Icma.az
close
up
RU
Qarayaxma kampaniyası Azərbaycan polisini haqq yolundan döndərə bilməz

Qarayaxma kampaniyası Azərbaycan polisini haqq yolundan döndərə bilməz

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, təhlükəsizlik respublikamızda əldə olunan ən mühüm nailiyyətlərdən biridir. Sabitliyin əldə olunmasının və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin arxasında böyük zəhmət, fasiləsiz xidmət dayanır. Bu xidməti isə Azərbaycanın hüquq mühafizə orqanları, polis həyata keçirir. Hüquq-mühafizə orqanlarının əsas sütunlarından olan şanlı polisimiz dövlətimizin və dövlətçilik ənənələrimizin əsas sütununu təşkil edir. Səbir, qətiyyət və milli məsuliyyət hissi ilə çalışan polis əməkdaşlarımız bu gün də dövlətçiliyimizin və xalqımızın təhlükəsizliyinin keşiyində qürurla dayanır. Bütün bunların nəticəsidir ki, ölkə rəhbərliyinin etimadını doğruldan Azərbaycan polisi xalqın inamını, etibarını tam qazana bilib. Vətəndaşlarımız polisin yanında özlərini tam təhlükəsiz hiss edir, kriminal ünsürlər, qanun pozucuları isə əksinə polisdən qaçıb gizlənməyə çalışırlar. Hər ölkədə bu belə deyil. Hətta bəzi Qərb ölkələrində belə cinayətkarlar polislərlə əməkdaşlıq edir, əlbir olur, mülki vətəndaşlar isə özlərini həm canilərdən, həm də polisdən qorumalı olurlar.
Azərbaycan polisinin artan nüfuzundan, uğurlu fəaliyyətindən, qətiyyətindən narahat olan bəzi xarici və daxili qüvvələr onu ləkələməyə, gözdən salmağa çalışırlar. Ölkədə siyasi sabitliyi pozmaqda, qarışıqlıq yaratmaqda olan qüvvələr son 6 ildə Azərbaycan polisinə qarşı mütəşəkkil qaydada qarayaxma kampaniyasını daha da gücləndiriblər. Həm pandemiya, həm 44 günlük Vətən müharibəsi, həm də ondan sonrakı dönəmdə ölkədə sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün 24 saat yorulmadan çalışan polis şər qüvvələrin əsas hədəfində oldu. Məqsəd aydın idi. Polisi ləkələmək, gözdən salmaq, ona olan ictimai inamı sarsıtmaq və bu yolla dövlət-xalq arasında bağları zəiflətmək, xaos yaratmaq və s. Bu prosesdə hansı qüvvələrin maraqlı olduğunu təxmin etmək bir o qədər çətin deyildir. Polis əməkdaşlarının uğurlu fəalliyətinin və dövlətə sədaqətinin nəticəsidir ki, bu gün ölkəmiz ən sabit, ictima əsaişin ən yüksək formada qorunduğu bir ölkə olaraq tanınır dünyada. Qonşu və digər ölkələrdə insan alverinin, narkomaniyanın, kiber cinayətkarlığın və s. baş alıb getdiyi bir vaxtda Azərbaycan polisinin fədakarlığı və gərgin əməyinin nəticəsində ölkəmizdə bu və digər cinayətlər demək olar ki, minumum həddə çattırılıb. Bütün bu müsbət tendansiyalırın olması yorulmaz və peşəkar fəaliyyətin, qətiyyətli mövqeyin və sədaqətli xidmətin nəticəsidir.
Azərbaycanın uğurunu, inkişafını istəməyən qüvvələr polisə qarşı qarayaxma kampaniyasını təşkil edir, buradakı əlaltılarına sifarişlər verirlər. Erməni lobbisinin pulu ilə hərəkət edən beynəlxalq təşkilatlar və onların sifarişini yerinə yetirən sapı özümüzdən olan baltalar milli dəylərimizə, dövlətçilik ənənələrimizə zərbə vurmaqla məşğuldurlar.
Azərbaycanın radikal müxalifətinin aparıcı simaları olan antimilli Milli Şuranın üzvləri, AXCP sədri Əli Kərimli, xaricdə oturub dövlətə qarşı müharibə elan etmiş Qənimət Zahid və onların aləti olan Mehman Hüseynov kimi kəslər son vaxtlar bütün fəaliyyətlərini az qala, polisə qarşı yönəldiblər, gecə-gündüz polisi qaralamaqla məşğuldurlar. Bununla da onlar xaricdəki erməni lobbisinin, beynəlxalq təşkilatların və uğurumuzu gözü götürməyən dövlətlərin xüsusi xidmət orqanlarının çirkin sifarişlərini yerinə yetirirlər. Təbii ki, bu “xidmətləri”nə görə mükafatlandırılırlar.
AXCP sədri Əli Kərimli və ona yaxın olan media qurumları hər gün polisin fəaliyyətini tənqid edən açıqlamalar verir, məqalələr, videolar hazırlayıb saytlarda, sosial şəbəkələrdə paylaşırlar. “5-ci kolon”nun sifarişlərini yerinə yetirən belələri dövlətə, polisə qarşı ictimai etimadsızlıq toxumu səpməklə məşğuldurlar. Sözdə demokratiya, qanunun aliliyi uğurunda mübarizə aparan, əslində isə özlərinin merkantil maraqlarını güdən, daha çox qrant almaq, gəlir əldə etmək üçün çalışan bu qüvvələrin iç üzü Azərbaycan xalqına yaxşı tanışdır. Sosial şəbəkələrdə xüsusi faəllıq göstərən Əli Kərimlinin anti-milli komandasının əsas hədəfi hüquq mühafizə orqanları və xüsusilə polis orqanlarıdır.
Elə bir ölkə, hətta elə bir şəhər, rayon, kənd yoxdur ki, orada cinayət hadisəsi baş verməsin. Azərbaycanda kriminogen durum nəzarət altındadır. İnkişaf etmiş ölkələrdə bir gündə baş verən cinayətlərin sayı Azərbaycanda bir ayda baş verən cinayətlərin sayından daha çoxdur. Dünyanın heç bir ölkəsində baş verən cinayətlərin heç də hamısının üstü vaxtında açılmır və ya ümumiyyətlə açılmır. Bu baxımdan Azərbaycanda üstüaçılmayan cinayətlərin sayı çox azdır. Baş vermiş hansısa cinayət hadisəsinə görə bütün polis sisteminin hədəfə alınması qeyri-peşəkarlığın və niyyətin çürüklüyünün göstəricisidir. Həm AXCP-nin ölkədəki əlaltıları, həm də xaricdəki söyüş müxalifəti yorulmadan gecə-gündüz polisi hədəf alırlar, cinayətkarı tapmamaqda, hətta onu gizlətməkdə ittiham edirlər. Çox ucuz, gülməli, qeyri peşəkar arqumentlər irəli sürürlər. Baş verən cinayət hadisələri ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Onlar üçün həqiqətin nə olduğunu söyləmək çətindir. Çünki onların sifariş aldığı yerlər ölkəmizi hədəfə alıb bütün sahələr üzrə ləkələməklə məşğuldurlar.
Bütün baş verənlər bir daha göstərir ki, Azərbaycan polisi düzgün yoldadır və ona qarşı şəhr-böhtan atanların məqsədi dövlətimizi zəiflətmək, polisi haqq yolundan döndərmək, ölkədə xaos yaratmaq və bu qarışıqlıqdan öz maraqları üçün yararlanmaqdır. Onların arzuları gözlərində qalacaq. Çünki Azərbaycan polisi öz fəaliyyətini Əli Kərimlinin, Qənimət Zahidin, Mehman Hüseynovun istəkləri, arzuları üzərində deyil, beynəlxalq hüquq, Azərbaycan Konstitusiyası, Polis Haqqında Qanun çərçivəsində qurur və ali məqsədləri xalqa şərəflə xidmət etmək, dövlətin qanunlarını icra etmək, ölkə başçısına sədaqətlə bağlı olmaqdır.

Ramiz Alıyev
İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 May 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see234

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see180

Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

19 Avqust 2025 18:14see171

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see158

Universitetlərə müsabiqədənkənar qəbul olanların sayı açıqlanıb

19 Avqust 2025 11:22see132

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see130

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see126

Sülh və demokratiya: iki kəlmə, tək məna

19 Avqust 2025 15:13see124

ÇL: Pley offda gecənin nəticələri

20 Avqust 2025 01:23see124

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see123

“Qalatasaray”da ayrılıq RƏSMİ

19 Avqust 2025 22:42see122

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see121

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see120

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see120

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see120

Bakıda BİABIRÇI görüntülər: Pasiyentin çılpaq görüntüsünü yayıb, rəqs elədi AÇIQLAMA

19 Avqust 2025 16:44see119

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see119

Başqalarını ittiham etməyin tarixi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

19 Avqust 2025 19:02see119

Moto sürən ata və oğlu ağır yol qəzasında öldü VİDEO

19 Avqust 2025 23:07see118

Bakının bu rayonları qazsız qalacaq

19 Avqust 2025 23:19see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri