Icma.az
close
up
RU
Haymoritin diaqnostikası və müalicəsi

Haymoritin diaqnostikası və müalicəsi

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Müayinənin ilk addımı – xəstənin şikayətlərini dinləmək və həkim baxışını keçirməkdir. Diaqnozu dəqiqləşdirmək üçün həkim əksər hallarda burunətrafı ciblərin rentgen müayinəsini təyin edir.

Normal halda həmin ciblərin rentgen-kontrastlığı göz yuvası ilə eyni olur, iltihab zamanı isə - həmin nahiyə rentgen-şəkildə daha açıq görsənir. Lakin bu qaydanın istisnaları da var, odur ki, digər hallarda olduğu kimi, rentgen nəticələrinin qiymətləndirilməsi və diaqnozun qoyulması həkimin vəzifəsidir.

Son zaman haymoritin diaqnostikası üçün daha müasir üsul olan kompyuter tomoqrafiyası da istifadə edilir.

Haymoritin müalicəsi

Haymoritin ağır fəsadlarının qarşısını almaq və müalicənin effektivliyini artırmaq məqsədilə müalicəyə vaxtında başlamalı və ciddi yanaşılmalıdır. Bu xəstəliyin ilk əlamətləri qeyd edildikdə dərhal LOR-həkimə müraciət etmək vacibdir. Unutmayın ki, vaxt itkisi müalicəni çətinləşdirə bilər.

Burun ifrazatının laborator müayinəsindən sonra, törədici mikroorganizmin növündən (streptokokk, stafilokokk, xlamidiya, mikoplazma və s.) asılı olaraq, həkim müvafiq antibiotik təyin edir. Antibiotik düzgün seçilməzsə, onun patogen mikroblara təsiri çox zəif və yaxud heç olmaya bilər.

Haymor ciblərindən burun boşluğuna keçəcəkləri açmaq və bu cibləri irindən və selikdən azad etmək üçün damardaraldıcı damcılar istifadə edilir. Bu damcıları düzgün tətbiq etmək üçün xəstə əvvəl sağ böyürü üstə uzanır və dərmanı burunun sağ dəliyinə damızdırır və 5 dəqiqə bu vəziyyətdə qalır. Sonra sol böyürü üstə uzanaraq eyni ilə bu proseduru təkrar edir. Daha 5-10 dəqiqədən sonra burnunu təmizləyir. Bunun ardınca isə bakteriya və iltihab əleyhinə damcılar tətbiq edilir. Damardaraldıcı damcılar 5 gündən artıq qəbul edilmir – uzun müddətli istifadə burunun selikli qişasının atrofiyası (nazilərək fəaliyyət qabiliyyətinin zəifləməsi) ilə nəticələnir.

Allergik simptomların və ödemin aradan qaldırılması üçün atihistamin preparatlar, immunitetin artırılması üçün isə vitaminlər təyin edilir. Kəskinləşmə dövrünün xaricində fizioterapevtik müalicə – ultrabənövşəyi şüalar və isidici prosedurlar tətbiq olunur.

Haymor cibinin aseptik məhlulla yuyulması haymoritin müalicəsində tez-tez istifadə olunan üsullardandır. Bunun üçün burunun selikli qişası ağrısızlaşdırılır və həkim burun boşluğu ilə haymor cibi arasında olan divarı nazik yerindən iynə ilə dəlib haymor cibinə davamlı olaraq aseptik məhlulu yeridir və bununla da cibləri irindən tam təmizləyir. Bundan sonra oraya infeksiya və iltihab əleyhinə məhlullar yeridilir. Haymor cibinin punksiyası adlanan bu manipulyasiya çox məsuliyyətli olduğuna görə, yalnız təcrübəli və müvafiq ixtisaslı mütəxəssis tərəfindən yerinə yetirilir, əks halda isə səhv aparılan bu əməliyyat nəticəsində irinin göz yuvasına və digər ətraf toxumalara sirayət etməsi riski yaranır.

Çox vaxt bu proseduru bir neçə dəfə tətbiq etmək lazım olur, lakin növbəti dəfə həkim məhlulu birinci punksiya zamanı açdığı eyni dəlikdən yeridir və buna görə də təkrar prosdurlar daha asan keçir. Müasir zamanda həkim həmin dəliyə xüsusi borucuq (kateter) taxaraq, təkrar prosedurları da bunun vasitəsilə yerinə yetirə bilər. Haymor cibinin punksiyası və yuyulması müalicənin effektivliyini dəfələrlə artırır.

Haymoritin profilaktikası

Düzgün və vitaminləşdirilmiş qidalanma, idman və fiziki fəallıq, təmiz havada gəzintilər, lazımi qədər yuxu və istirahət – immunitetin artması üçün vacib səbəblərdəndir. Bu isə, digər xəstəliklərdə olduğu kimi, haymoritin də profilaktikasında mühüm amildir.

Bundan əlavə, burun tənəffüsünün çətinləşməsi hallarına biganə yanaşmamaq, burun, boğaz, qulaq və tənəffüs yolları xəstəliklərinin, eləcə də kariyesli dişlərin və ağız boşluğu problemlərinin müalicəsi ilə vaxtında və əsaslı məşğul olmaq lazımdır. Ümumiyyətlə, organizmdə mövcud olan istənilən infeksion və ya iltihabi proses qətiyyən diqqətdən yayınmamalıdır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 07:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri