Icma.az
close
up
RU
Heç bir şey istədiyimiz kimi alınmır Patrik Andrade

Heç bir şey istədiyimiz kimi alınmır Patrik Andrade

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Heç bir şey istədiyimiz kimi alınmır" - Patrik Andrade

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andradenin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 30-cu turunda “İmişli”yə uduzdunuz (0:1). Məğlubiyyətə səbəb nə oldu?

- Meydana qələbə üçün çıxmışdıq. İlk hissədə qapımızda qol gördük. Təəssüf ki, sonradan nə qədər çalışsaq da, fərqlənə bilmədik. Məğlubiyyətdən qaçmaq heç cür mümkün olmadı. Halbuki bunu çox istəyirdik. 

- Son 5 turda qələbəyə həsrətsiniz və cəmi 1 xal qazanmısınız. Problem nədədir?

- Konkret olaraq səbəb göstərmək çətindir. Komandanın daxilində heç bir problem yoxdur. Sadəcə ardıcıl uğursuz nəticələr komandaya pis təsir edir. Nəticə baxımından çətin dövrdən keçirik. Hər matçda çalışırıq, əlimizdən gələni edirik ki, vəziyyəti dəyişək. Amma heç bir şey istədiyimiz kimi alınmır. 

- Ola bilər ki, komanda avrokuboklara vəsiqə qazanmaq şansını itirdiyi üçün motivasiyanın yoxluğundan əziyyət çəkirsiniz?

- Düzdür, motivasiya yoxdur. Amma bu o demək deyil ki, əlimizi yanımıza salmalıyıq. Hər oyunda vuruşmalıyıq. Çünki mövsümü uğurla başa vurmaq lazımdır. Əvvəlki səviyyəyə qayıtmaq üçün çalışmalıyıq. Məqsədimiz odur ki, heç olmasa son 3 turda vəziyyəti dəyişək. 

- Son turlar ev oyunlarını Mərdəkanda deyil, Sumqayıtda keçirirsiniz. Bu amilin uğursuzluqda nə dərəcədə rolu var?

- Bunu ciddi problem hesab etməzdim. Bəlkə də stadionun amilinin təsiri var. Lakin istəmirəm ki, bu, bəhanə kimi anlaşılsın. İstənilən halda problem zəif oyunumuzdadır. Daha yaxşı futbol sərgiləməliyik. 

- Növbəti turda “Sumqayıt”ın qonağı olacaqsınız. Həmin matçda uğursuz seriyaya son qoymaq mümkün olacaq?

- Bir həftə vaxtımız var. Məşqlərdə çox ciddi çalışmalıyıq. Əlimizdən gələni etməliyik ki, qələbə qazanaq. Heç olmasa, mövsümü major notda bitirək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:340
embedMənbə:https://qol.az
archiveBu xəbər 03 May 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri