Icma.az
close
up
RU
Hazırkı dövrdə üç və daha artıq uşağı olan ailələr də çoxuşaqlı sayılmalıdır AÇIQLAMA

Hazırkı dövrdə üç və daha artıq uşağı olan ailələr də çoxuşaqlı sayılmalıdır AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Son zamanlar cəmiyyətimizdə beş və daha çox uşağı olan ailələrə aylıq müavinətin ödənilib-ödənilməməsi ilə bağlı xeyli suallar yaranıb.  “Əmək pensiyaları haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınlar və kişilər 5 il daha tez pensiyaya çıxırlar.  Bu Qanuna görə, 5 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunurlar. 
Bəs bu yalnız beş uşağı olan ailələrə şamil edilməlidir?
Sosioloq Lalə Mehralı bu barədə Demokrat.az-a açıqlamasında bildirib ki, qanunlara görə 6 uşağı olanlar çoxuşaqlı ailə sayılır:
“Bu gün ölkəmizdə 6 uşağı olan çox az ailə var. Yəni, çoxuşaqlılıq meyarından çox az ailə yararlanır. Ölkə üzrə belə ailələrin sayı 5-6 mindir. Ümumiyyətlə, 6 uşağı dünyaya gətirib, böyütmək çox böyük məsuliyyətdir. Çoxuşaqlılıq əslində, gözəl şeydir. Bir millətin gələcəyi, bir dövlətin qarantıdır. Həm suverenliyi baxımından, həm təhlükəsizliyi baxımından, həm ümumilikdə demoqrafik vəziyyət baxımından çoxuşaqlılıq yaxşı bir vəziyyətdir. Biz əslində, çalışmalıyıq ki, insanlar nəsil artırmaqda maraqlı olsun. Yəni, çoxuşaqlılığı təbliğ etməliyik”.
Sosioloq əlavə edib ki, insanlara çoxuşaqlılığa görə dəstək verilməlidir:

“Çoxuşaqlı deyəndə üç və daha artıq ailələri nəzərdə tuturam. Hazırkı dövrdə üç və daha artıq uşağı olan ailələr də çoxuşaqlı sayılmalıdır. Halbuki 6 uşaq olanlar çoxuşaqlı sayılır. 5 uşağı olanlar da var ölkəmizdə, amma onlar çoxuşaqlı sayılmır. Normalda onlar da sayılmalıdır. İndi hansı ailəyə baxırsan, 1 və ya 2 uşaqla kifayətlənir. Amma 3 uşağı olan ailə çoxuşaqlılıq meyarına aid edilsə, insanların özünün marağı yaranar. Nəsil artırmaqda maraqlı olarlar. Ailələr uşaqların böyümə prosesi, təhsil, qidalanma yəni təminat məsələsində dövlətin kölgəsini üzərində hiss edər və nəsil artırmaqda maraqlı olarlar. Ona görə çoxuşaqlılıq meyarını aşağı salmaq lazımdır”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Mart 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see159

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri