Icma.az
close
up
RU
HDİM Şirvanda “Qloballaşma dövründə milli dəyərlər” mövzusunda dəyirmi masa təşkil edib

HDİM Şirvanda “Qloballaşma dövründə milli dəyərlər” mövzusunda dəyirmi masa təşkil edib

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi yüksək dəyərlərin təbliği” layihəsi çərçivəsində dəyirmi masa təşkil edib.

Şirvan şəhərində keçirilən dəyirmi masanın mövzusu belə idi: “Qloballaşma dövründə milli-mənəvi dəyərlərimizi necə qorumalı?”. Tədbirin məqsədi milli mənəvi dəyərlərimizin qorunmasında və gənc nəslə ötürülməsi üçün maarifləndirmə işlərinin aparılması idi. Dəyirmi masada layihənin rəhbəri İlham Əliyev, sosioloq Elçin Bayramlı, Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Nəsirov, Peşə Litseyinin müəllimləri və hüquqşünası Mətanət Rəhimova və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə HDİM-in sədri İlham Əliyev çıxış edərək layihə ilə bağlı ətraflı məlumat verib. O çıxışında ənənəvi yüksək dəyərlərin qorunmasnın vacibliyindən, dövlətimizin bu sahədə həyata keçirdiyi işlərdən və rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə fəaliyyətindən danışıb.

Layihənin eksperti, sosioloq Elçin Bayramlı da bəşəri və milli dəyərlər haqqında danışıb və müasir dövrdə inteqrasiya prosesləri fonunda milli-mənəvi dəyərlərimizin təzyiqə məruz qaldığını bildirib. Ekspert qeyd edib ki, qlobal təbliğatlar milli mədəniyyətlərə və milli mənəvə dəyərlərə zərər vurur, bunun qarşısını almaq üçün biz öz dəyərlərimizi daha çox qorumalı və yaşatmalıyıq.

Peşə Litseyinin hüquqşünası Mətanət Rəhimova bildirib ki, fəaliyyəti boyunca milli dəyərləri rəhbər tutub, cəmiyyətə mənəvi və əxlaqi özünüdərkin dəyərini, milli ənənələrin vacibliyini aşılayıb. Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Nəsirov öz çıxışında təmsil etdiyi orqanın milli-mənəvi dəyərlərə verdiyi önəmdən, bu istiqamətdə aparılan işlərdən, həyata keçirilən layihələrdən danışıb.

Digər çıxış edənlər də uşaq, yeniyetmə və gənclərin təhsillə yanaşı tərbiyəsinin də vacib olduğunu deyiblər və qeyd ediblər ki, müasir dövrdə biz gənc nəsillərə öz milli-mənəvi dəyərlərimizi ötürməli və onları bu ruhda tərbiyə etməliyik. Sonda xatirə fotoları şəkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 İyun 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri