Icma.az
close
up
RU
Həbs olunan Adnan Əhmədzadənin Messi piarı : Neçə milyon xərcləmişdi?

Həbs olunan Adnan Əhmədzadənin Messi piarı : Neçə milyon xərcləmişdi?

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunaraq SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub. Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onun Azərbaycan dövlətinə 2 milyard dollardan çox zərər vurduğu iddia olunur. Eyni zamanda Əhmədzadə müxtəlif maliyyə fırıldaqlarında ittiham olunur. Zaman keçdikcə onunla bağlı bir sıra detallar və gizlin əməllər üzə çıxmağa başlayıb.

Lakin biz bu proseslərin bir qismindən xəbərdar idik. Hətta Adnan Əhmədzadənin dostluq münasibəti adı altında ulduz futbolçu Lionel Messini Bakıya gətirdiyi ərəfədə bu barədə məlumat vermişdik. "Messini və dostlarını Bakıya kim və niyə gətirir?" başlıqlı yazımızda Əhmədzadənin Messi və onun dostları olan ulduz futbolçular Luis Suares, Serxio Buskets və Xordi Albanı Bakıya gətirməsinə təxminən 3 milyon avro vəsait xərclədiyini bildirmişdik. O zaman "qara kassir" ləqəbli yalançı iş adamına yaxın olan şəxslər bunu Adnan Əhmədzadənin şəxsi uğuru kimi təqdim etməyə çalışsalar da, əslində vəziyyət fərqli idi. Leo və dostlarının Bakıya gəlişi milyonlarla avroya başa gəlmişdi. O zaman bu qədər xərcin necə qarşılandığı qeyri-müəyyən idi. Çünki Bakı Kristal Zalında keçirilən tədbir belə xərcləri qarşılamaq üçün yetərli deyildi.

Son hadisələrdən sonra məlum olur ki, Adnan Əhmədzadə Messi və digər ulduzların səfərini məhz Azərbaycan dövlətindən oğurladığı pulların hesabına qarşılayıb və bunun piarı ilə məşğul olub. O, argentinalı ulduz futbolçuya bahalı hədiyyələr edərək münasibətlərini yaxşılaşdırmağa çalışıb ki, bu vəsaitin mənbəyi də artıq heç kimə sirr deyil.

Adnan Əhmədzadənin fırıldaqları bununla bitmir. O, futbol dünyasının əfsanəsi Ronaldinyonun gəlişinə də pul xərcləyib. "Barselona" ilə münasibətlərində də bu məqam rol oynayıb. Əhmədzadə şəxsi münasibətləri hesabına dostlarının övladlarını İspaniya nəhənginə sırımağa müvəffəq olub. Yəqin ki, bu münasibətlərin qurulmasında oğurladığı pullar böyük rol oynayıb.

Adnan Əhmədzadə son illərdə Azərbaycan futbolunda da aktivləşmişdi. O, bir neçə il əvvəl ölkənin köklü klublarından birini ucuz qiymətə almağa cəhd etsə də, uğursuz olub. Lakin ona məxsus olan “Azerbaiian Sport Talents Academy” (ASTA) şirkəti bu ilin əvvəlində "Mingəçevir" klubunu himayəyə götürüb. Kluba yüksək məbləğdə yatırım ediləcəyi ilə bağlı vədlər verilsə də, bu baş verməyib.

Əhməzadəyə məxsus market şəbəkəsi ölkənin aparıcı klubları ilə reklam əməkdaşlığı edib. Həmin klubların hesabına milyonlarla manat yatırılıb. Bu əməkdaşlıqlardan Adnan Əhmədzadə şəxsi piarı üçün yararlanmağa çalışsa da, əslində o, şəxsi vəsaiti deyil, dövlətdən oğurladığı pullar hesabına bunu edirdi.

İndi o qanun qarşısında əməllərinə görə cavab verməli olacaq./publika.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri