa gələcəyi özlərinə də qorxulu gəlir. Çünki belə hesab edirlər ki, Ermənistan amerikalılar üçün nüvə, atom sınağı poliqonuna çevrilə bilər. Əslində, çevrilə bilər yox, elə çevriləcək də. Çünki amerikalılar üçün ermənilər, onların qarşılaşa biləcəkləri faciələr heç də hansısa əhəmiyyət kəsb etmir və hər zaman olduğu kimi, yenə də öz maraqları naminə Cəmubi Qafqazın məhz Ermənistan adında cırtdan ölkəsini oyuna atmaq ABŞ üçün adi haldır. Məhz bu nöqteyi-nəzərdəm Ukrayna təcrübəsini gözü önünə alan hayların Amerikadan “sürprizlər” gözləməsi, buna görə də yuxularını belə qarışdırmaları başadüşüləndir.

Hayların qorxuları məhz mahiyyət etibarı ilə Ermənistan ərazisinin radioaktiv bombalarla doldurulacağı ilə bağlıdır

Haylar indi yenə də qorxudan bir hay salıblar ki, gəl görəsən və sən demə, onların ali rəhbərliyi hansısa fəlakəti heç nəzərə də almırmış, hansıki guya bu bir yenilik imiş. Görünür, amerikalılar elektrik enerjisi istehsalını kiçik modul reaktorlarla əvəz edəcəkləri barədə vəd ediblər deyə Ermənistan rəhbərliyi bir qədər “sakitləşib”, amma bu sakitlik erməni cəmiyyətini daha çox narahat edir. Çünki bu cəmiyyət öz hakimiyyətlərinə nəinki güvənmir, əksinə, ehtiyat edir və qorxur da. Baxmayaraq ki, innovativ texnologiyalar amerikalılar tərədindən hələ də bu vaxta qədər sınaqdan keçirilməyib və indiyə qədər yalnız kağız üzərundə mövcud olub,bunun real müstəvidə tətbiqi hayların kürkünə birə salıb. Ona görə onların kürkünə birə salıb ki, hayların qorxuları məhz mahiyyət etibarı ilə Ermənistan ərazisinin radioaktiv bombalarla doldurulacağı ilə bağlıdır.

Ermənilər yaxşı başa düşürlər ki, nüvə sənayesində elmi tədqiqatdan praktik sınaqlara qədər olan yol çox uzun və təhlükəlidir. Haylar onu da bilirlər ki, ABŞ Metsamor AES-i gələn il bağlamağı planlaşdırır. Lakin Rosatomun öz növbəsində enerji bloklarının işini 2036-cı ilə qədər uzatdığı da onlara bəllidir. Bu baxımdan da hesab edirlər ki, ölkələrinin hakimiyyət komandası sabitlikdə qətiyyən maraqlı deyil və amerikalı “tərəfdaşlarını” sevindirmək üçün onlar Ermənistanda elektrik enerjisinin 40%-ni istehsal edən AES-i alternativ enerji ilə, tədqiq edilməmiş modul tipli atom elektrik stansiyaları ilə əvəz etməyə hazırdırlar. Qorxularına daha bir səbəb də odur ki, vaxtilə bu yolu hələ də enerji tələsindən çıxa bilməyən Avropa Birliyi artıq seçmişdi və bu baxımdan indi də dırnaqarası “sürprizlərin” onları gözlədiyi qənaətindədirlər.

Rusiyadan uzaqlaşmaqla Ermənistanın birbaşa Qərbin mərhəmətindən asılı qalacağı qorxusu göz önündədi

İndi Ermənistan ictimaiyyəti belə bir qənaətdədir ki, həmin ölkə hakimiyyəti, daha doğrusu həmin ölkənin indiki rəhbərliyi Rusiyanın adının Ermənistanın enerji inkişafı strategiyasından silinməsi üçün hər şeyə hazırdır. Bax elə həmin o erməni cəmiyyətini də qorxuya salan məhz budur. Bu məqamda Xartiya adında hansısa sənəd də haylara qorxulu nağılları xatırladır. Çünki belə hesab edirlər ki, bu sənədi imzalamaqla, birbaşa ruslarla “vidalaşmış” olublar və beləliklə də məhz ruslardan uzaqlaşmaqla da Ermənistan qeyri-stabil enerji küləkləri ilə birbaşa Qərbin mərhəmətindən asılı qalacaq. Heç şübhəsiz ki, erməni cəmiyyətinin belə bir qorxu keçirməsi üçün əsası da var. Çünki ətrafda baş verənlərdən də xəbərdardırlar və Amerikanın dırnaqarası sürprizlərindən də qorxmalarının köklü səbəbləri var.

Diqqətə çatdırmaq indi yerinə düşür ki, məhz Avropa həqiqətən də "yaşıl" enerji sahəsində öz yenilikləri və təcrübələri səbəbindən ciddi problem içindədir. Bu problemləri sadalamaqla bitən deyil, amma cəmi bir neçə misal, nümunə belə məsələnin mahiyyətini ortaya qoymaq üçün kifayət edir. Məsələn, artıq İspaniyada atom elektrik stansiyalarının bağlanması ilə bağlı etirazlar başlayıb, Böyük Britaniyada elektrik enerjisinin qiymətləri fəlakətli şəkildə artıb, Danimarkadakı külək turbinləri isə yerli enerji şirkətini 1,69 milyard dollar zərərlə qarşılaşmağa gətirib çıxarıb. Bax elə bütün bunlar hayların kürkünə birə düşməsi üçün yetərlidir. Çünki ermənilər hesab edirlər ki, amerikalılar onların ölkələri üçün də eyni nəticəni istəyirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Yanvar 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri