Icma.az
close
up
RU
Heç olmasa lotereyadan bir bilet al da! Xalq artisti Hacı İsmayılovdan maraqlı xatirələr (VİDEO)

Heç olmasa lotereyadan bir bilet al da! Xalq artisti Hacı İsmayılovdan maraqlı xatirələr (VİDEO)

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Həm ziyarət, həm ticarət” filmini izləməyən yəqin ki, yoxdur. Bir çox maraqlı və ibrətamiz məsələlərə toxunulmuş filmdə ən yaddaqalan səhnələrdən biri də Mustafanın hamamda, güzgü qarşısında Allaha etdiyi yumoristik duası idi. Həmin obrazı, filmi bizə sevdirməkdə az rolu olmayan, yaddaşımızda həm də şəkili müəllim kimi qalan Xalq artistimiz Hacı İsmayılov olub. 

Odur ki, elə filmin qəhrəmanı ilə həm filmdəki obrazından, həm sovet və müasir dövrün lotereyaları haqqında söhbət etdik. Xalq artisti öz şəxsi təcrübəsini bizimlə bölüşərək, lotereyanın şans, taleyin oyunu və həyatımıza təsiri haqqında maraqlı fikirlərini bölüşdü. Bəs, bir bilet, həqiqətən də, insanın həyatını dəyişə bilərmi? Bu maraqlı mövzuda görkəmli teatr və kino aktyoru ilə olan söhbətimizi təqdim edirik. 

"Heç olmasa lotereyadan bir bilet al da!"

1994-cü ildə film çəkiləndə mən o səhnəyə xüsusi diqqət yetirməmişdim. Həmin səhnə iki hissədən ibarət idi. Mən təklif etmişdim ki, əvvəlcə mayka ilə, daha sonra isə pencək və qalstukla çəkiliş edək ki, sanki müxtəlif vaxtlarda baş verən hadisələr kimi görünsün. Lakin kamera aşağı enəndə görünür ki, Mustafa hamamda məşq edir, lotereya ilə bağlı danışır və çox gözəl də deyir: 

"Sənə qurban olum, ay Allah, nolar, elə elə mən bir lotereya ilə maşın udum. Bir ay keçir, amma yenə də maşın olmur. Sonra Əhmədiyyə yenidən Allaha yalvarır:

"Ay Allah, mən sənə nə etmişəm, nolar, bir maşın nə olan şeydir ki, sən onu mənə qıymırsan?!" Axırda Allah dözmür və yuxarıdan cavab verir: "Ay Əhmədiyyə, sənə qurban olum, mən səni çox istəyirəm, sənə kömək eləmək istəyirəm. Amma sən də heç olmasa mənə kömək elə də – heç olmasa lotereyadan bir bilet al da!"

Bu səhnə tamaşaçılar tərəfindən çox bəyənildi və illər keçsə də, hələ də dillərdən düşmür.

"İki dəfə belə şansı əldən vermişəm, rəqəmləri dəyişmişəm”

Gənclik illərimdən lotereyaya böyük marağım olub. Sovet dövründə 30 qəpiklik lotereya vardı və o zaman üçün çox yaxşı bir lotereya idi. Hardasa 200-300 nəfər bu lotereyadan xeyir götürürdü. Uduşlar arasında müxtəlif məbləğlər vardı – 5, 10, 100 manat kimi pul mükafatları, məişət texnikalarından – ətçəkən maşın, radioqəbuledici və hətta avtomobil də uduş siyahısına daxil idi.

Yadımdadır, bir dəfə 30 qəpiklik lotereya almışdım və yoxlayanda məlum oldu ki, radioqəbuledici udmuşam. Adı "Rigonda Mono” idi. Lotereya bir şansdır və gərək bu şansdan istifadə edəsən. 

Sovet dövründə müxtəlif təşkilatlarda və idarələrdə lotereya oyunları keçirilirdi və onların bir çoxunda aparıcı olmuşam. O vaxtlar "5/36” lotereyası da məşhur idi. Bir dəfə yazdığım rəqəmləri dəyişməsəydim, beş rəqəm udacaqdım. İki dəfə belə şansı əldən vermişəm, rəqəmləri dəyişmişəm. Odur ki, mən həmişə məsləhət görürəm – lotereyada seçdiyiniz rəqəmləri dəyişməyin!

"Bir lotereya bileti ilə insanın taleyi dəyişir”

Bəziləri doğum tarixi, yaşadığı ünvan və ya xoşladığı rəqəmləri seçir. Ümumiyyətlə, mən rəqəmlərə inanan insanam – istər doğum tarixi, istərsə də yaşadığımız illər olsun, bunlar insanın taleyini müəyyən qədər formalaşdırır. Lotereyanın gözəl tərəfi isə odur ki, insan bu rəqəmlərlə öz taleyini dəyişə bilər.

"Lotereyadan 300-400 manat udmuşam”

"4+4” lotereyasını çox xoşlayırdım, bir müddət oynayırdım və udurdum da – 300-400 manat. Amma lotereya həmişə bir şansdır. Uda da bilərsən, uduza da. Elə məbləğ uda bilərsən ki, həyatın tamamilə dəyişər. Bu, insanlara verilən bir şansdır, bir fürsətdir ki, bəxtlərini sınasınlar. Heç olmasa, adama bir dənə lotereya bileti alsınlar, vəssalam!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri