Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Bu ildən Həcc ziyarətinə yollanacaq azərbaycanlı zəvvarlarla bağlı yeni tibbi tələblər qüvvəyə minəcək.
Milli.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı bu qaydaları ötən ildən tətbiq edir. Tələblərə əməl etməyən bəzi Həcc missiyalarının cərimələndiyi bildirilir.
Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc elektron şöbəsinin rəhbəri Vüsal Cahangirinin sözlərinə görə, azərbaycanlı zəvvarların əksəriyyəti gənc və orta yaşlı şəxslərdir. Buna görə də yeni məhdudiyyətlərin müraciətlərin sayına ciddi təsir göstərəcəyi gözlənilmir.
Yeni tələblər orqan, ürək və qaraciyər çatışmazlığı, ağciyər xəstəlikləri, eləcə də ağır nevroloji, psixi və digər xroniki xəstəlikləri olan şəxslərə şamil edilir.
Vüsal Cahangiri qeyd edib ki, bu cür sağlamlıq problemi yaşayan şəxslər əvvəlki illərdə də Həcc ziyarətinə müraciət etməyiblər.
Hazırda Həcc üçün 80-dən çox müraciət qeydə alınıb və müraciət edənlər arasında ciddi tibbi problemi olan şəxs aşkarlanmayıb.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 06 Oktyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















