HEÇ GÖRMƏDİM UCA DÜNYA Şeir
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sən qoymadın üz yaşayaq,
Sağlam ömür, yüz yaşayaq,
Çalışırıq düz yaşayаq,
Gərki, gəlmir vecə, dünya.
Zəhər tökdün neçə aşa,
Qıydın neçə cavan yaşa,
Bilən varmı sənlə başa,
Necə çıxaq, necə dünya?
Kim ki, sənə aşiq oldu,
Nadan oldu, naşı oldu,
Nə vaxt səndə işıq oldu?
Hey gecəsən, gecə dünya.
Sürüdürsən yerdən-yerə,
Dərs keçirsən min-bir kərə,
Nə olar gəl insaf eylə,
Mərhəmətsiz hoca dünya.
Saymaz oldun sən sanana,
Heç yanmadın sən yanana,
Qan utdurdun sən qanana,
Ay, çoxbilmiş qoca dünya.
Oynamışıq nə çalmısan,
Nədən narazı qalmısan?
Günü-gündən alçalmısan,
Mən görmədim uca dünya.
Şamil AZİZ
Bu mövzuda digər xəbərlər:Anamdan heç vaxt sığal görmədim Foto
09 Aprel 2026 21:31
Küçədə tüpürən görmədim Zamiq
09 May 2026 22:21
Heç kimdən dəstək görmədim Yaşar Nurinin qızından etiraf + VİDEO
24 İyul 2025 17:02
Yuxudan başqa heç yerdə görmədim atamı... Mana Ağayinin şeirləri
26 Oktyabr 2025 12:02
İmtahanda heç bir çətinlik görmədim 60 bal toplayan müəllim
16 May 2026 14:43
Baxış sayı:66
Bu xəbər 17 İyul 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















