Icma.az
close
up
RU
Həbsdə olan Arzum 9999 ilk dəfə danışdı Vəkilinə nə deyib?

Həbsdə olan Arzum 9999 ilk dəfə danışdı Vəkilinə nə deyib?

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vəkil Fərid Həsənov Bakı İstintaq Təcridxanasında “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyeva ilə görüşüb. 
Bunu Ölkə.az-a açıqlamasında müdafiəçi bildirib.
Onun sözlərinə görə, İ.Hacıyeva özünü yaxşı hiss edir, səhhətində heç bir problem yoxdur. Tiktoker kamerada bir neçə nəfərlə birlikdə saxlanılır: “Saxlanma şəraiti yaxşıdır, heç bir şikayəti yoxdur. Eyni zamanda özünə olan münasibətdən də narazı deyil”. 
İlduzə Hacıyeva vəkili ilə söhbətində deyib ki, Xəzər Rayon Məhkəməsinin hökmünü qanunsuz, əsassız və ədalətsiz sayır: “Dedi ki, belə bir qərar gözləmirdim. Hələ də şokdadır. Kamerada olunla birlikdə saxlanılan şəxslər də təccübləniblər. Hamı İlduzə xanıma deyir ki, axı Azərbaycanda yol-nəqliyyat hadisəsinə, xüsusi ilə də şübhəli yol qəzasına görə qadınları həbs etmirlər. Dörd uşaq anasına isə belə bir cəzanın verilməsinə rast gəlinməyib”. 
Fərid Həsənov bildirib ki, tiktokerin övladlarına hazırda nənə-babaları baxır. Onun Almaniya vətəndaşı olan həyat yoldaşının isə yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir. 
Qeyd edək ki, İ.Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində “Changan Qiyuan A05 Plug-in Hibrid” markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan-Qala avtomobil yolunda Qala istiqamətində hərəkətdə olarkən qəza törədib.
Nəticədə İ. Hacıyeva Məlikov Amal Musa oğlunun idarə etdiyi “Mercedes-Benz D2” markalı, 77-UK-890 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə sürtməklə vurub, ehtiyatsızlıqdan çarpaz toqquşmaya səbəb olub.
Nəticədə həmin avtomobildə olan sərnişin Muradova Sənubər Firdovsi qızı ağır bədən xəsarəti alıb, sürücü Məlikov Amal isə ölüb.
Xəzər Rayon Məhkəməsi hadisədə İ.Hacıyevanı günahkar bilib. Məhkəmə ona 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası verib. İ.Hacıyeva məhkəmə zalında həbs olunub. 
Onun vəkilləri apellyasiya şikayəti verməyə hazırlaşırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 İyul 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri