Həbsdəki sevgilisinə öpüşü ilə narkotik ötürdü ŞOK TƏFƏRRÜAT
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Novosibirskdə qadın məhkəmə binasında sevgilisinə öpüş vasitəsilə narkotik ötürməyə cəhd etdiyi üçün 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bakupost.az qazeta.ru-ya istinadən xəbər verir ki, o, narkotik vasitələrin qanunsuz satışı cəhdinə görə təqsirli bilinib.
Məhkəmə müəyyənləşdirib ki, həbs olunan qadın 2024-cü ilin sentyabrında qanunsuz yolla əldə etdiyi narkotikləri Kirov rayon məhkəməsinin binasına gətirib, onları ağzına qoyaraq məhkəmədə işinə baxılacaq sevgilisinin gətirilməsini gözləyib.
Məhkəməyə konvoy müşayiəti ilə gətirilən həmin şəxsi görən qadın ona yaxınlaşaraq dodaqlarından öpüb və bu yolla narkotiki ötürməyə cəhd edib. Lakin bunu görən məhkəmə mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər. Narkotik vasitələr müsadirə olunub.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 01 Noyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















