Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

“Heç olmasa lotereyadan bir bilet al da!” Video

“Heç olmasa lotereyadan bir bilet al da!” Video

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Həm ziyarət, həm ticarət” filmini izləməyən yəqin ki, yoxdur. Bir çox maraqlı və ibrətamiz məsələlərə toxunulmuş filmdə ən yaddaqalan səhnələrdən biri də Mustafanın hamamda, güzgü qarşısında Allaha etdiyi yumoristik duası idi. Həmin obrazı, filmi bizə sevdirməkdə az rolu olmayan, yaddaşımızda həm də şəkili müəllim kimi qalan Xalq artistimiz Hacı İsmayılov olub.

Xalq artisti öz şəxsi təcrübəsini bölüşərək, lotereyanın şans, taleyin oyunu və həyatımıza təsiri haqqında maraqlı fikirlərini bölüşüb. 

Bəs, bir bilet, həqiqətən də, insanın həyatını dəyişə bilərmi?

“Qafqazinfo” görkəmli teatr və kino aktyorunun müsahibəsini təqdim edir:.

“Heç olmasa lotereyadan bir bilet al da!”

- 1994-cü ildə film çəkiləndə mən o səhnəyə xüsusi diqqət yetirməmişdim. Həmin səhnə iki hissədən ibarət idi. Mən təklif etmişdim ki, əvvəlcə mayka ilə, daha sonra isə pencək və qalstukla çəkiliş edək ki, sanki müxtəlif vaxtlarda baş verən hadisələr kimi görünsün. Lakin kamera aşağı enəndə görünür ki, Mustafa hamamda məşq edir, lotereya ilə bağlı danışır və çox gözəl də deyir:
“Sənə qurban olum, ay Allah, nolar, elə elə mən bir lotereya ilə maşın udum”. Bir ay keçir, amma yenə də maşın olmur.

Sonra Əhmədiyyə yenidən Allaha yalvarır:
“Ay Allah, mən sənə nə etmişəm, nolar, bir maşın nə olan şeydir ki, sən onu mənə qıymırsan?!” Axırda Allah dözmür və yuxarıdan cavab verir:
“Ay Əhmədiyyə, sənə qurban olum, mən səni çox istəyirəm, sənə kömək eləmək istəyirəm. Amma sən də heç olmasa mənə kömək elə də – heç olmasa lotereyadan bir bilet al da!”

Bu səhnə tamaşaçılar tərəfindən çox bəyənildi və illər keçsə də, hələ də dillərdən düşmür.

“İki dəfə belə şansı əldən vermişəm, rəqəmləri dəyişmişəm”

- Gənclik illərimdən lotereyaya böyük marağım olub. Sovet dövründə 30 qəpiklik lotereya vardı və o zaman üçün çox yaxşı bir lotereya idi. Hardasa 200-300 nəfər bu lotereyadan xeyir götürürdü. Uduşlar arasında müxtəlif məbləğlər vardı – 5, 10, 100 manat kimi pul mükafatları, məişət texnikalarından – ətçəkən maşın, radioqəbuledici və hətta avtomobil də uduş siyahısına daxil idi.

Yadımdadır, bir dəfə 30 qəpiklik lotereya almışdım və yoxlayanda məlum oldu ki, radioqəbuledici udmuşam. Adı “Rigonda Mono” idi. Lotereya bir şansdır və gərək bu şansdan istifadə edəsən.

Sovet dövründə müxtəlif təşkilatlarda və idarələrdə lotereya oyunları keçirilirdi və onların bir çoxunda aparıcı olmuşam. O vaxtlar “5/36” lotereyası da məşhur idi. Bir dəfə yazdığım rəqəmləri dəyişməsəydim, beş rəqəm udacaqdım. İki dəfə belə şansı əldən vermişəm, rəqəmləri dəyişmişəm. Odur ki, mən həmişə məsləhət görürəm – lotereyada seçdiyiniz rəqəmləri dəyişməyin!
“Bir lotereya bileti ilə insanın taleyi dəyişir”

- Bəziləri doğum tarixi, yaşadığı ünvan və ya xoşladığı rəqəmləri seçir. Ümumiyyətlə, mən rəqəmlərə inanan insanam – istər doğum tarixi, istərsə də yaşadığımız illər olsun, bunlar insanın taleyini müəyyən qədər formalaşdırır. Lotereyanın gözəl tərəfi isə odur ki, insan bu rəqəmlərlə öz taleyini dəyişə bilər.

“Lotereyadan 300-400 manat udmuşam”

- “4+4” lotereyasını çox xoşlayırdım, bir müddət oynayırdım və udurdum da – 300-400 manat. Amma lotereya həmişə bir şansdır. Uda da bilərsən, uduza da. Elə məbləğ uda bilərsən ki, həyatın tamamilə dəyişər. Bu, insanlara verilən bir şansdır, bir fürsətdir ki, bəxtlərini sınasınlar. Heç olmasa, adama bir dənə lotereya bileti alsınlar, vəssalam!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Fevral 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see757

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see722

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see717

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see524

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see513

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see493

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see422

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see377

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see372

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see365

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see358

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see352

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see346

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see345

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see340

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see339

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see334

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see325

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see320

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri