Icma.az
close
up
RU
Heç bir düşmən planı Azərbaycan dövlətini yolundan döndərə bilməz

Heç bir düşmən planı Azərbaycan dövlətini yolundan döndərə bilməz

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov regionda baş verən son hadisələrlə bağlı bəyanat yayib.
Bəyanatda qeyd edilir ki, son günlər regionda baş verən hadisələr bir daha göstərdi ki, bəzi dövlətlər beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və regional sabitliyə açıq şəkildə hörmətsizlik nümayiş etdirməkdən çəkinmirlər. Naxçıvan Muxtar Respublikasının istiqamətində terror mahiyyəti daşıyan raket hücumunun həyata keçirilməsi yalnız hərbi təxribat deyil, həm də bütün Azərbaycan xalqına qarşı açıq düşmənçilik aktıdır. Bu hadisə bir daha sübut edir ki, terroru dövlət siyasətinə çevirən qüvvələr regionu gərginliyə sürükləmək niyyətindədir.
Azərbaycan xalqı tarix boyu çox sınaqlardan keçmiş, lakin heç zaman təzyiqlərə boyun əyməmişdir. Bu gün də Azərbaycan dövləti güclü siyasi iradəyə, qüdrətli orduya və milli birliyə malikdir. Kimlərsə düşünürsə ki, Azərbaycanı qorxutmaq, təhdid etmək və ya təxribatlarla geri çəkilməyə məcbur etmək mümkündür – onlar çox ciddi şəkildə yanılırlar.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi:
“Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək”.
Bu sözlər Azərbaycan dövlətinin qəti mövqeyini açıq şəkildə ortaya qoyur. Azərbaycan heç vaxt terroru, təxribatı və dövlətimizə qarşı yönəlmiş hər hansı hücumu cavabsız qoymayacaq. Regionda sabitlik istəyən hər bir dövlət bilməlidir ki, Azərbaycan sülh tərəfdarıdır, lakin dövlətimizin təhlükəsizliyi və xalqımızın taleyi məsələsində heç vaxt güzəştə getməyəcək.
Terroru və təxribatı alətə çevirən qüvvələr unutmamalıdır ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən biridir və onun arxasında dəmir iradə, güclü ordu və milli həmrəylik dayanır.
Naxçıvana qarşı yönəlmiş bu terror xarakterli raket hücumu beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulmasıdır və bu məsələ beynəlxalq müstəvidə də ciddi şəkildə qaldırılmalıdır. Dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş belə addımlar dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənməlidir.
Azərbaycan xalqı əmindir ki, dövlətimiz və Ali Baş Komandanımız hər zaman xalqın təhlükəsizliyini təmin edəcək və ölkəmizə qarşı yönəlmiş hər bir təxribat layiqli cavabını alacaq.
Bu gün Azərbaycan xalqı bir daha birlik və həmrəylik nümayiş etdirərək dövlətinin yanında olduğunu göstərir. Heç bir təxribat, heç bir raket hücumu və heç bir düşmən planı Azərbaycan dövlətini yolundan döndərə bilməz.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Mart 2026 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri