Icma.az
close
up
RU
Heç bir sahibkar çimərliyə giriş üçün vətəndaşdan pul tələb edə bilməz AÇIQLAMA

Heç bir sahibkar çimərliyə giriş üçün vətəndaşdan pul tələb edə bilməz AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Təbiət, dəniz sahili, parklar, meşələr və s. vətəndaşların ümumi mülkiyyətidir. Onların  zəbt edilməsi, ora ödəniş qoyulması qanunla qadağandır. Vətəndaş istənilən yerdə, istənilən formada pulsuz şəkildə istirahət edə bilər. Ödənişli çimərlik olmur, ancaq həmin ərazidə xidmət göstərilirsə, o xidmətdən istifadə etmək üçün pul tələb edilə bilər. Dənizə giriş isə pulsuz olmalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. 
O bildirib ki, vətəndaşlar pulsuz olan çimərliklərdə rahat şəkildə istirahət edə bilərlər:
"Hətta lazımdırsa, orqanlara şikayət edib, öz haqlarını tələb edə bilərlər. İkinci məsələ, bəzi ərazilərdə nəzarət olmamasıdır. Çünki sahil və dəniz çox genişdir, hər yerdə xüsusi nəzarətçilərin olması çətin məsələdir. Buna görə də bəzi yerlərdə ölümlər olur.
Bəzi sahibkarlar, biznes sahibləri xidmət göstərdikləri yerlərdə giriş üçün pul tələb edə bilər, amma bu yalnız xidmətdən istifadə üçün ola bilər, dənizə giriş üçün yox. Vətəndaşlar zorla kənarlaşdırıla bilməz".
Ekspertin sözlərinə görə, dənizdən istifadə ilə bağlı qanunlar aydındır və dövlət bunu qoruyur:
"Heç bir sahibkar və ya biznesmen vətəndaşları dənizdən və ya təbiətdən istifadə etməkdən məhrum edə bilməz. Belə hallar olarsa, kütləvi şəkildə mübarizə aparılmalı, şəxslər cəzalandırılmalıdır. Nəzarət və xilasetmə xidmətləri çimərliklərdə təhlükəsizliyi təmin edir.Yerli vətəndaşlar öz hüquqlarını bilməli, tələb etməlidir. Əgər vətəndaşlar öz hüquqlarını bilmirsə və tələb etmirsə, o zaman hüquqları pozula bilər. Ancaq vətəndaşlar hüquqlarını bildikdə, qanun pozuntuları qarşısında dayanacaqlar. Qanun açıqdır və heç kim qanunu poza bilməz.Bu məsələ sosial məsuliyyət tələb edir. Vətəndaşlar qanunların tətbiq olunmasını tələb etməli, öz hüquqlarını qorumağa çalışmalıdırlar. Əks halda, məsələ həll olunmaz. Dövlət qanunu qoyub, indi vətəndaşların özləri haqlarını bilməli və qorumağa çalışmalıdırlar. Yalnız bu yanaşma ilə məsələ həll oluna bilər".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 İyul 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri