Icma.az
close
up
RU
“Heç heçə olanda sevinirik ki, milli komandamız uduzmadı”

“Heç heçə olanda sevinirik ki, milli komandamız uduzmadı”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan milli komandası yoldaşlıq oyununda Latviya ilə heç-heçə edib – 0:0. Riqadan bərabərliklə qayıdan milli növbəti görüşünü sabah Macarıstana qarşı keçirəcək.

AFFA İcraiyyə Komitəsinin sabiq üzvü, hazırda II Liqada mübarizə aparan “Dinamo”nun prezidenti Yaşar Seyidov “FutbolPress“ə açıqlamasında millinin Latviya ilə oyununu şərh etdi:

“Milli komandamızın son oyunlarda zəif çıxış etməsi gözlənilən idi. Millimiz hazırda elə oyun göstərir ki, heç-heçə olanda sevinirik ki, milli komandamız uduzmadı. Düzdür, epizodik, təsadüfi qələbəyə ümid etmək olar. Düşünürəm ki, heç olmasa yoldaşlıq oyunlarında zəif rəqiblərlə oynayıb, qələbə qazana bilsək, az da olsa futbolçularda özünə inam yaranar. Latviya komandası ötən il C divizionunda sonuncu yeri tutub və D liqasına düşüb. Biz Latviyaya qalib gələ bilmiriksə, Macarıstan millisi ilə oyunda qalib gəlməyimiz sensasiya sayıla bilər. Hələ qarşıdan Fransa, Ukrayna və İslandiya yığmaları ilə dünya çempionatının oyunları gəlir. Düşünürəm ki, Azərbaycan müstəqillik qazandıqdan bəri ilk dəfə qrupu 0 xalla başa vura bilər. Yaxın illərdə milli komandanın uğur qazanmasını istəyiriksə, heç olmasa Azərbaycanda futbolun inkişafı ilə bağlı verdiyimiz təkliflərin həlli istiqamətində işlərə başlamaq lazımdır… Gecikirik”.

Funksioner AFFA İnkişaf Strategiyası ilə bağlı işlərin ləng getməsindən şikayətlənib:

“AFFA-nın futbolun inkişafı ilə bağlı strategiyanın hazırlanmasında verdiyim təkliflər nəzərə alınıb, amma çox təəssüf ki, onların həlli istiqamətində işlərin başlanması yubadır. Arzu edirəm ki, bu işlərə bir an öncə start verilsin. Milli komandamızın uğuru bu strategiyanın necə yerinə yetirilməsindən asılı olacaq. Əgər bu da 2005–2015-ci illərdə Azərbaycanda futbolun inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramı kimi kağız üzərində qalarsa, milli komandamızın Olimpiya, Avropa və Dünya çempionatlarının final mərhələsində oynamasını ancaq yuxularımızda və xəyallarımızda görə biləcəyik.

Heç olmasa, strategiyanın icra olunması işini bu sahəni bilən təcrübəli peşəkarlara tapşırmaq və nəticələrə ümid etmək olar. Düşünürəm ki, futbolun bir parçası olan mütəxəssislər bu işlərə rəhbərlik etməsə, nəticə yenə də olmayacaq”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 İyun 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri