Icma.az
close
up
RU
Həbsdən çıxan 23 yaşlı oğlan restoranda yeyib içdi, supermarketdə dava saldı

Həbsdən çıxan 23 yaşlı oğlan restoranda yeyib içdi, supermarketdə dava saldı

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Xəzər rayonunda marketdə 23 yaşlı oğlan dava salıb, orada işləyən şəxslərə qarşı xuliqanlıq hərəkətlər edib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 20-də rayonun Binə qəsəbəsinin ərazisində yerləşən “Ocaq” supermarketdə baş verib. 
Cəlilabad rayon sakini, 2002-ci il təvəllüdlü Mətləb Hüseynov (ad-soyad şərtidir – red.) həmin gün gecə saat 01:10-da orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində supermarketin ticarət salonuna daxil olub. O, içkilər qoyulmuş vitrindən 3 ədəd “Bizon” enerji içkisini götürüb və pul ödəmək üçün kassaya yaxınlaşıb. 
Bu zaman pulu olmadığını bildikdən sonra həmin içkiləri kassanın qarşısındakı masanın üzərinə qoyub və həmin vaxt içkiləri pulsuz verməsini təklif etdiyi kassir Nurayın buna etiraz etməsi səbəbindən mübahisə yaradıb. 
Bu vaxt ona yaxınlaşan supermarketin inzibatçısına da ona içkiləri ödəniş etmədən aparmağın qeyri-mümkün olduğunu irad tutması kimi cüzi səbəbdən aralarında heç bir əsaslı səbəb olmadan yaratdığı mübahisə zəminində onu ticarət salonunda olan müştərilərin və digər işçilərin gözü qarşısında uca səslə söyüb. 
Mətləb səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozub. Onu sakitləşdirmək istəyən şəxslərə əhəmiyyət vermədən nalayiq ifadələrini davam etdirib və əli ilə supermarketin ticarət salonundakı ətir qoyulmuş vitrininin və marketin giriş hissəsindəki pəncərəsinin şüşələrini sındırıb. Supermarketin iş fəaliyyətini pozaraq zərərçəkmiş şəxsə ümumilikdə 500 manat məbləğində maddi ziyan vurub. 
Hadisəni törədən M. Hüseynovun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, noyabrın 19-da, axşam saatlarında Mərdəkan körpüsünün yaxınlığında yerləşən “Şam Bağı” restoranında tanışları ilə pivə içiblər: Gecə saat 00:30-da restorandan çıxaraq dağılışdıq. Oradan evə gəlmək üçün Binə qəsəbəsinə gəldim. Sərxoş olduğum üçün yol üstü mərkəzi küçədə yerləşən supermarketə girdim ki, oradan “Bizon” enerji içkisi alaraq içim. Marketdə içki vitrinindən üç ədəd “Bizon” enerji içkisini götürdüm və kassaya yaxınlaşdım. Əlimi cibimə salanda gördüm ki, pulum yoxdur, hamısını restoranda xərcləmişəm. Pulum olmadığına görə kassirə dedim ki, içkiləri mənə pulsuz versin. Kassir mənə pulsuz verə bilmədiyini dedi. Bu zaman marketin daxilində bir nəfər şəxs yaxınlaşdı və nə baş verdiyini soruşdu. Ondan kimliyini soruşdum. O, marketin administratoru Əhliman olduğunu dedi. Həmin şəxsdən enerji içkilərini pulsuz verməsini istədim. Əhliman marketdən heç nə pulsuz verilmədiyini dedi. Sərxoş olduğumdan daha da əsəbləşdim. Onun üstünə qışqıraraq vurmaq istədim. Orada olan şəxslər məni bayıra çıxarmaq istəyəndə daha da qıcıqlandım. Ona görə də marketin girişindəki ətir vitrininin şüşəsini və marketin qarşısının şüşəsini yumruqla vuraraq sındırdım. Orada yığışan şəxslər məni marketdən uzaqlaşdırdılar. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək məni Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə apardılar. Hadisə nəticəsində heç kimə xəsarət yetirməmişəm. Etdiyim əməldən peşmanam. Zərərçəkmiş şəxslə barışıq əldə etmişəm, ona dəymiş zərəri ödəmişəm”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə M. Hüseynov 4 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. 
Qeyd edək ki, M. Hüseynov bundan əvvəldə məhkum olunub. O, 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib və Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Məhkum həmin hökmlə 10 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 
Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il tarixli qərarı ilə həmin  hökm dəyişdirilib və məhkum Cinayət Məcəlləsinin 29,120.2.2-ci (qəsdən xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd)  maddəsi ilə təqsirli bilinib və onun cəzası 4 il 9 ay 8 gün müddətə qədər artırılıb. O, 2024-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilib. Supermarketdə hadisə baş verən zaman məhkumun əvvəlki cəzasını bitirdiyi məlum olub. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Avqust 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri