Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Hazırkı proseslər çox vaxt “efirin təmizlənməsi” kimi xarakterizə olunur”

“Hazırkı proseslər çox vaxt “efirin təmizlənməsi” kimi xarakterizə olunur”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə Azərbaycan televiziya məkanında müşahidə olunan dəyişikliklər artıq təkcə kosmetik yenilənmə deyil, sistemli və strateji transformasiya kimi qiymətləndirilir. Xüsusilə son bir ay ərzində efir siyasətində aparılan islahatlar həm məzmunun keyfiyyətinə, həm də televiziya institutunun cəmiyyət daxilində roluna yenidən baxılmasına səbəb olub. Bu dəyişikliklər uzun illər tənqid olunan problemlərin aradan qaldırılmasına yönəlmiş kompleks yanaşmanın nəticəsi kimi diqqət çəkir.

Uzun müddət Azərbaycan televiziya kanallarında müşahidə olunan əsas problemlərdən biri məzmunun səviyyəsinin aşağı düşməsi, etik normaların pozulması və reytinq naminə populist yanaşmaların üstünlük təşkil etməsi idi. Xüsusilə gündüz və axşam proqramlarında qalmaqal, süni emosiyalar, şəxsi həyatın ifşası və bəzən cəmiyyət üçün mənfi nümunələr yaradan diskussiyalar geniş yer alırdı.

Bu vəziyyət haqlı olaraq tədricən “efir deqradasiyası” kimi xarakterizə olunmağa başlamışdı. Media ekspertləri və ictimaiyyət nümayəndələri dəfələrlə vurğulayırdılar ki, televiziya yalnız kommersiya platforması deyil, eyni zamanda ictimai şüurun formalaşdırılmasında mühüm rol oynayan maarifləndirici, bilgiləndirici alətdir. Bu səbəbdən efirin keyfiyyətinin aşağı düşməsi birbaşa cəmiyyətin mədəni və intellektual səviyyəsinə təsir göstərir.

Məhz bu reallıqlar fonunda efir siyasətində köklü dəyişikliklərin aparılması zərurətə çevrildi. Son bir ayda atılan addımlar isə göstərdi ki, bu dəyişikliklər artıq konkret nəticələr verməyə başlayıb.

Son dövrlərdə televiziya kanallarında aparılan dəyişiklikləri bir neçə əsas istiqamət üzrə qruplaşdırmaq mümkündür:

1. Qalmaqallı proqramların məhdudlaşdırılması

Ən diqqətçəkən dəyişikliklərdən biri ictimai qınaq doğuran, etik çərçivələri aşan proqramların ya bağlanması, ya da formatının dəyişdirilməsidir. Bu, efirin daha sağlam informasiya mühiti kimi formalaşdırılması istiqamətində mühüm addım hesab olunur.

2. Maarifləndirici kontentin artması

Yeni yanaşma çərçivəsində analitik, maarifləndirici və ictimai əhəmiyyət daşıyan proqramların sayı artırılıb. Bu proqramlar sosial problemlərin müzakirəsinə, ictimai şüurun inkişafına və məlumatlılığın artırılmasına xidmət edir.

3. Etik standartların gücləndirilməsi

Aparıcıların davranışı, istifadə olunan dil, mövzuların təqdim olunma forması daha ciddi nəzarət altına alınıb. Bu, efir mədəniyyətinin formalaşması baxımından mühüm mərhələdir.

4. Ailə və milli dəyərlərin qorunması

Yeni kontent siyasətində milli-mənəvi dəyərlərin qorunması əsas prioritetlərdən birinə çevrilib. Xüsusilə ailə institutuna zidd məzmunun məhdudlaşdırılması bu istiqamətdə atılan addımlar sırasındadır.

Hazırkı proseslər çox vaxt “efirin təmizlənməsi” kimi xarakterizə olunur. Bu ifadə sadəcə texniki dəyişiklikləri deyil, həm də ideoloji və mədəni transformasiyanı əhatə edir.

Bu fenomenin bir neçə mühüm aspekti var. Sosial aspect olaraq cəmiyyətin sağlam informasiya mühitinə ehtiyacının təmin edilməsini göstərə bilərik. Və ya mədəni aspect kimi milli dəyərlərin və mədəni identikliyin qorunması, psixoloji aspect kimi tamaşaçı zövqünün formalaşdırılması və manipulyasiyaların qarşısının alınması və nəhayət siyasi aspekt kimi informasiya təhlükəsizliyinin gücləndirilməsi olduqca əhəmiyyətli məqamlardır.

Bu baxımdan efirdə aparılan dəyişikliklər yalnız media sahəsində deyil, ümumilikdə ictimai həyatın müxtəlif sahələrində təsir göstərən genişmiqyaslı prosesdir.

Televiziya ilə cəmiyyət arasındakı münasibət hər zaman qarşılıqlı təsir üzərində qurulub. Lakin son dəyişikliklər bu münasibətlərin daha balanslı və şüurlu formaya keçdiyini göstərir. Əvvəllər televiziya daha çox tamaşaçı zövqünü formalaşdıran tərəf kimi çıxış edirdisə, indi artıq tamaşaçıların tələbləri də efir siyasətinə ciddi təsir göstərir. Sosial şəbəkələrin geniş yayılması, alternativ informasiya mənbələrinin artması televiziya kanallarını daha məsuliyyətli olmağa məcbur edir. Bu kontekstdə son islahatlar həm də ictimai sifarişin nəticəsi kimi qiymətləndirilə bilər. Tamaşaçılar artıq daha keyfiyyətli, daha obyektiv və daha etik kontent tələb edir və televiziya bu tələblərə uyğunlaşmağa çalışır.

Bununla yanaşı, televiziya kanalları üçün ən böyük çağırışlardan biri reytinq və keyfiyyət arasında balansın qorunmasıdır. Doğrudur, kommersiya televiziya modellərində reytinq əsas göstəricilərdən biri olaraq qalır və lakin bu, bəzən keyfiyyətli kontentin ikinci plana keçməsi üçün əsas deyil, ola bilməz.

Son dəyişikliklər də onu göstərir ki, uzunmüddətli perspektivdə keyfiyyətli kontent də auditoriya qazana bilir. Bu isə televiziya rəhbərlikləri üçün yeni bir modelin formalaşmasına zəmin yaradır: keyfiyyət + sosial məsuliyyət + davamlı auditoriya

Hazırkı tendensiyalar göstərir ki, Azərbaycan televiziya məkanı yeni inkişaf mərhələsinə qədəm qoyur. Əgər bu islahatlar davamlı xarakter alarsa, yaxın gələcəkdə bir sıra nəticələr əldə oluna bilər. Məsələn, daha peşəkar və məsuliyyətli jurnalistika mühiti formalaşacaq, eyni zamanda televiziya cəmiyyətin maarifləndirilməsində daha aktiv rol oynayacaq. Bu islahatlar eyni zamanda milli mədəniyyət və dəyərlər daha güclü şəkildə təbliğ olunmasına və informasiya təhlükəsizliyi sahəsində möhkəm əsasların yaranmasına tikan verəcək. Nəticədə televiziya ilə rəqəmsal media arasında da daha sağlam inteqrasiya modeli formalaşa bilər ki, bu da ümumi media ekosisteminin inkişafına təkan verəcək.

Azərbaycan televiziya məkanında son bir ayda baş verən dəyişikliklər təsdiq edir ki, efir siyasətində yeni yanaşma formalaşır. Bu yanaşmanın əsasını məsuliyyət, keyfiyyət və ictimai maraqların qorunması təşkil edir.

“Efirin təmizlənməsi” kimi xarakterizə olunan bu proses əslində daha geniş məna daşıyır – bu, cəmiyyətin informasiya mədəniyyətinin yüksəldilməsi, milli dəyərlərin qorunması və media institutunun yenidən formalaşdırılması deməkdir. Əgər bu kurs ardıcıl şəkildə davam etdirilərsə, Azərbaycan televiziya məkanı yalnız ölkə daxilində deyil, regionda da nümunəvi media modelinə çevrilə bilər.

Aslan Vəliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Aprel 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri