Həbsdə olan yüksək vəzifəli məmur bu peşəni öyrənir Diplom alacaq
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Saxalin vilayətinin sabiq qubernatoru, rüşvət almaqda ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilmiş Aleksandr Xoroşavin həbsxanada betonçu peşəsinə yiyələnir.
Lent.az yerli mediaya istinadla bildirir ki, Xoroşavin cəzaçəkmə müəssisəsi yanında fəaliyyət göstərən peşə məktəbində təhsil alır. Təhsilini başa vurduqdan sonra o, əlavə ixtisas – betonçu diplomu alacaq. Sabiq məmur hazırda Xabarovsk diyarındakı həbsxanalardan birində cəzasını çəkir.
Qeyd olunur ki, 2022-ci ilin aprelində Xoroşavin ikinci korrupsiya işi üzrə 15 il müddətinə ciddi rejimli həbsxanada cəza çəkməyə məhkum edilib və ona 500 milyon rubl məbləğində cərimə kəsilib.
İstintaqın versiyasına görə, 2014-cü ildə Xoroşavinin başçılıq etdiyi bir qrup şəxs Yujno-Saxalinsk şəhər dumasına deputatlığa namizədlərdən 2–10 milyon rubl arasında rüşvət alıb. May–sentyabr ayları ərzində işin fiqurantları 100 milyon rubldan çox vəsait əldə ediblər.
Xoroşavin rüşvət almaqda təqsirini etiraf edib və peşman olduğunu bildirib. Məlumdur ki, o, həbsxanada olduğu vaxt Ukraynada xüsusi hərbi əməliyyat (XƏƏ) zonasına göndərilməsini xahiş edib.
Baxış sayı:48
Bu xəbər 31 Avqust 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















