Hazırda sıxlıq olan yollar SİYAHI
Unikal-dan alınan məlumatlara görə, Icma.az xəbər verir Hazırda sıxlıq olan yollar SİYAHI.
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
"Unikal" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

