Icma.az
close
up
RU
Həddindən artıq aybaşı qanaması bu problemdən xəbər verir

Həddindən artıq aybaşı qanaması bu problemdən xəbər verir

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Menorragiya kimi tanınan ağır menstrual qanaxmanın bir neçə səbəbi var.

Ən ümumi səbəblərdən bəziləri bunlardır:

Hormonal balanssızlıq: Progesterona nisbətdə estrogenin çox olması kimi hormonal balanssızlıqlar güclü qanaxmalara səbəb ola bilər. Bu xüsusilə menstruasiya yeni başlayan yeniyetmələrdə və menopauza yaxınlaşan qadınlarda rast gəlinir.

Miyomalar: Mioma uşaqlığın düz əzələ toxumasından əmələ gələn xoş xassəli şişdir. Daha çox 30-40 yaşlarında qadınlarda müşahidə edilir.

Poliplər: Poliplər endometriumdan (uşaqlığın daxili səthi) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmədir. Aybaşı zamanı güclü qanaxmaya səbəb ola bilər və ən çox 40 yaşlarında olan qadınlarda rast gəlinir.

Endometrioz: Endometrioz hal-hazırda çox geniş yayılmış ginekoloji xəstəlikdir. Reproduktiv dövrdəki qadınlarda inkişaf edir. Endometrioid toxumasında hormanlara qarşı həssas reseptorlar var ki, hormonların  təsirindən həmin toxumada siklə uyğun olaraq bir sıra dəyişikliklər gedir. Menstrual qanamaya uyğun olaraq kənarda yerləşən endometrioid toxuma da hər sikl zamanı qanayır. 

Adenomiyoz: Adenomiyoz, uşaqlıq yolunu əhatə edən toxumanın uşaqlığın divarına doğru böyüməsi, güclü qanaxma və ağrıya səbəb olan bir problemdir. Ən çox 40-50 yaş arası qadınlarda rast gəlinən xəstəlikdir.

Qanaxma pozğunluqları: Bəzi qadınlarda menstruasiya zamanı ağır qanaxmaya səbəb ola biləcək fon Willebrand xəstəliyi və ya trombosit funksiyasının pozulması kimi qanaxma pozğunluqları ola bilər.

Dərmanlar: Qan durulaşdırıcı dərmanlar da bəzi hallarda menstruasiya zamanı ağır qanaxmaya səbəb ola bilər.

Güclü menstrual qanaxma zamanı mütləq həkimə müraciət etmək lazımdır.

Qeyd edək ki, normal aybaşı zamanı meydana gələn qanaxma miqdarı qadından qadına dəyişir. Bəzi insanlarda menstrual qanaxma 3-4 gün, bəzi qadınlarda 6-7 gün davam edə bilər. 

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri