Heç kim bilmirdi, amma zəhər imiş: Ən pis pendirlərin adı AÇIQLANDI
Icma.az, News24 portalına istinadən məlumat verir.
Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Roskaçestvo qurumu bazarda populyar olan pendir növləri ilə bağlı genişmiqyaslı tədqiqatın nəticələrini dərc edib.
News24.az xəbər verir ki, tədqiqatda "Rossiyskiy", "Tilsiter" və emal olunmuş qaymaqlı pendirlərin keyfiyyəti və təhlükəsizliyi araşdırılıb.
“Rus” pendiri kateqoriyasında “Syrobogatov” markası ən yüksək bal toplayaraq lider seçilib. Ən zəif nəticə isə tərkibində antibiotik və bitki yağı aşkarlanan “Appetitno Krugly God” pendirində müşahidə olunub – bu məhsul artıq “pendir” sayılmır.
“Hər Gün”, “Maqnit” və “Qırmızı Qiymət” kimi markalar isə dad və yağ tərkibi baxımından zəif nəticə göstərib. Bununla belə, bu pendirlər sağlamlıq üçün təhlükəli sayılmır.
“Tilsiter” kateqoriyasında isə Selo Zelenoe, Lambert və Prostokvashino brendləri keyfiyyətli və təhlükəsiz məhsul kimi qiymətləndirilib.
Araşdırma nəticələri istehlakçılara düzgün seçim etməyə kömək etməklə yanaşı, standartlara cavab verməyən məhsulların aşkarlanması baxımından da önəm daşıyır.
Aqil

