Icma.az
close
up
RU
Həddən artıq isti və riskli şərait

Həddən artıq isti və riskli şərait

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Klublararası dünya çempionatına (KDÇ) yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, FİFA-nın prezidenti Canni İnfantino 32 komandaya qədər genişlənən mundialın böyük uğurla reallaşdığını, futbolun qızıl erasının başladığını düşünür. Amma etiraf edək ki, ABŞ-də yeni formatla baş tutan nəhəng turnirlə bağlı bir sıra problemli məsələlər mövcuddu.
KDÇ yalnız FİFA-nın yeni formatlı eksperimenti deyil, həm də yaxşı pul qazanmaq vasitəsidi. Bir də təşkilatçı ölkə ABŞ üçün ilk ciddi sınaqdı. Belə ki, qüdrətli dövlət gələn ilə planlaşdırılan milli komandaların dünya çempionatının üç ev sahibindən biridi. DÇ-2026 Şimali Amerikanın Kanada və Meksika kimi böyük ölkələrində də keçiriləcək. Ancaq ilk dəfə 48 komandanın iştirak edəcəyi mundialın əksər oyunlarının həyəcanı ABŞ-nin stadionlarında yaşanacaq. KDÇ-2025 isə futbol üçün aktual olan havanın yüksək hərarəti ilə bağlı problemin qabarıq şəkildə özünü biruzə verməsi ilə də yadda qaldı.
“Bu, dəhşət idi”
Qətər 2010-cu ildə DÇ-2022-nin final turnirinin təşkilatçılıq hüququnu qazanarkən dünya futbol ictimaiyyəti ilk növbədə bu ölkədə yayın həddən artıq isti keçməsindən narahat olmağa başladı. FİFA yerli hakimiyyətlə birgə çıxış yolunu tezliklə tapdı: mundial yaydan noyabr-dekabra çəkildi. Nəticədə dünya çempionatı ilk dəfə ilin ortasında deyil, son aylarında baş tutdu. Amma DÇ-2026 haqda eyni plan mövcud deyil. Ona görə ki, ABŞ, Kanada və Meksika heç də dünyanın iqlimi çox isti olan ölkələri hesab edilmir. Bu fikir bütün dünyanın yenicə sona çatan KDÇ-nin oyunlarını izləyənə qədər hakim idi.
Beynəlxalq Peşəkar Futbolçuların Həmkarlar İttifaqı olan FİFPro bir müddət əvvəl mövzu ilə bağlı öz konfransını keçirib. Qurumun rəhbərliyi hələ bir neçə ay əvvəl FİFA-nın futbolçuların sağlamlığını təhlükə altına almaqla kommersiya maraqlarına qurban verdiyini rəsmən bəyan etmişdi. Həmin konfransda futbolçuların sağlamlığının müdafiəsinin təmini üçün qətiyyətli mövqe nümayiş etdirən FİFPro-nun rəhbərliyi bu məsələdə sona qədər mübarizə aparacağını vurğulayıb.
Yeri gəlmişkən, mundiallar tarixində ən isti hava şəraitində keçirilən matç məhz ABŞ-də baş tutub. Bu hal 1994-cü ildə Meksika və İrlandiya yığmaları arasındakı oyuna təsadüf edib. Onda Floridada gündüzün günorta çağında keçirilən matç zamanı havanın hərarəti 37 dərəcədən də artıq olub. İrlandiya yığmasının sabiq müdafiəçisi Dennis İrvin həmin oyunu belə xatırlayır:

“Bu, dəhşət idi. Meydanda istilik təxminən 40 dərəcəyə çatırdı. İsti hava və rütubətə görə istədiyimiz kimi oynaya bilmirdik. Amma vəziyyətin belə olacağı bəlli idi. Buna görə də yaş formada məşq etmişdik. İndi bunu çətin ki, kimsə praktikadan keçirsin. Mən heç vaxt futbol meydanında bu dərəcədə isti şəraitdə olmamışdım. Yəqin ki, belə vəziyyətdə oynamaq təhlükəli idi...”


Təhlükəli zonalar
FİFPro-nun əməkdaşları KDÇ-nin oyunlarını diqqətlə izləyiblər. Qurumun məlumatına görə, turnirin azı üç oyunu yol verilən maksimum temperatur üzrə tələbə uyğun olaraq keçirilməməli idi. Amma hər üç matç vaxtında baş tutub. Bunlar qrup mərhələsinin PSJ – “Atletiko” (4:0), “Esperans” - “Çelsi” (0:3) və “Benfika” – “Bavariya” (1:0) oyunlarıdı. FİFPro mövcud göstəriciləri WBGT ilə ifadə edir. Bunlar isə birbaşa günəş şüaları ilə formalaşan hərarət, şüaların yerə düşmə bucağı, rütubət, küləyin sürəti və buludluluq ilə formalaşır.
WBGT, belə desək, hiss olunan temperaturu daha yaxşı nəzərə alır və belə hava şəraitinin orqanizmə necə təsir etdiyini müəyyənləşdirir. Ona görə də 30 dərəcə müxtəlif əlavə amillərin fonunda portativ və ya, demək olar ki, öldürücü təsir gücünə malik ola bilər.
Bir sıra futbolçular KDÇ-nin gedişində əvvəllər heç vaxt belə şəraitdə oynamadıqlarını deyiblər. Məsələn, “Benfika”nın hücumçusu Andreas Şelderup “Bavariya” ilə oyundan sonra meydandakı şəraitin onun üçün ekstremal təcrübə olduğunu bildirib. Həmin matçda WBGT ölçüləri ilə hərarət 29,2 dərəcəyə bərabər olub. Halbuki ABŞ çempionatının yüksək liqası olan MLS-in reqlamentinə əsasən, havanın hərarəti 28 dərəcəyə çatacağı halda matç təxirə salınmalı və ya dayandırılmalıdı.
Dünyanın bir sıra nüfuzlu nəşrləri ilə FİFPro bir müddət əvvəl FİFA-ya KDÇ-nin reqlamentində havanın hərarəti ilə bağlı nələrinsə nəzərdə tutulub-tutulmadığı sualı ilə müraciət etmişdilər. Sual verənlər turnirin startına qədər cavab ala bilməmişdilər. Belə görünür ki, hərəkətlərinin miqyasından və cəlb olunan məbləğlərdən “kor” olan futbol məmurları üçün ABŞ-də belə istilər gözlənilməz olub və onları sözün əsl mənasında heyrətə gətirib. Nəticədə onların operativ qərarlar qəbul etməsi mümkün olmayıb.
FİFPro temperatur və rütubət məlumatlarına əsaslanaraq DÇ-2026-da oyunçuların sağlamlığı üçün son dərəcədə yüksək riskin olduğu 6 məkan müəyyən edib. Bunlar Atlanta, Dallas, Hyuston, Kanzas Siti, Missuri və Mayami, həmçinin Meksikanın Monterrey şəhəridi. Bu ərazilərdə istivurma və şüur itkisi kimi problemli vəziyyətlər yarana bilər.
Mütəxəssislər qeyd edirlər ki, həddən artıq istidə bədən səthindəki istilik 40 dərəcəyə yüksələrkən futbolçular hərəkət etməkdə çətinlik çəkə, əzələ nəzarətini və idrak qabiliyyyətini itirə bilərlər. Eyni zamanda Atlanta, Dallas, Hyustondakı arenalar bağlana və kondisionerlər işə salına bilər.
Bununla əlaqədar olaraq fəallar FİFA-dan DÇ-2026-nın oyunlarının şəhərlər arasında bölüşdürülməsinə bu məlumatları nəzərə almaqla yenidən baxılıb-baxılmayacağını soruşublar. Lakin yenə cavab ala bilməyiblər.
Zaman və fırtına
FİFA-nın Avropanın yayın şirkətlərini sevindirmək istəyi xüsusi narahatlıq doğurur. Aydın məsələdi ki, yayın üçün ən “dadlı” bazar Avropadı. Amma tamaşaçıların Şimali Amerikadan yayınlanan oyunları rahat izləyə bilməsi üçün matçlar günorta və ya nahar vaxtı, yəni ən təhlükəli vaxtda başlamalıdı. FİFPro FİFA-nı ağlabatan meyarlardan istifadə etməyə və cənub şəhərlərində matçları erkən saatlarda keçirməməyə çağırıb.
Mütəxəssislər bir seçim kimi oyunlara səhər saat 7-də başlamağı təklif edirlər. Lakin bu, oyunçuları məşq ritmindən tamamilə kənarlaşdıracaq. Buna görə də bu seçim mümkün deyil. FİFPro-nun baş katibi Aleks Fillips mövzu ilə bağlı belə deyir:

“Sağlam düşüncənin qalib gələcəyinə ümid edirəm. Biz hətta MLS qaydalarını da qəbul edə bilərik. Məsələn, Floridada matçlar nahar və günorta saatlarında keçirilmir. Və bu qayda artıq bir neçə ildi tətbiq olunur”.

Amma bu da var ki, FİFA həm də logistik problemlə üzləşib. Gələnilki dünya çempionatında 39 gün ərzində 48 komandanın iştirak edəcəyi 104 oyun keçiriləcək. Xüsusilə nəzərə alsaq ki, bəzi günlərdə 4 oyunun təşkili nəzərdə tutulub, manevr etmək üçün çox yer yoxdu.
Ancaq istidən əlavə, ilin bu vaxtı ABŞ-nin əksər əraziləri təhlükəli tufanlara da məruz qalır. Yerli hakim dairələr matçların dayandırılması və təxirə salınması ilə bağlı ciddi qaydalar tətbiq edirlər. Hətta klubların dünya çempionatında da bəzi oyunların başlama vaxtı ertələnmişdi. Yığmaların mundialında isə matçların qrafiki çox sıxdı. İstənilən yerdəyişmə zəncirvari reaksiya yaradır və çıxılmaz vəziyyətə gətirib çıxarır.
Ümumiyyətlə, FİFA daha çox pul qazanmağa və səs-küylü yeniliklərə can atmaqla yenə də insanların sağlamlığı ilə bağlı aşkar və əsas məsələlərə diqqət yetirə bilmədi.
Görək, ali qurum bir ildən sonra bu vəziyyətdən necə çıxacaq. Və ümumiyyətlə çıxa biləcəkmi? Ya da FİFA-nın başbilənləri artıq sona çatan KDÇ-də kiminsə istivurmadan əziyyət çəkmədiyini iddia edəcək və gələnilki mundialın problemsiz keçəcəyi qənaətinə gələcəklər. Amma böyük təşkilatın məlum qərarlarının üstündən qara xətt çəkmək üçün bircə faciə kifayətdi...
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 İyul 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see552

Uitkoff və Kuşner İranla danışıqlar fonunda ABŞ nin nüvə laboratoriyasına səfər ediblər

06 İyun 2026 02:36see252

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see239

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see224

Kursant faciəvi şəkildə ÖLDÜ

04 İyun 2026 14:10see224

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Faizlər (İyun 2026)

04 İyun 2026 13:26see223

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see215

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see212

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

05 İyun 2026 01:24see211

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see205

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see196

Təzyiq düşəndə bədən nə hiss edir?

04 İyun 2026 19:19see185

ABŞ də 60 ildən sonra ət yeyən parazit xəbərdarlığı

04 İyun 2026 22:13see177

“Zülfüqar” ləqəbli döyüşçü UFC turnirinə hazırlığını Bakıda davam etdirəcək

05 İyun 2026 01:52see173

Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər

05 İyun 2026 04:05see173

Kilosu 10 manata olan kartof Batat hansı xəstəliklərdə faydalıdır?

06 İyun 2026 03:04see170

“Kəpəz”in legionerinə milli dəvət

05 İyun 2026 00:26see168

Dəriyə necə qulluq etməliyik?

05 İyun 2026 02:02see165

Kot d İvuar Duenin qolu ilə Fransaya qalib gəlib

05 İyun 2026 01:28see157

BMT qeyri qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

05 İyun 2026 06:13see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri