Icma.az
close
up
RU
Hə, firəng qızı, binokla ehtiyac var?

Hə, firəng qızı, binokla ehtiyac var?

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransız mədəniyyəti bir zamanlar Qərbin özü idi. Dilimizdə cümlə əcnəbilərə xitabən dediyimiz “firəng” sözü fransız sözündəndir. Bir zamanlar bizim üçün, elə Şərqin böyük bir arealı üçün fransız turist sayılmırdı, turist fransız sayılırdı. Əcnəbi fransız idi. 

Əlində nizə ilə, oxla, tüfənglə gəlmirdisə, demək o firəng idi. Başında dəbilqə yox, şlyapa ilə gəlirdisə, yerdə daş-qaş yox, çiçək axtarırdısa, demək, o firəng idi. Hələ də bəzi regionlarımızda bizə Avropadan gəlmiş bəzi qədimi əşyalara “firəngi” deyirlər. Kibrit, bıçağın və ipə atılan düyünün bəzi formaları “firəngi” adlanır. 

Düzdür, biz bəzi qövmlər kimi Fransada yerləşib, “gəmidə oturub gəmiçi ilə dalaşmamışıq”, bu ölkədə rasist ideyalarla təşkilatlanmamışıq, amma bu ölkədə elə möhtəşəm ölmüşük ki, min salamatın yaşantılarından daha çox diridir bu ölüm. Azərbaycan Xalq Cümhuriyyətinin Versalda Paris Sülh Konfransına gedən nümayəndə heyətinin “əbədi ezamiyyət”i və bu gün də orada qalan məzarları milyon saxta memorial kompleksdən daha qüdsidir. 

1990-cı illərdə məsuliyyətsiz, huşsuz tələbələrin vacib imtahanda sürüşdürdüyü Qarabağ bu gün həqiqi balını qazandı. 2020-ci ildə ali imtahanda minlərlə doğrumuzu aparan qüvvələrin yanında olanlara, təbii, biz dost deyə bilmirik. Çağdaş Fransa siyasəti da bu ali imtahanda xalqımızın, dövlətimizin yanında olmadı. Amma bu münasibət Qafqaza nabələdlikdən doğmuşdu. Yəqin ki, zamanında firənglər arasında Azərbaycandan dərman bitkiləri ilə, gül-çiçəklə yanaşı qanqal, tikan toplayanlar da olub. Yoxsa illər sonranın siyasətində belə “error” baş verməzdi.

Axı biz heç vaxt Parisi partlatmamışıq. Nəinki Parisi, öz şəhərlərimizə, rayonlarımıza doluşub bizə göz dağı verənlərin komasını belə dağıtmamışıq. Bəli, bu nabələdliyin göstəricisi idi, bu, Fransanın Qafqaz siyasətindəki diletantlığının bir şəkli idi. Bu şəkil nabələdliyin rəmzi sübutu olan Azərbaycan-Fransa mədəniyyətlərinin tarixi bağı Natəvanın Fransadakı heykəlinin təhqir olunduğu qrafada daha yaxşı başa düşülür, təbii ki, qandığı bir qrafa olanlar üçün. 

İndi isə - suveren Azərbaycanda ikinci dəfə qeyd olunan Silahlı Qüvvələr Günü ərəfəsində sadə həqiqətləri demək çox kişinin işidir. 

Fransanın Azərbaycandakı səfiri Ann Buanon Şuşada cəmi 5 il əvvəl görə bilmədikləri üfüqləri nəhayət dilə gətirib. Fransanın Ermənistandakı səfiri Olivie Dekotininin Ermənistan tərəfdən Azərbaycan sərhədinə yaxınlaşıb binoklla görə bilmədiklərini Ann Şuşaya gedərək açıq gözlə görüb, heyrətə gəlib. Buanon Şuşada görülən işlərdən və Azərbaycan mədəniyyətinin rəmzi olan mühüm mədəni obyektlərin və müəssisələrin yenidən dirçəlməsi, ziyarətçilər üçün əlçatan hala gəlməsindən təsirləndiyini bildirib. 

Sitat: “Şuşa Azərbaycan mədəniyyətini başa düşmək, anlamağa imkan verən bir şəhərdir. Həqiqətən də burada olmaqdan böyük sevinc hissi keçirirəm. Bilirəm ki, Şuşa Azərbaycan üçün mədəniyyət və incəsənətin rəmzidir. Bundan əlavə, Şuşa dünyaya bir çox məşhur insanlar bəxş edib. Bəli, insanlara Şuşaya səfər etməyi tövsiyə edirəm. Düşünürəm ki, bu, Azərbaycanı daha yaxından tanımaq üçün yaxşı bir fürsətdir”. – Sitatın sonu... 

Məsələ budur ki, bizə faktiki düşmən olan bir ermənini də bu gün Şuşaya, Laçına gətirsən, mənzərəni görəndə fransız qalar. Bu gün Şuşada heyrətlənmək üçün fransız olmağa ehtiyac yoxdur. Çünki bu vurğunluğun, etirafların səbəbi və mənbəyi fərd deyil, atmosferdir! Heyrəti mənzərə tələb edir. Bu festival ipləri Tanrı əlində olan bir xalqın marionet tamaşasıdır. 

Baxın, kef eləyin, əziz fransız xalqı... Möhtərəm dünya!

Bax, biz də elə bunu deyirdik, firəng qızı, deyirdik ki, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycana qayıdanda üstü narkotik, altı mina olan bu torpaqlar həm də dünyaya qayıdacaq. 

Hə, firəng qızı, indi onlara de ki, binokla ehtiyac yoxdur, Şuşa gözəldir!

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 İyun 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri