Komitə sədrinin müavini: “Din xadimlərinin II Forumunda respublikanın bütün bölgələri təmsil olunur”
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Din xadimlərinin II Forumunda respublikanın bütün bölgələri təmsil olunur”
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O bildirib ki, Din Xadimlərinin Forumu tərkibinə görə digər ölkələrdə keçirilən forumlardan fərqlənir:
“Bu fərq ondan ibarətdir ki, forumda yalnız bir dini mənsubiyyətə və ya konfessiyaya aid din xadimləri deyil, ölkəmizdə fəaliyyət göstərən bütün dini konfessiyaların və dini icmaların nümayəndələri iştirak edirlər. Forumda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə yanaşı, rus pravoslav və gürcü pravoslav kilsələrinin, lüteran kilsəsinin, eləcə də digər xristian dini icmalarının təmsilçiləri iştirak edir. Forumun məqsədi dini sahəyə dair aktual mövzuları müzakirə etməkdir”.
Naibə Məmmədova, Pərviz Allahverdiyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 24 Dekabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















