“Hazırda Mingəçevirdəyəm, iki gündü komandaya qoşulmuşam” yeni transfer danışdı
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futbol üzrə ölkə çempionatının 1-ci liqasında mübarizə aparan “Mingəçevir” heyətini gücləndirməkdə davam edir.
Dünən yeni sponsora qovuşan “nur şəhəri”nin təmsilçisi “Qəbələ”dən ayrılan Mehrac Baxşalı ilə müqavilə imzalama yaxındı. Artıq tərəflər arasında ilkin danışıqlar müsbət yekunlaşıb. Yaxın günlərdə futbolçu ilə rəsmi müqavilə imzalanacaq. Yayılan xəbərlərin nə dərəcədə doğru olduğunu Mehrac bəydən soruşduq.
Onun “Football-plus.az” cavabı:
“Bəli, keçid baş tutub. Hazırda Mingəçevirdəyəm, iki gündü komandaya qoşulmuşam. Füzuli müəllim dəvət edib”.
Xatırladaq ki, Mehrac buna qədər “Şamaxı”nın düşərgəsində olsa da, keçidi baş tutmayıb.
ƏSƏD SEYİDOV
Baxış sayı:73
Bu xəbər 16 Yanvar 2025 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















