“Hazırda danışıqlar aparılmır” Ağ Ev
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt hazırda ABŞ və İran arasında heç bir danışıqların aparılmadığını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində bildirib.
“Hazırda danışıqlar aparılmır və Prezident onların məzmunlu şəkildə masa arxasında əyləşəcəyini hiss edənə qədər bu belə də davam edəcək. Biz hələ ki bunu görmürük”, – deyə Levitt vurğulayıb.
Mətbuat katibi Birləşmiş Ştatların diqqətini İrana iqtisadi təzyiq göstərməyə yönəltdiyini və dövlət başçısının bütün fəaliyyət variantlarını masa üzərində saxladığını əlavə edib:
“Biz onların ordusunu məhv etmək üçün “Epik Qəzəb” əməliyyatını həyata keçirdik. İndi isə iqtisadiyyatlarını sıradan çıxarmaq üçün “İqtisadi Sürgün” əməliyyatını icra edirik”.
Qeyd edək ki, ABŞ avqustun 24-də İrana qarşı “İqtisadi Sürgün” əməliyyatına başlayıb. ABŞ Maliyyə naziri Skott Bessentin sözlərinə görə, bu kampaniya çərçivəsində Vaşinqton İranın bütün maliyyə mənbələrini bloklayacaq. Eyni zamanda, İrana kömək edəcək bütün ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 27 Avqust 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















