Icma.az
close
up
RU
“Qarabağ”, heç olmasa, yunanları sevindirmə!

“Qarabağ”, heç olmasa, yunanları sevindirmə!

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Əlbəttə, Avropa Liqasında 8-ci turun “Olimpiakos” – “Qarabağ” matçının afişasını daha həyəcanlı və dolğun fikirlərlə təqdim etmək istərdik. Elə arzumuz-istəyimiz də bu idi.

Təəssüf ki, “köhlən atlar” evdə FKSB-yə uduzmaqla bizi bu zövqdən məhrum etdi. Bu üzdən ağla solğun və ümidsiz cümlələrdən başqa nəsə gəlmir. Formal oyun, əhəmiyyətsiz nəticə, UEFA-nın rəsmi saytında qeyd edilən “Qarabağ”ın pley-offa yüksəlmək şansı yoxdu” ifadəsi...
Yox-yox, indi təslim olmaq yerinə düşməz. Bu dəfə də ağdamlıların qələbə qazanacağına inanmalı, uğursuz mövsümü təsəlli qələbəsiylə başa vuracağına ümidlə yanaşmalıyıq. Axı tarixdə nəticə qalır. Deməli, “Olimpiakos”a intiqam hissinin ləzzətini yaşatmaq olmaz! Söhbət nədən gedir? Bu və başqa məsələlərə aydınlıq gətirmək üçün sözümüzün canına keçid almazdan əvvəl bildirək ki, matç “İctimai” TV-də canlı yayınlanacaq.
Avropa Liqası
əsas mərhələ, 8-ci tur
Olimpiakos (Yunanıstan) – Qarabağ

30 yanvar. Pirey. “Georgios Karaiskakis” stadionu. Saat 00.00.
Bəli, “Qarabağ” üçün avrokuboklar mövsümü bu oyunla başa çatacaq. Ona görə ki, “köhlən atlar” ilk 7 matçdan cəmi birində qalib gəldi, qalanlarında uduzdu. İndi 3 xalı olan komanda 36 iştirakçı arasında 34-cü yerdədi və sonuncu oyunda qələbə qazansa belə, 9 xalla 24-cü sırada qərarlaşan “Beşiktaş”a çata bilməz.
Qısası, Yunanıstan səfəri Ağdam təmsilçisi üçün formal xarakter daşıyır. Amma bu məqam bizimkiləri ruhdan salmamalıdı. Birincisi, “Qarabağ” səfərdən qələbəylə qayıtsa, UEFA-dan əlavə 450 min avro gəlir əldə edəcək. İkincisi, “köhlən atlar” daha əvvəl “Olimpiakos”la qarşılaşıb. Bu oyun Avropa Liqasının 2022/23 mövsümünün qrup mərhələsinə təsadüf edib. Qurban Qurbanovun komandası yunanları səfərdə 3:0 hesabıyla darmadağın edibsə, evdə qolsuz heç-heçə qeydə alınıb. Təbii ki, rəqib bunların qisası almağa çalışa bilər. Odu ki, hazırlıqlı olmaqda fayda var. Üçüncüsü, “Qarabağ” Avropa Liqasının qapısını inamla bağlamalı, bununla həm ölkədaxili yarışlarda ruh yüksəkliyinə nail olmalı, həm də avrokubokların yeni mövsümünə ümid işığı salmalıdı.
“Olimpiakos”a gəlincə, komanda indiyə qədər keçirdiyi oyunlarda yalnız “Lion”un meydanından məğlub ayrılıb (0:2). Yunanlar evdə “Braqa”ya (3:0), səfərdə “Malmö”yə (1:0) və “Portu”ya (1:0) qalib gəlib. Üç matçda isə “sülh” qeydə alınıb. Dəqiq desək, “doğma divarlar” arasında “Reyncers” (1:1) və “Tvente”nin (0:0) öhdəsindən gələ bilməyən komanda FKSB-nin də meydanından bir xalla qayıdıb (0:0). “Olimpiakos” indi 14 xalla 12-ci pillədədi. Yunanlar 8-ci sıradakı FKSB-dən 2 xal geridə olduqlarını və rumınların son turda “Mançester Yunayted”lə qarşılaşacağını bilir. Bu üzdən “Qarabağ”ı məğlub etməyin vacibliyini dərk edirlər.
Yeri gəlmişkən, Pirey təmsilçisi yerli çempionatda 20 turdan sonra 44 xalla liderdi. Komandanı ötən ilin fevralında baş məşqçi təyin edilən 63 yaşlı mütəxəssis Xose Luis Mendilibar çalışdırır. Görünür, “köhlən atlar”ın budəfəki sınağı da asan keçməyəcək. Hər halda, Qurban Qurbanov komandasının ciddi təzyiqdən xilas olduğunu və arxayın çıxış edəcəyini dilə gətirib. Belədə ağdamlıların qələbəsinə inanmağa dəyər.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Yanvar 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri