Həbsdə “lüks həyat” yaşayır Məhbuslar ona yemək bişirir
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC News” telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır, təmizlik işləri aparır və onu masaj edirlər.
Şon Kombs Nyu-Cersi ştatındakı Fort-Diks federal həbsxanasında 37452-054 nömrəli məhbus kimi saxlanılır. Mənbələrin məlumatına görə, o, dəmir barmaqlıqlar arxasında adət etdiyi rahatlıq səviyyəsini qorumaq üçün ayda minlərlə dollar xərcləyir. Pullar ona kömək edən məhbusların şəxsi hesablarına kənardan köçürülür. Bundan əlavə, Kombsa gizli yollarla telefon və planşet, eləcə də elit spirtli içkilər çatdırıldığı iddia edilir.
Rəsmi qurumlar konkret bu məsələni şərh etməsə də, ümumilikdə həbsxanalarda belə problemlərin mövcud olduğunu gizlətməyib.
Fort-Diks həbsxanasında isə ümumilikdə 4000 məhbus saxlanılır.
Xatırladaq ki, 2025-ci ilin oktyabr ayının əvvəlində Nyu-York məhkəməsi reperi 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib. O, cinsi istismar və fahişəliyə cəlbetmə maddələrinin iki ittiham bəndi üzrə təqsirli bilinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 30 Sentyabr 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















