Hazırda respublikanın 4 prokuroru qadındır Komitə sədrinin müavini
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Prokurorluq orqanlarında müəyyən vəzifələrə qadınlar təyin olunub. Əvvəllər prokuror deyəndə gözümüzdə kişi canlanırdı. Amma indi respublikanın 4 prokuroru qadındır. Bu da Baş prokuror Kamran Əliyevin bu mövzuya özünün çox müsbət münasibətidir. Çox yaxından əməkdaşlıq edirik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.
Komitə sədrinin müavini bildirib ki, Daxili İşlər Nazirliyində qadın işçilərin sayı artıb və müəyyən rəhbər strukturlarda irəli çəkiliblər: "Məhkəmə strukturunda qadınların sayı artıb. Daxili işlər orqanlarında xidmətə qəbul olunan qadın əməkdaşların sayı 1,6 faiz artıb. Məhkəmə sisteminə daxil olan məhkəmələrdə hakim korpusunun ümumi sayının 26,1 faizi, məhkəmə aparat işçilərinin 53 faizi qadınlardır. Qadın vəkillərin sayının 8,5 faiz artması var".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 May 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















