Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Həcər Adeli oxuyarkən... Tariyel Azərtürk

Həcər Adeli oxuyarkən... Tariyel Azərtürk

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Tariyel Azərtürkün "Həcər Adeli oxuyarkən" yazısını təqdim edir.


Vətəndən uzaqda yaşamaq yerə təyyarədən baxmaq kimi bir şeydir. Necə ki, uzaqdan baxanda mənzərələr detayları ilə görünmür, lakin görünənlər daha geniş və əhatəli olur, doğma ölkəmi də bu cür uzaqdan izlədim, bir an da olsa unutmadım, hər zaman uğurlarına sevindim, çatışmazlıqlara kədərləndim. Bütün uğurlarımı Vətənin adına yazdım. Uzaq Amerikada ömrümü həsr etdiyim, türk dünyasının heç kimə məlum olmayan mixi yazılı Babil dövrünü, Aralıq dənizi sahillərində və İtaliyadakı Etrusk adlandırılan dövrünü tədqiqat obyektinə çevirərək apardığım araşdırmaları Azərbaycanda da dəstəkləyənlər çoxdur. Bu sahədə son bir ildə uğurlar qazandığım, dünyanın ən məşhur elmi cameələri və konfranslarında bu yeniliklərin qəbul edildiyi, jurnallarda çap olunduğu bir zamanda məni daha çox dəstəkləyən və araşdırmalarıma nöhtəşəm rəylər yazan yazıçı, müəllim Həcər xanım Paşayevanın (Həcər Adelin) bəzi hekayələrini oxuyub, bəyəndim və ona belə bir təklif göndərdim: “Hörmətli yazıçı Həcər xanım, müəyyən həcmdə münasib bildiyiniz, daha çox uğur qazanan əsərlərinizdən göndərin, onu ingilis dilinə tərcümə edərək Amerikada nəşr etdirəcəyəm. Qoy ABŞ və ingilisdilli dünya oxcuları da sizin kimi oxunaqlı dili, mükəmməl üslubu olan, həyatı, obrazları bu qədər uğurla qələmə alan gözəl yazıçımızın yaradıcılığı ilə tanış olsunlar”.
Təklifimi sevinc və razılıqla qarşılayan Həcər Adel ilə yaradıcılıq əlaqələrimiz başlandı. O, əvvəlcə məndən müddət istədi: oxucuların, ədəbi mühitin yüksək qiymətləndirdiyi “Ağ dəvə düzdə qaldı” povestini yenidən işləməkdə, süjetə yeni, maraqlı epizodlar, əlavə etməkdə, həmçinin yenidən redaktə etməkdə olduğunu dedi. Yadıma İsa Hüseynov düşdü, oxumuşdum, Muğanna “İdeal” romanını ömrü uzunu redaktə edib.
Bir müddət sonra Həcər xanımdan əsərin PDF variantını alıb tərcüməyə başladım və oxuduqca niyə bu qədər sevildiyini anladım. Adı qədim xalq bayatısının misralarından götürülmüş povect xalqımızın genetik koduna hopmuş Yaylağa köçdən və yaylaq həyatından danışır. Doğulduğum Nüvədi kəndində məktəblər qurtarandan və barama dərilib təhvil veriləndən çox qabaq, kənddə qız-gəlin arasında köç söhbəti başlar, köç nigarançılığı narahat qəlblərə sevinc buludu təki çökərdi. Kəndimizdə biri-birindən səfalı 4-5 yaylaq yerimiz var idi. Və hər kəs kolxozdakı işindən asılı olaraq onlardan birinə köçməliydi. Çörəyi oradan çıxırdı. Amma hamı istərdi ki, kənddəki ürəyi istədiyi ailə ilə 2 aylıq yaylağı da bir yerdə keçirsin. Odur ki, isti kəndin üstünə bir sual nigaran meh kimi əsərdi-qəlbləri sərinlətmək üçün:
-Bu yay hara köçəcəksiz?
Qudsal pirə gedəcək zəvvarlar dəstəsi kimi hamının sinəsindən qopardı bu sual. Türkü bütün dünya köçəri kimi qınayır. Amma dünya qanmır ki, indi yayı “Daça” adlandırılan sərin yerdə istirahət etmək də Köçəri Türkdən qalmadır.
1) Mixi yazısı kimi.
2) Latına və ondan da dünyanın Avropa hissəsinə verdiyi Etrusk-Pelasq türk əlifbası kimi.
Lap sonralar, kəndimiz əlimizdən çıxandan sonra şairə bacım Tinatin Vəliqızı fəxrlə və yana-yana deyirdi:
- Kəəy, sən demə baş yaylağımız Hüseyn bəy Çiməninə kefə gedirmişik, saflaşmağa, sağalmağa, güc yığmağa qalxırmışıq.
Məktəbimizdə bəlkə 50 il dərs hissə müdiri işləmiş Həzi müəllim Musayevin ürək ağrısı tutanda dostu müəllim -şair qardaşım Həmzə Vəli ona təkidlə:
-Həzi, ürəklə zarafat eləmə, sən həkimə get - deyəndə Həzi müəllim kefini belə pozmadan:
—Iıı, neynirəm həkimi, dayıoğlu, ude yay gəlir. Genə qalxıb Hüseyn bəy Çimənində Novlu bulağının üstündə alaçığımı qurecam, hər gün onun suyundan içecəm. Buz baltasına dönəcək ürəyim. Narahat olma.
Müəllifin “Ağ dəvə düzdə qaldı” povesti şirin dilindən əlavə, kəndimizdə uşaqlıqda yaşadığım müqəddəs xəyallarımı oyatdığına görə məni özünə cəlb etdi. Povesti oxuduqca Naxçıvan dağları ilə bitişik olan Nüvədidəki yaylaq həyatını yaşadım. Buna görə onu ABŞ-da ingiliscə ayrıca kitab kimi çap etdirməyi qərara aldım.
Povestdə təsvir olunan hadisələrin təsvirində dil axıcılığı, üslub gözəlliyi, sadə, canlı dialoqlar, güclü milli kolorit müasir oxucuya əsər haqda gözəl düşünməyə əsas verir. Əsər diqqətimi bu iki səbəbdən daha çox cəlb etdi. Tərcüməni bitirdikdən sonra Həcər xanımdan "American Publishers", "Amazon" nəşriyyatları və oxucular üçün müraciət mətni istədim. O, yazdı: “AMERİKAN PUBLİSHERS", "AMAZON", siz möhtəşəmsiniz! Uzaq Azərbaycanda yaşayan yazıçını Amerika və dünya oxucuları ilə tanış etdiyiniz üçün sizə minnətdaram!
Salam, əziz oxucum. Siz mənim kitabımı əlinizə alanda burda-uzaq Qafqazda bunu hiss edəcəm. Əminəm ki, bədii zövq alacaq, yaşadığım həyatı, obrazlarımın həyatını oxuyanda çoxunuz düşünəcəksiniz: “Ah, bunları mən də yaşamışam!”. Sizin gözəl və sağlam yaşamanızı, ruhunuzun sevgi və sevinclə dolu olmasını, üzünüzdə təbəssümün çiçək açmasını istəyirəm. Əsərlərimdən zovq alacağınıza əminəm. Yaylaqda şahidi olduğu hadisələri, xalqın elat mədəniyyəti ilə bağlı yaşam tərzini, dağlarda iki gəncin bir-birini necə gözəl saf məhəbbətlə sevməsini, onların həlak olmasını ürək ağrısı ilə danışan altı yaşlı qızcığazın söhbətləri sizin ruhunuzda elə bir iz buraxacaq ki. Körpəsini kürəyinə şal ilə bağlamış gənc müəllimənin ucqar dağların ensiz cığırlarında atla yol gedib məktəbdə dərs deməsini, öz xatirələrini belə şirin dillə qələmə almasını siz də maraqla qarşılarsınız. Gəlin, birlikdə söhbət edək, pıçıltı ilə bir-birimizə yaşadıqlarımızı anladaq! Axı hamımızın atası Adəm, anası Həvvadır!!”
Mətni kitabın naşirləri razılıqla qarşıladılar. Bunun ardınca isə Həcər xanımdan tərcümeyi-hal istədilər. O bunu da səmimi notlarla bəzənmiş cümlələrlə qısa şəkildə elə gözəl ifadə etdi ki, heyran qalmaya bilmirsən: “Mən Həcər Adel (Həcər Paşayeva) Azərbaycanın Naxçıvan şəhərində doğuldum. Dolça (Aquarius) bürcüyəm. Pedaqoji institutun Azərbaycan dili və ədəbiyyatı fakultəsini bitirmişəm. Uzun illər Qarabağda - Laçın rayonunun dağ kəndlərində doğma dili və ədəbiyyatı, biologiya, coğrafiya, kimya fənlərini tədris etdim. İki övladımdan böyük oğlum ailəsi ilə birlikdə Kanadada, kiçik oğlum mənimlə birgə paytaxtımız Bakıda yaşayır. Bu, mənim bir neçə faktla ifadə etdiyim kiçik avto-bioqrafiyamdır. Ah, əziz oxucum, bu faktların hər birinin altında dünya boyda əzablar və sevinclər, yaşantılar, necə xatirələr var, bir bilsəydiniz. Siz də bu həyatda yaşayırsınız və bilirəm, çoxunuzun yaşadığınız ömür çox da ütülü, dümdüz yolları olan həyat olmayıb. Mən ailə qurduqdan sonra ucqar kənddə dərs deməyə gedəndə heç at görməmişdim. Amma dörd-beş saatlıq yolu sıldırımlarda açılmış iki qarış enində cığırlardan keçərək o ucqar dağ kəndində işlədim. Orda televizor yox idi, işıqlar sönür, aylarla yanmırdı. Sanki dünyadan təcrid olunurdum. Kənd mağazasında, demək olar ki, heç nə yox idi. Amma o kəndlərin adamları bilirsinizmi, məni necə sevdilər, necə qayğıma qaldılar. Onların qayğı və sevgisini heç kimsədə görmədim və ömrüm uzunu unutmaram. Mən onlar üçün televizor idim, dünya, həyat haqda zəngin və maraqlı məlumatlar danışan həmsöhbət idim. O yolları getdikcə pərəstiş etdiyim bakirə təbiətin gözəlliyi mənə sonsuz zövq, ruh verir, çətinliklər gözümə görünmürdü. Üç-dörd aylıq körpə oğlumun bir metrdən çox yağmış qarın üstündə bələyini açıb dəyişməyi təsəvvür etsəniz, o çətinlikləri də hiss edə bilərsiniz. Allahla danışmağı, onun mənə pıçıldadığı sözləri ilk dəfə orda eşitdim. İlahi, o günlər üçün necə də darıxıram.
1992-i ildə isə Rusiyanın dəstəyi ilə Ermənistan dövləti Azərbayanın Qarabağ bölgəsini və ətraf bölgələri zəbt etdi. Ölənlər, əsir düşənlər çox oldu. Mən də ailəmlə birgə Bakıya köçməli oldum. Milyona yaxın azərbaycanlı min illər yaşadığı yurdunu tərk etməyə məcbur oldu. Bakıda qaçqınlar üçün yaradılmış orta məktəbdə dərs deməyə başladım. Bir neçə il əvvəl isə bütün kədərimi, həyatımı yazmağa qərar verdim. Yaxşı ki, bu qərarı verdim. Ətrafıma ölkəmdə on minlərlə oxucu toplaya bildim...
...“Ağ dəvə düzdə qaldı” adlı ilk kitabıma daxil olan əsərlərin ən maraqlısı elə adı çəkilən povestdir. Povesdəki mövzu haqda yaşlı yazıçılar artıq sözlərini çoxdan demiş, gənclər isə yaylaq məişəti ilə bağlı yazmırlar, çünki bu həyatı yaşamadan yazmaq mümkün deyil. Bax bu zaman mən meydana atıldım: xalqımın min illər yaşadığı məişəti, köç həyatını, adətləri, qaydaları haqda yazdım...
...Əziz oxucum, sizinlə növbəti dəfə “Kopalxen” əsərimin oxusunda görüşmək istərdim. Və bunun üçün “AMERİKAN PUBLİSHERS”ə çox ümidliyəm. Bu roman Kamçatkada- okeanda balıqçı gəmisində işləyən müxtəlif millətlərdən olan gənclərin dostluğundan, dəniz heyvanlarından, tayqada yaşayan xalqların həyatından, sevgidən, gəmi qəzalarından, sovet hökumətinin dağılmasından və s. bəhs edir.
Kitabımın tərcümə və redaktəsini, həmçinin korrektə və sponsorluğunu etdiyi üçün cənab doktor Tariyel Azərtürkə təşəkkürümü, minnətdarlığıımı bildirirəm.

HƏCƏR ADEL. Bakı- Aprel 2026.


Qaydaya uyğun uyğun olaraq “AMERİKAN PUBLİSHERS” məndən kitaba ön söz yazmağı xahiş etdi. Bunu məmnuniyyətlə yazdım:


Həcər Adeli oxuyarkən

Həcər Adeli (Həcər Paşayeva) həyatda görməmişəm, tanışlığımız feysbukdan başlayıb. Etrusklar, mixi yazılar haqda araşdırmalarımı daim izləyir, maraqlı rəylər yazır, möhtəşəm stimul verirdi. Əsərlərini oxuyandan sonra bu xanımı istedadlı yazıçı-müəllim, mükəmməl publisistik yazılar müəlifi və əsl vətəndaş kimi tanıdım. Onun bu kitabda olmayan hekayə və povestlərini də oxumuşam. Yaradıcılığa çox gec başlamış xanımı izlədikcə tez bir zamanda püxtələşmiş əsl yazıçını gördüm. Oxucunu kitabına əsir edən əsərlərini xalqdan gəlmə aforizm və müdrik ifadələrlərlə, dialoqlarda şirin kəlmələrlə elə gözəl süsləyir ki, oxuyub bitirməmiş əl çəkmək istəmirsən. Onun əsərlərində məni ən çox cəlb edən üslub gözəlliyi, axıcılıq, şirin dil və səmimiyyətdir. O, bir xanım, ana və müəllimdir. Esselərində həyatın ağır imtahanlarından uğurla çıxmaq istəyən, çətinliklər qarşısında əyilməyən bir qadın-ananın dirənci qarşısında heyran qalmaya bilmirsən.
Əsərlərini oxuduqca həyatın sərt sınaqları qarşısında mərdanəliklə dayanan türk xanımının iradəsinə, cəsarətinə pərəstiş edirdim. Onun yazılarında təbəssümlə göz yaşı, kədər və sevinc, xoşbəxtliklə ölüm, qorxaqlıqla cəsarət üz-üzə dayanır, insan taleləri mükəmməl təsviri ilə adamı heyran qoyur. Yaradıcılığa çox gec başlamış Həcər Adel ömrün kədərinə, itirilmiş xoşbəxtliyinə və əziyyətlərlə keçmiş gəncliyinə ağlamır, düşünür və qələmə sarılıb keçdiyi o yolları yazır, oxucu ilə dərdləşir, onu yenilməz, cəsarətli, mübariz olmağa səsləyir. Həyatın ən ağır çətinliklərinə dayanıb dözməsi insanda təəccüb və ehtiram doğurur. Qarlı aşırımlarda həlak olmaq qorxusu, yaşadığı məhrumiyyətlər, vətəndən uzaq düşməsi, qəriblik, təzadlarla dolu həyatın təsviri gənc xanımın xatirələrinin sətirlərindən od püskürür. Ucqar dağlarda sərt yolları atla keçən kənd müəlliməsinin küləklərin sərtləşdirdiyi simasında və xarakterində həm də o dağların təmiz havasından və suyundan, çiçəkli çəmənliklərindən, ötüşən quşların nəğməsindən gəlmə tərtəmiz bir gözəlliyi duyurdum.
Müasir oxucunun bədii zövqünü təmin etmək, ətrafına oxucu toplamaq xoşbəxtliyi hər yazıçıya nəsib olmur. Həmçinin heç bir əsər dərin müşahidə qabiliyyəti, çoxlu elmi və bədii mütaliə olmadan yaxşı yazıla bilməz. Həcər Adelin əsərlərində Şərq fəlsəfəsindən gəlmə müdrikliklə yanaşı həm də gənc və tərtəmiz bir qəlbin həyəcanlarını görməyə bilmirsən. Onun əsərlərində əsrlərlə xalqın yaddaşında, mentalitetində dərin kök salmış adət-ənənələrin, xalq mənəviyyatının təsviri, bu yaşantıların oxucuya şirin, səmimi bir dillə ötürülməsi bacarığını görmək çox xoş təsir bağışlayır. Müəllif oxucusunun əlindən tutub öz ardınca mənəvi dünyasının ənginliklərinə apara bilir. O, söz qarşısında heç vaxt aciz deyil, məncə, sözün ən gözəlini yerində, dəqiq işlətmək qabiliyyəti, müəllifdə uzun illər işlədiyi müəllimlik peşəsi ilə formalaşmış bir bacarıqdır. Dialoqları səmimi, lakonik və mənalıdır.


Hörmətli oxucu, Həcər Adel xanımın digər bədii əsərləri və dünya ölkələrinə səyahətlərlə bağlı, həmçinin digər insan xarakterləri, hadisələrlə bağlı publisistik məqalələri ilə də kaş tanış olardınız. Bu məqalələrdə ölkələrin tarixini 2-3 min il əvvələ getməklə araşdıran, müasir dövrlə əlaqələndirib xalqların həyatını, onların problemlərini qələmə alan yazıçı publisistikanın ən gözəl nümunələrini yarada bilmişdir. Xarakterindən gəlmə mistik olayların yer aldığı bir neçə bədii əsəri əsl möcüzədir. Burada ilahi bir yönəltməni, Allahın hökmünün gücünü, onun qarşısında insanın vəzifəsi və hüquqlarını anlamaq cəhdləri çox inandırıcı təsvir olunur.
Əziz oxucu, bu kitabda Həcər Adelin əsərlərini oxuyarkən dilinin bu qədər canlı, yaddaşının nə qədər dərin olduğuna heyrətləndim. Bu zaman yorğunluğum çıxır, xəyalən o dağları, dərələri dolaşır, at ayaqlarının tappıltısını, qoyun-quzu mələşməsini, yaylaqlarda gün keçirən elat adamlarının şənliklərinin səsini duyurdum. Bu həyatı belə gözəl təsvir etmək hər müəllifə nəsib olmur. Povestdə dağlara çökən dumanın, onların gözəlliyinin, balaca qızcığazın düşüncələrinin və müşahidələrinin, insan münasibətlərinin və bir-birini dəlicəsinə sevən gənclərin hisslərinin təsvirinin ayrıca bir gözəlliyi var. Bütün bu hadisələr fonunda yeddi yaşlı qızın duyğularının təsviri, müşahidələrini şirin bir dillə nağıl etməsi o qədər gözəldir ki, oxuduqca gözlərin yaşarmaya bilməz. Bu əsərlərin arxasında keçilmiş yolların, təbiətin, çiçəklərin, otların, ağacların ağrısını yuxulu qaranlıqlardan aydınlığa aparan və bərq vuran şəfəqlər durur. Doğma yurdun, insanın ağrılarından süzülən yaşantıların təsviri məhz buna görə oxuduqca ürəyimizi sevindirir, bizə xoş gəlir. Bütün bu deyilənlərin hamısının bir məntiqi yekunu var: Həcər Adel talantlı yazıçı və doğma yurdu, vətəni dəlicəsinə sevən əsl vətəndaşdır.
Əziz oxucu, sizə Həcər Adelin bu gözəl əsərini və esselərini təqdim etmək xoşbəxtliyinə görə sevinirəm. İnanıram ki, siz də bu əsərləri oxuyacaq, sevəcək, azərbaycanlı xanım yazıçı ilə yenidən görüşmək istəyəcəksiniz.

Tariyel Azərtürk. ABŞ-Sietl. Aprel-2026.

***

Kitabın nəşri ilə bağlı “AMERİCAN PUBLİSHERS” və “AMAZON” çox mükəmməl, gözəl bir annotasiya mətni tərtib edərək oxuculara təqdim edib. Ümid edirəm ki, kitabın satışı da uğurla və davamlı həyata keçər, müəllifə maddi qazanc da gətirər. “Ağ dəvə düzdə qaldı” kitabının nəşri bir azərbaycanlı xanımın dünya ədəbiyyat arenasına çıxan ilk kitabıdır. Bu, məni çox sevindirdi. İnsanlara sevinc bəxş etmək, onların həyatını gözəlləşdirmək möhtəşəm hissdir. Həmçinin düşünürəm ki, azərbaycanlıların ən gözəl əsərlərinin dünya oxucusuna təqdimi məsuliyyətli və lazımlı işdir. İmkanı olanlardan bu sahədə öz sözlərini deməyini çox istərdim. Çünki elm və yeni, modern kəşflərlə bərabər bədii ədəbiyyat da xalqı dünyada təmsil edir. Bu mənada gözəl, oxunaqlı əsərlərin haqqını zamanında vermək lazımdır.

Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başladı Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək "Provans Homeri" adlandırılan Nobel mükafatçısı - Frederik Mistral kim idi?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Sentyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri