Merts ABŞ a dondurulmuş Rusiya aktivlərinin verilməsinə qarşı çıxıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya Kansleri Fridrix Merts Avropa İttifaqı ərazisində dondurulmuş Rusiya aktivlərinin Amerika Birləşmiş Ştatlarına verilməsinə qarşı çıxıb.
APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Mertsin sözlərinə görə, Vaşinqtonda bəziləri dondurulmuş Rusiya aktivlərindən müəyyən iqtisadi faydalar əldə etmək istəyir.
“Bu, Avropa daxilində həll olunmalı bir məsələdir və mən hər hansı formada iqtisadi mənfəət əldə etmək məqsədilə sonradan səfərbər etdiyimiz vəsaitlərin Amerika Birləşmiş Ştatlarına yönləndirilməsinə heç bir imkan görmürəm. Bu pullar Ukraynaya getməlidir”, – Merts vurğulayıb.
Qeyd edək ki, mətbuatda dərc olunan ABŞ-ın sülh planının ilkin variantında dondurulmuş Rusiya aktivlərindən 100 milyard dolların Ukraynanın bərpasına yatırılması, qalan vəsaitin bir hissəsinin isə ABŞ-Rusiya birgə fonduna yönləndirilməsi nəzərdə tutulurdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 05 Dekabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















