Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır
Icma.az, Gununsesi saytına istinadən bildirir.
11 saylı vəkil bürosunun vəkili İlqar Həmidov həbs edilməsi barədə məlumat yayılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham olunan vəkil vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Gununsesi.info İlqar Həmidovun həbsi ilə bağlı bir sıra məlumatlar əldə edib.
Məlum olub ki, “Bandotdel” əməkdaşları vəkili çalışdığı bürodan götürüb.
Bakının bir sıra rayonlarının polis idarələrində müstəntiq kimi çalışan İlqar Həmidovun həbsi təəccübə səbəb olub.
Araşdırmamız zamanı o da bəlli olub ki, İlqar Həmidovun bir sıra yaxınları hüquq-mühafizə və məhkəmə orqanlarında çalışır.
Onun qaynı Samir Məmmədov isə Quba Rayon Məhkəməsinin sədridir.
Elmar
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 08 Avqust 2026 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















