Icma.az
close
up
RU
Heç bir sifariş yerinə yetirməmişik Baş redaktorla MÜSAHİBƏ

Heç bir sifariş yerinə yetirməmişik Baş redaktorla MÜSAHİBƏ

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Redaktor.az xəbər portalının 7 yaşı tamam olub. 2019-cu il aprelin 10-da yaradılmış saytın baş redaktoru Aqil Aslan Redaktor.az-ın 7 yaşı ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.
– Öncə Redaktor.az-ı 7 yaşı münasibətilə təbrik edirik. Saytınız hazırda Azərbaycan media məkanında hansı mövqeyi tutur?

– Təşəkkür edirəm. 7 il media üçün həm qısa, həm də kifayət qədər məsuliyyətli bir zamandır. Bu müddətdə Redaktor.az özünəməxsus oxucu auditoriyası formalaşdırıb və Azərbaycan media məkanında etibarlı, operativ və prinsipial xəbər platformalarından biri kimi mövqeyini möhkəmləndirib. Bizim əsas məqsədimiz hər zaman doğru, dəqiq və balanslı informasiyanı oxucuya çatdırmaq olub və hesab edirəm ki, bu prinsip bizi fərqləndirən əsas amillərdəndir.

– Redaktor.az-ın ötən müddət ərzində əsas uğurları nələr olub?

– Ən böyük uğurumuz oxucuların etimadını qazanmağımızdır. Bu gün Redaktor.az gündəlik xəbər istehsalında operativlik və obyektivlik baxımından seçilən media resurslarından biridir. Müxtəlif sahələr üzrə hazırladığımız analitik materiallar, araşdırmalar, müsahibələr, açıqlamalar oxucularımız tərəfindən maraqla qarşılanır. Bəzən saytda qaldırdığımız problemlər öz həllini tapdıqda, bunu da uğur kimi qiymətləndiririk. Hazırkı komandamız əsasən gənclərdən ibarətdir. Ancaq onlar işlərinin öhdəsindən layiqincə gəlirlər. Bu da məni sevindirir.

– Sayt rəhbəri kimi fəaliyyətiniz dövründə qarşılaşdığınız əsas çətinliklər hansılar olub? Bu çətinlikləri necə aşmısınız?

– Redaktor.az-da 2021-ci ildən fəaliyyət göstərirəm. 5 ildir baş redaktor da daxil hamımız gecə-gündüz demədən saytın inkişafı, daha çox oxucu auditoriyası qazanması üçün komandamızla birgə əlimizdən gələni etməyə çalışmışıq. Qeyd edim ki, 1999-cu ildən mətbuatdayam, 20 il “Ekspress” qəzetində çalışmışam, Modern.az kimi nüfuzlu bir saytda işləmişəm. Yəni bəzən təcrübə öz sözünü deyir, çətinlikləri aşmaq asan olur.

Amma bilirsiniz ki, mətbuat sahəsi daim dəyişən və həssas sahədir. Bu illər ərzində həm informasiya axınının sürətlənməsi, həm də rəqabətin artması müəyyən çətinliklər də yaradıb. Bəzən yanlış informasiyaların yayılması fonunda obyektivliyi qorumaq daha çətin olur. Digər tərəfdən, iqtisadi və texnoloji çağırışlar da medianın qarşısında duran əsas problemlərdəndir. Biz bu çətinlikləri peşəkar yanaşma, prinsipial mövqe və komandadaxili koordinasiya ilə aşmağa çalışmışıq. Ən vacibi isə heç bir sifariş yerinə yetirmədən, kiminsə şərəf və ləyaqətinə toxunmadan fəaliyyət göstərmək prinsipimizdən kənara çıxmamışıq.

– Redaktor.az-ı digər xəbər portallarından fərqləndirən əsas xüsusiyyətlər nələrdir?

– Belə deyək, biz informasiyanı təqdim edərkən sensasiyaya yox, faktlara üstünlük veririk. Oxucuya təsir etmək yox, onu düzgün məlumatlandırmaq bizim əsas prinsipimizdir. Bundan əlavə, analitik yanaşma və müxtəlif baxış bucaqlarına yer verməyimiz də Redaktor.az-ın üstün cəhətlərindəndir.

– Sizcə, hazırda mətbuat sahəsindəki hansı məsələlərin həlli vacibdir?
– Bu gün media sahəsində ən vacib məsələlərdən biri informasiyanın doğruluğunun qorunmasıdır. Dezinformasiyanın qarşısının alınması, jurnalist etikası və peşəkarlığın artırılması prioritet olmalıdır. Yeri gəlmişkən, universitetlərin Jurnalistika fakültələri də öz üzərlərinə düşən vəzifəni yerinə yetirməli, ixtisasından xəbərdar olan məzun buraxımalıdırlar. Təəssüf ki, 4 il bu sahədə ali təhsil alıb, lakin işə hazır olmayan jurnalistlərimiz var.

Fikrimcə, media yalnız sürətli deyil, həm də məsuliyyətli olmalıdır. Sosial şəbəkələrin, süni intellekt texnologiyalarının geniş yayıldığı bir zamanda dezinformasiyalar həddən artıq çoxalıb. Ona görə də media savadlılığı çox önəmli məsələlərdən biridir. Yeri gəlmişkən, həmişə gənc əməkdaşlarımıza deyirəm ki, indiki dövrdə jurnalist gərək hər bir informasiyaya şübhə ilə baxsın. Belə olarsa, dezinformasiya da olmaz.

– Saytın gələcək planları barədə soruşmaq istərdik: oxucularınızı hansı yeniliklər və layihələr gözləyir?

– Qarşıdakı dövrdə Redaktor.az-ın həm texnoloji, həm də məzmun baxımından inkişafını davam etdirməyi planlaşdırırıq. Yeni rubrikaların yaradılmasını düşünürük. Eyni zamanda, videoreportajlar, videomüsahibələr hazırlamaq da planlarımızda var. Əslində, bunlar iki il əvvələ kimi gördüyümüz işlərdən biri idi. Ancaq maliyyə səbəbindən dayandırmışdıq. İndi isə görürük ki, zamanla ayaqlaşmaq lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Aprel 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri