Icma.az
close
up
RU
“Hazırlığa getməsən, tələbə ola bilməzsən” devizinin PƏRDƏARXASI: Kimlərə sərf edir? KONKRET

“Hazırlığa getməsən, tələbə ola bilməzsən” devizinin PƏRDƏARXASI: Kimlərə sərf edir? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qəbul imtahanlarında artmaqda olan yüksək ballıq nəticələr təhsilin və hazırlıq sisteminin güclənməsi yox, sadəcə, bu istiqamətdə müəyyən yumşalmaların aparılmasına görədir”.

Bunu KONKRET.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Tədqiqatçı son illər qəbul göstəricilərində müşahidə olunan bal artımının əsl səbəblərini aşağıdakı şəkildə əsaslandırır:

“Son illər ali məktəblərə qəbulda, xüsusən də buraxılış imtahanı mərhələsində abituriyentlərin nəzərəçarpacaq dərəcədə yüksək bal artımı müşahidə olunur. Amma bunu qətiyyən təhsildə inkişafın, real bilik artımının nəticəsi kimi dəyərləndirə bilmərik. Son iki ilin buraxılış imtahanlarında abituriyentlərin yüksək bal toplamalarının yalnız bir səbəbi var. Bu, təqdim olunan sualların məzmununda yumşalmalara gedilməsi, onların hazırkı tədris metodları ilə uyğunluğunun qorunması ilə bağlıdır. Dövlət İmtahan Mərkəzi qəbul imtahanları üçün nəzərdə tutulan sualları Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilən, quruma tabe olan Təhsil İnstitutu (ARTİ) tərəfindən hazırlanan məzmun standartlarına əsasən hazırlayır. Hazırlanan suallar qətiyyən məzmun standartlarından kənara çıxmır. Amma məsələnin digər tərəfi var: bəs, bugün məktəblərimizin bir çoxunda aparılan tədris bu məzmun standartlarının tələblərini nə dərəcədə ödəyir? Bu tələblər nə dərəcədə ödənilirsə, şagirdlərin də suallara cavab vermə faizi məhz o dərəcədə müəyyən olunur. Təəssüf ki, şagirdlərimiz hər hansı fənni həmin predmetin məzmun standartlarına əsasən öyrənmir. Amma suallar isə məhz həmin standartların tələbi ilə hazırlanır. Nəticədə, şagird burada sözün əsl mənasında çaş-baş qalır. Repetitorluq da sırf bu səbəbdən bu qədər geniş inkişaf etdi. Onlar məktəbdən fərqli olaraq hazırlığa gələn uşaqları DİM suallarının tələb etdiyi məzmun standartlarının şərtlərinə əsasən hazırladılar. Odur ki, artıq neçə ildir “hazırlığa getməsən, tələbə də ola bilməzsən” devizi hətta ən yaxşı oxuyan uşaqlara da şamil olundu. Son iki ildə isə bu tendensiya nisbətən aradan qalxdı. Suallar yenə də məzmun xətləri əsasında hazırlansa da, orada şagirdlərin leyhinə bir çox yumşalmalara gedildi. Nəticədə ötən il 53, bu il isə 43 şəxs maksimal-300 bal topladı”.

E. Nuri hazırlıq sisteminin və ya imtahan sistemində dəyişikliyin bu məsələdə heç bir faydası olmadığını da bildirir. Onun fikrincə, hazırda qəbul sistemində nəticələrə kökündən təsir edəcək o qədər də ciddi dəyişikliklər yoxdur. Odur ki, bunun nəticəsindən danışmaq da absurddur:

“Ali təhsil müəssisələrimizə qəbul üçün nəzərdə tutulan imtahan sistemində heç bir ciddi dəyişiklik yoxdu. Model öz yerində qalır və tezliklə də hər hansı ciddi dəyişikliyin olacağı şəxsən mənə inandırıcı gəlmir. Sadəcə, biz hələlik yüngül dəyişiklik və əlavələrin şahidi oluruq. Odur ki, qeydə alınan maksimum nəticələrdə bunu nəzərə almaq absurddur.

Hazırlıq sistemi haqqında isə danışmağa dəyməz. Çünki buraxılışdan cəmi bir neçə ay sonra blok imtahanlarına da gedərək aşağı nəticə göstərən abituriyentlər də həmin hazırlıq sistemindən yararlanırlar. Buraxılış imtahanında yüksək nəticə göstərmək repetitorun əməyidirsə, bəs, o zaman blok imtahanlarındakı zəif nəticəyə səbəbkar kimdi? Odur ki, tam əmin ola bilərsiniz: buraxılış imtahanlarındakı yüksək göstəricilərdə hazırlıq sisteminin xüsusi heç bir dəstəyi yoxdu”.

“Üstəlik, buraxılış imtahanlarındakı yüksək göstəriciləri ümumi olaraq yüksək qəbul göstəricisi kimi dəyərləndirmək olmaz. Çünki qəbul bir proses olaraq iki mərhələdən ibarətdir: buraxılış və blok. Birində çox yaxşı, digərində tam əks olan nəticələrin şahidi oluruqsa, o zaman yüksək göstəricilərdən danışa bilmərik. Əksinə, buraxılış imtahanlarının sadələşdirilməsi, abituriyentlərin işini blok və ixtisas seçimi mərhələsində daha da çətinləşdirir”-deyə, E.Nuri əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Aprel 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri