Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Hazırlığa getməsi üçün uşağı rayon məktəbinə qeydiyyata salırlar AÇIQLAMA

Hazırlığa getməsi üçün uşağı rayon məktəbinə qeydiyyata salırlar AÇIQLAMA

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Repetitorluğun kütləvi hala çevrilməsi son illərdə təhsil sistemindəki ən ciddi problemlərdən birinə çevrilib. Bu hal artıq təhsilin kökündə duran əsas prinsipləri sarsıdır və məktəbin sosial institut kimi nüfuzunu zəiflədir. Yuxarı sinif şagirdlərinin böyük əksəriyyəti repetitor yanına üz tutur, nəticədə məktəbdə keçirilən dərslər ya formal xarakter daşıyır, ya da tamamilə boş siniflər yaranır. 
Statistikaya nəzər yetirdikdə vəziyyətin ciddiliyi daha aydın görünür: Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə XI sinif şagirdlərinin 70 faizi ən azı bir fəndən repetitor yanına gedib. DİM-in apardığı sorğular isə göstərir ki, abituriyentlərin 80 faizdən çoxu qəbul imtahanına hazırlaşmaq üçün repetitor xidmətindən istifadə edir. Bu o deməkdir ki, orta məktəb proqramı şagirdləri imtahana hazırlamaqda yetərli deyil və məktəbin əsas funksiyası faktiki olaraq repetitor otaqlarına daşınıb”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, “Təhsil haqqında” Qanununun 13-cü maddəsində açıq şəkildə göstərilir ki, ümumi təhsil müəssisəsinin əsas vəzifəsi şagirdlərə dövlət təhsil standartlarına uyğun bilik və bacarıqlar verməkdir:
“Ancaq real vəziyyətdə bu öhdəlik yerinə yetirilmir. Elm və Təhsil Nazirliyi isə bu uyğunsuzluğu aradan qaldırmaq əvəzinə, problemi görməzdən gəlir, repetitorluğun yaratdığı sosial və pedaqoji fəsadlar barədə ictimai müzakirə aparmır, heç bir strateji proqram hazırlamır. Nazirliyin son illərdə qəbul etdiyi sənədlərdə repetitorluqla mübarizə istiqamətində konkret tədbirlərə rast gəlinmir. Halbuki bu gün valideynlər uşaqlarını repetitor yanına aparmaq üçün məktəbdən çıxarıb rayon məktəblərinə qeydiyyata saldırır, hətta məktəbin funksiyasını yalnız formal sənəd üzərində saxlayırlar. Bu, təkcə təhsil keyfiyyətinə deyil, həm də qanunun icrasına ziddir.
Dünya təcrübəsinə baxdıqda isə vəziyyətin nə qədər təzadlı olduğu aydın görünür. Finlandiya, Estoniya kimi ölkələrdə repetitorluq anlayışı demək olar mövcud deyil. Çünki məktəb proqramı ilə ali məktəbə qəbul tələbləri arasında boşluq yoxdur, müəllimlər yüksək maaş və motivasiya ilə dərsə tam hazır olur. ABŞ və Qərbi Avropa ölkələrində repetitorluq yalnız əlavə maraq sahələrində – musiqi, idman və ya xüsusi istedadın inkişafı üçün seçilir. Yaponiyada isə repetitorluq daha çox zəif şagirdlər üçün dəstək xarakteri daşıyır, amma heç bir halda məktəbi əvəz etmir. Azərbaycanda isə repetitorluq sistemin “paralel məktəbi”nə çevrilib. Bu isə təhsilin bütövlüyünə ciddi zərbədir”.
Ekspert bildirib ki, problemin həlli üçün məktəb proqramları qəbul imtahanları ilə uyğunlaşdırılmalı, dərsliklər sadəcə məlumat yığını deyil, bacarıq yönümlü tərzdə hazırlanmalıdır:
“Müəllimlərin peşəkarlığı və motivasiyası artırılmalıdır, çünki şagird məktəbdə keyfiyyətli bilik aldıqda repetitor axtarmağa ehtiyac görməyəcək. Elm və Təhsil Nazirliyi isə hazırda yalnız inzibati göstərişlər verir, amma uzunmüddətli strategiya ortaya qoymur. Nazirlik repetitorluğun kütləvi xarakter almasının qarşısını almaq üçün heç bir proqnoz vermir, ictimaiyyəti maarifləndirmir, valideynləri məktəbin imkanları barədə məlumatlandırmır. Bu isə ciddi tənqid doğurur. Təhsil siyasəti gələcəyi düşünən, planlı, mərhələli yanaşma tələb edir, amma əvəzində gündəlik tədbirlər və qısa müddətli kampaniyalarla vəziyyət ört-basdır olunur.
Əgər bu gedişlə davam edilsə, gələcəkdə məktəb yalnız formal sənəd verən, repetitorluq isə faktiki təhsil məkanı rolunu oynayan bir struktur kimi qalacaq. Bununla isə təhsilin bərabərlik, əlçatanlıq və keyfiyyət prinsipləri tamamilə sıradan çıxacaq. Azərbaycan təhsil sistemi bu istiqamətdə nə dəyişməlidir sualının cavabı çox aydındır: məktəb dərhal əsas təhsil məkanı statusunu bərpa etməli, qəbul imtahanı ilə məktəb proqramı arasında uyğunsuzluq aradan qaldırılmalı və repetitorluğun kütləviləşməsinin qarşısı alınmalıdır. Bunun üçün isə ilk növbədə Elm və Təhsil Nazirliyinin öz siyasətini ciddi şəkildə dəyişməsi, uzunmüddətli planlar və proqnozlar hazırlaması şərtdir. Əks halda, repetitorluq məktəbin alternativi olaraq qalacaq və bu da gələcək nəsillərin təhsilinə və ölkənin inkişafına böyük zərbə olacaq”.
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Avqust 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see246

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see195

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see164

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see163

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see155

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri