Icma.az
close
up
RU
Heç kim sevdiyi ilə ailə həyatı qurmur Oğuz Ayvaz

Heç kim sevdiyi ilə ailə həyatı qurmur Oğuz Ayvaz

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Oğuz Ayvazın "Heç kim sevdiyi ilə ailə həyatı qurmur" adlı yazısını təqdim edir.

Qədim yunan mifologiyasında meşə ilahəsi, ağaclar pərisi, bəzi versiyalara görə, Apollonun qızı olan Evridikanı günlərin bir günü zəhərli ilan çalır. O, “o biri dünya”ya vasil olur; sevgilisi Orfey taleyilə barışmayıb, onu diriltmək qərarına gəlir və öz ilahi musiqisi sayəsində ölülər səltənətinə daxil ola bilir; burada Evridikanın kabusunu tapır, onun geri qaytarılması üçün yeraltı dünya tanrıları, ər-arvad Aid və Persefona ilə razılığa gəlir – bir şərtlə ki, qaranlıqlar səltənətindən çıxana kimi onun üzünə baxmamalıdır; fəqət işıqlı dünyaya çıxhaçıxda Orfey dözmür, sevgilisinin gerçəkdən arxasınca gəldiyinə əmin olmaq üçün dönüb arxaya baxır; bununla da şərt pozulur, Evridika tanrılar tərəfindən təzədən qaranlıqlar aləminə qaytarılır, sevgililər əbədilik ayrılır.

İnsan sevgisizlikdən, tənhalıqdan fiziki, mənəvi olaraq zədələr qazanır. Bir vaxt bu sözlərin nə demək olduğu mənə çatmırdı. İndi isə elə yaxşı dərk edirəm ki, bu sözlərin ağırlığını. Bu ağırlığı bəzən çiyinlərimdə daşıya bilmirəm, sürüşüb küləyə qarışır. Daşıya bilməyəcəyi yükü insan apara bilmir. Necə deyirlər, Allah insana daşıyacağı yükü verir. Sevginin ağırlığını da insan daşıya bilmir, sonu faciə ilə bitir. Sosial zombiyə çevrilən virtual insan camiələrində sevgi sözü tarixin tozlu rəflərində qalıb.

Sevgi və aşiqlik fərqlidir. Sevgi uzun müddətli hiss, aşiqlik isə ağlın ürəklə müharibəsidir. Sevgi zamanla formasını dəyişən, inkişaf edən, bəzən böhran yaşayan, bəzən isə adiləşən bir hissdir. Sevmək başa düşməsən, hətta razılaşmasan belə olanı qəbul etməkdir.

Məncə, sevgini bir neçə yerə bölmək məqsədəuyğundur: gənclikdə duyulan ehtiras dolu hiss, evlilikdə sakit axan çaya bənzəyir, sonra uşağa ötürülüb saflaşır, onunla bərabər böyüyür, əzabla, sevinclə yoğrulur. Qocalıq... qocalığı isə hələ bilmirəm.

Sevgi haqda mahnılar, filmlər, əsərlər yazılıb. Onlardan biri yadıma düşür. Alla Puqaçovanın oxuduğu “Milyon, milyon qızılgül”. Mahnının adı, yəqin ki, çoxlarınızın bildiyi gürcü rəssamı Pirosmaninin kədərli sevgi hekayəsidir. Pirosmani sevgisinə çatmaq üçün Fransadan gələn aktrisa üçün hər şeyini satır və qızılgüllər alır. Pirosmani sevgisinə qarşılıq istəsə də, xanım onu seçmir. Rəssam sevgisinə çatsa idi, bəlkə də, sevgiləri uzun müddət davam etməyəcəkdi. Nikonun aşiqliyi onun həyatını məhv elədi.

Paulo Koelyonun “Ryo Pyedronun sahilində oturdum və ağladım” romanında yazır:

“Biri vardı, biri yoxdu, bir gənc oğlan və qız vardı. Onlar biri-birini sevdilər, evlənmək qərarına gəldilər. Bəy və gəlinsə həmişə bir-birinə hədiyyə verir. Oğlan kasıb idi: yeganə sərvəti babasından ona miras qalmış saat idi. O saatı sataraq çox gözəl saçları olan sevgilisinə gümüş daraq almaq qərarına gəldi. Qızın da nişanlısına hədiyyə almaq üçün pulu yox idi. Onda o, şəhərdəki ən varlı tacirin dükanına getdi və öz saçlarını satdı. Qazandığı pulla saata qızıl zəncir aldı. Və onlar toy günü görüşəndə gəlin bəyə satdığı saatı üçün qızıl zəncir bağışladı, bəysə gəlinə – kəsdirdiyi saçları üçün daraq”.

Romanın əsas məğzi elə bu kiçik nağılda öz əksini tapıb. Sevgi gedilən yolda mübarizə aparmaq, onu diri saxlamaqdır.

Sevgi ən ibtidai hissdir. Bu dünyada insanı xoşbəxt edən şeylərin hamısı ibtidai hisslərlə bağlıdır. İbtidai hisslər bizi xoşbəxt edir. Çünki biz, əslində, ibtidai hisslər zamanı özümüz oluruq, özümüzə qayıdırıq.
Tarixin ilk səhifələrində də insan bu ibtidai hissin əsirinə çevrilmişdi, indi də.
Bəlkə, indi, bu texnologiya zamanında sevgi tozlu rəflərə atılıb, ancaq yenə də sevgi var. Sadəcə, o sevgini tapa bilmək əsl hünərdir. Sən sevgini tapa bilmirsənsə, ona yox deyə bilməzsən. Deməli, bütün məsələ sevgiyə inanmaqdır.
Buddizmdə çox sevdiyim bir pritça var.
Deyir ki, biz almanı yeyəndə onun necə yetişdiyini, necə bu formaya gəlib çıxdığını düşünsək, o zaman onu yeyərkən çox xoşbəxt olarıq. Bu dünyada almanı yeyərkən neçə adam bu haqda düşünür ki? Sevgi də budur. Bizdə sevgi deyəndə ər-arvad olmaq, sevgili olmaq nəzərdə tutulur. İnsanları bu ibtidai hissin yox, ağılın, məntiqin (bəlkə də, məntiqsizliyin, ağılsızlığın) ağuşuna atırlar. Heç kim sevdiyi ilə ailə həyatı qurmur, onun yaxınları tanımadıqları birini gətirir və deyir ki, bunu sev.
Yaxınlarımın başına o qədər belə şeylər gəlib ki... Onlara sevgi haqda bu cür söhbətlər aparsan, başa düşməyəcəklər. Çünki sevgi hissini tanımırlar. Onların sevgi anlayışı haradasa uşaqlıqda qalıb. Uşaq qalıb. O sevgi heç vaxt böyüməyib. Böyüməyə imkan tapmayıb. Yetim qalıb. Yetimçilik yaşayıb.

Sevgi azadlıqdır. Kimsə bu azadlığı dərk etsə, o zaman həyatda həqiqi sevgini tapacaq. Ancaq əgər hələ də sevgiliniz yoxdursa, tələsməyin. Sevgi tələsməyi sevməz. Məsələn, Qoqolun da sevgilisi olmayıb, Nyutonun da. Düşünün ki, dahi bir adamla eyni aqibəti yaşayırsınız. Ancaq zarafat bir yana, sevgisiz ömür qupquru ağaca bənzəyir.
Ağaclar yaşıllaşanda, meyvə verəndə gözəl görünür. İnsanda da sevgi olanda yaşıllaşır, çiçək açır. Yəni, insanın ən gözəl halı sevgiyə büründüyü haldır.
Sevin, sevilin. Çünki dünyanı sevgi xilas edəcək.

Kukla Teatrının fevral repertuarı "Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır" - Mirmehdi Ağaoğlu Kidman və Bullok işbirliyi - 26 il sonra
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Fevral 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri