Icma.az
close
up
RU
Həbsxanadakı ölüm halları necə araşdırılır? VƏKİL VƏ DEPUTAT DANIŞIR

Həbsxanadakı ölüm halları necə araşdırılır? VƏKİL VƏ DEPUTAT DANIŞIR

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zaman-zaman ölkə həbsxanlarında saxlanılan şəxslərin intihar etməsi və qəfil dünyasını dəyişməsi halları yaşanır.

Amma həbsxana cəmiyyətə qapalı yer olduğundan bir sıra hallarda bu hadisələrin baş vermə səbəbi sirr olaraq qalır.

Cəmiyyətdə isə bu fakların səbəbkarı kimi dövlətin cəza icra siyasətini həyata keçirən qurumlar göstərilir.

FARİZ NAMAZLI: “Şəxsin məhkum edilməsi faktının özü dövlətin üzərinə xüsusi öhdəliklər qoyur”

Vəkil Fariz Namazlı Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

Azərbaycanda cəzaçəkmə müəssisələrində ölən və ya intihar edən məhkumların sayı ilə bağlı rəsmi və açıq statistika mövcud olmadığını deyən Fariz Namazlı bildirir ki, ölüm hallarının hansı şəraitdə baş verdiyi ilə bağlı effektiv araşdırmaların aparılmaması, eləcə də ailə üzvləri tərəfindən edilən şikayətlərin azlığı bu sahədə cəzasızlıq mühitini daha da dərinləşdirir.

“Nəticədə məhkum edilmiş şəxslərin hansı şəraitdə vəfat etməsi barədə ictimaiyyətə əsaslandırılmış məlumatlar təqdim edilmir.

Halbuki, şəxsin məhkum edilməsi faktının özü dövlətin üzərinə xüsusi öhdəliklər qoyur.

Dövlət məhkumun həyatına tam nəzarəti ələ aldıqdan sonra onun yaşamaq hüququnun qorunmasına görə birbaşa məsuliyyət daşıyır.

Cəzaçəkmə müəssisəsində baş verən hər bir ölüm faktı üzrə dövlət ölümün səbəblərini izah etmək, şübhələri aradan qaldırmaq və baş verənləri hərtərəfli, müstəqil və effektiv şəkildə araşdırmaq vəzifəsi daşıyır”.

Fariz Namazlı deyir ki, bu öhdəliyin yerinə yetirilməməsi təkcə səhlənkarlıq deyil, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi olan yaşamaq hüququnun pozuntusu deməkdir:

”Avropa Məhkəməsi ötən il Qobustan həbsxanasında 2014-cü ildə yanaraq ölən E.B.-nin işi üzrə qəbul etdiyi qərarda bir daha vurğulayıb ki, saxlanılan şəxslər son dərəcə həssas vəziyyətdədir və dövlət onların həyatını qorumaq üçün aktiv tədbirlər görməyə borcludur.

Məhkəmə açıq şəkildə qeyd edib ki, saxlanma zamanı baş verən ölüm hallarında sübutetmə yükü dövlətin üzərinə düşür və dövlət “nə baş verdiyini bilməmək” mövqeyi ilə məsuliyyətdən yayınmaq hüququna malik deyil.

Bununla yanaşı, mətbuatda yayılan məlumatlara əsasən, 2024-cü ilin ilk 6 ayı ərzində 48 məhkumun, 2025-ci ilin yanvar ayında isə 10 məhkumun ölüm faktı qeydə alınıb.

Lakin rəsmi statistikanın olmaması, ölüm hallarının sistemli şəkildə gizlədilməsi və ya pərakəndə məlumatlarla əvəzlənməsi bu rəqəmlərin arxasında duran real mənzərəni ört-basdır edir və dövlətin üzərinə düşən hesabatlılıq öhdəliyini faktiki olaraq aradan qaldırır.

Həbsxanada ölən insanın səsi yalnız dövlətin öhdəlikləri və cəmiyyətin tələbkarlığı ilə eşidilə bilər, bu səs eşidilmədikdə isə susqunluq dövlətin məsuliyyətdən yayınmasının alətinə çevrilir”.

DEPUTAT: “Həbsxanalarda psixoloq ştatları var, onlar işini effektiv qurmalıdır”

Milli Məclisin üzvü Naqif Həmzəyev isə Gununsesi.info-ya deyir ki, həbsxanada baş verən ölüm halları prokurorluq orqanları tərəfindən hərtərəfli və obyektiv şəkildə araşdırılır:

”Mən o fikirlə razı deyiləm ki, bu cür hallar gizlədilir. Azərbaycanda cəza icra siyasəti Avropa Penitensiar Qaydalarına uyğun şəkildə aparılır. Müəyyən çatışmamazlıqlar ola bilər, hansısa problem ortaya çıxa bilər. Amma ümumilikdə bu sahəyə ciddi dövlət nəzarəti və dəstəyi var. Yeni penitensiar müəssisələrin istifadəyə verilməsi  də buna nümunədir”.

Deputat bildirir ki, həbsxana fərqli mühit olan bir yer olduğu üçün orada insanların intihara meyilli olması da gözləniləndir:

”Şəxs  ağır cinayət törədirsə və buna adekvat olaraq ağır cəza alırsa, onun psixoloji durumu buna tab gətirməyə bilir. O zaman intihara əl atır. Ona görə də  intiharı cəza icra siyasətini həyata keçirən orqanın adına bağlamaq doğru deyil”.

Millət vəkili  onu da deyir ki, cəzaçəkmə müəssisələrində psixoloq ştatları var:”Amma onların işini daha effektiv qurmaq olar. Bu vəzifəyə psixoloq təhsili olan şəxslər təyin olunmalıdır ki, onlar hər bir məhbusun üzərində işləyə bilsin”.

Afət Abbasova 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Dekabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri