Icma.az
close
up
RU
Həcvi ictimai satiraya çevirən şair

Həcvi ictimai satiraya çevirən şair

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Qasım bəy Zakir – 240

Aqil gərək yeksan ola hər zaman,
Qoymaya qəlbinə yol tapa şeytan.

Ömrü boyu bu əqidəyə sadiq qalmış dahi şəxsiyyətlərdən biri də Qasım bəy Zakirdir. Bu il 240 yaşı tamam olan görkəmli şair, satira ystası Zakir 1784-cü ildə Şuşada dünyaya göz açıb. Onun əsli Qarabağın məşhur Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Pənahəli xanın doğma qardaşı olub. Zakir ilk təhsilini Şuşada mollaxanada alıb, ərəb və fars dillərini öyrənib. Bunun sayəsində Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustalarının əsərləri ilə tanış ola bilib.

İstedadlı şair Azərbaycan ədəbiyyatında realizmin görkəmli nümayəndəsi, maarifçi satiranın banisidir. Ədəbiyyat tarixində xüsusi mərhələ təşkil edən Zakir satiraları feodalizm cəmiyyətinin qüsurlarını aşkara çıxaran, xalqın hüquqlarını müdafiə edən sənət nümunələridir. Bu əsərlər əsas etibarilə çar hakimləri və çarizmin müstəmləkəçi qanunları əleyhinə idi. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş Zakir satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə kifayətlənməyib, eyni zamanda onlara qarşı özünün kəskin tənqidi münasibətini, nifrət və qəzəbini də bildirib.

Unudulmaz Xalq yazıçısı Mirzə İbrahimov yazırdı: “Qasım bəy Zakirin şeirinin uzun ömürlülüyünü həmişə onların məzmun və ifadə gözəlliyi ilə, forma və dil gözəlliyi ilə bağlamışlar. Zakirin şeirlərinə öz həqiqi qiymətini xalq vermişdir. Zakirin yaradıcılığında realizm daha da büllurlaşır, kəskinləşir, ictimai mübarizədə bir vasitə olur... Zakirin yaratdığı ədəbiyyat gələcək qüdrətli demokratik ədəbiyyatın ilk bünövrə daşı idi”.

Qasım bəy Zakirin “Bax”, “Xəbər alsan bu vilanın əhvalın”, “Qarabağ qazısı” adlı satirik şeirləri var. Şair öz əsərləri ilə cəmiyyətin sağlam yollarla inkişafına, xüsusilə maariflənməsinə və bu yolla cəhalətdən qurtularaq bəy, məmur özbaşınalığına qarşı çıxmalarına çalışıb. Onun bu istiqamətdə yazdığı satiralar, o cümlədən “Aslan, qurd və çaqqal”, “Tülkü və qurd” təmsilləri, “Dərviş və fəqir” mənzum hekayəsi və başqa yazıları 1988-ci ildə Tiflisdə nəşr edilən “Ana dili” dərsliyinə salınıb. Şairin yaradıcılığı bir də onunla seçilirdi ki, o, yazdığı realist əsərlərində Azərbaycan həyatının tipik xüsusiyyətlərini ümumiləşdirməyi bacarıb, eyni zamanda, satirik şeirlərin yeni nümunələrini – mənzum məktub, taziyanə, mənzum hekayə və təmsil janrlarını yaradıb. Zakir avam kütlənin gözünü açmaq, camaatın savadlanmasına yardım etmək məqsədilə bədii gülüşün bütün növlərindən bacarıqla istifadə edib.

Aşiqanə şeirlərini, xüsusilə, qoşma, gəraylı, təcnis və bayatılarını yaradarkən şifahi xalq poeziyası ənənələrindən istifadə edən Zakirin “Ağlaram”, “Öyrənib”, “Ay mədəd” və s. rədifli qoşmalarını aşıq şeirindən ayırmaq çətindir. Həmçinin onun “Arasında”, “Çağıdı”, “Çəkər”, “Gəlsin”, “Gərək”, “Məni”, “Mirzə”, “Durnalar” adlı qoşmaları çox məşhurdur.

Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz,
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?

Zakir ictimai mövzuda daha çox yazsa da, məhəbbət mövzusuna da biganə olmayıb. Onun xeyli müxəmməs, müstəzad, tərcibənd, tərkibbəndinin əsas mövzusu məhəbbətdir. “Gözüm yolda qaldı, könül intizar”, “Dost yolu bağlandı, ümid kəsildi”, “Fələk, səndə nə adətdir”, “Nə müddətdir, dost yolları” misraları ilə başlayan qoşmaları məhəbbət mövzusunda yazılmış olsa da, ictimai məzmuna malikdir.

Sürmə çəksin gözlərinə, qaşına,
Gündə yüz yol mən dolanım başına.
Zakir tək yanmağa eşq atəşinə,
Cürəti var isə, pərvanə gəlsin.

Özündən əvvəlki Azərbaycan klassikləri kimi, Zakir də öz mənzum hekayələrinin çoxunu müasir həyatın tələblərinə uyğun olaraq yazırdı. O, “Aşiq və məşuq haqqında”, “Dəvəsi itən şəxs”, “Əmirzadeyi-məşuq və cavan aşiq”, “Zövci-axər”, “Məlikzadə və Şahsənəm”, “Tərlanlar və elçilər”, “Həyasız dərviş və ismətli qadın”, “Həyasız dərvişlər haqqında” adlı mənzum hekayələrin müəllifidir. Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Məhəbbətdə sədaqət, mətanət və dözümlülük, vəfada möhkəmlik bu hekayələrin bir qismində əsas məzmunu təşkil edir. Qasım bəy Zakir əruz vəznində qəzəl, müxəmməs, müstəzad, heca vəznində isə qoşma, gəraylı, təcnis kimi janrlardan öz yaradıcılığında daha çox istifadə edib. Realist ruhlu təmsillərində bir tərəfdən dövrünün ictimai və siyasi hadisələrinə özünün eyhamları ilə işarələr edir, zülmün əleyhinə çıxır, o biri tərəfdən zəmanə gənclərinə vəfa, sədaqət, mərdlik kimi nəcib tərbiyəvi məsləhətlər verirdi...

Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Qasım bəy Zakir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına salınıb. Onun irsi tükənməz mənəvi sərvətlər xəzinəmizin qiymətli inciləri sırasındadır.

Ə.DOSTƏLİ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri