Icma.az
close
up
RU

“Həddindən artıq vegan pəhriz” fəlakəti: Ölən 3 yaşlı körpələrini bağçada basdırdılar

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərədə “həddindən artıq vegan pəhriz” tətbiq edərək 3 yaşlı oğlunun ölümünə səbəb olan Tai və Naiyahmi Yasharahyalah adlı cütlük məhkəmə qərarı ilə ağır həbs cəzasına məhkum edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Koventri Crown Məhkəməsində baxılan işdə, səhhətində yaranan problemlərə baxmayaraq oğulları Abiyanı müalicə etməyən və ölümündən sonra cəsədini öz bağlarında basdıran cütlük faciəvi səhlənkarlıqda günahkar bilinib.

2020-ci ildə yalnız qoz-fındıq, kişmiş və soya südündən ibarət pəhrizlə qidalanan 3 yaşlı Abiya ağır qidalanma səbəbiylə həyatını itirmişdi. Raxit, qan azlığı və böyümə geriliyi kimi səhhətində ciddi problemlər olan kiçik oğlan tənəffüs yolu xəstəliyinə tab gətirdi.

Məhkəmə sənədlərinə görə, onun ailəsi Abiyanı tibbi yardım əvəzinə sarımsaq və digər təbii qarışıqlarla müalicə etməyə çalışıb.

Cütlük övladının cansız bədənini 8 gün yatağında saxlayıb, daha sonra məzar qazıb bağçaya basdırıb. 

42 yaşlı Tai Yasharahyalah 24,5 il, 43 yaşlı Naiyahmi Yasharahyalah isə 19,5 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror Jonas Hankin bildirib ki, cütlük sosial əlaqələrdən qopub və öz qaydalarını təyin etdikləri “krallıqda” yaşayırlar. Cütlüyün rəsmi səhiyyə xidmətlərindən imtina edərək, oğullarının fiziki ağrılarına məhəl qoymaması “heyrətləndirici təkəbbür və qəddarlıq” kimi qiymətləndirilib.

Prokuror Hankin vurğuladı ki, Abiya təcrübəsi kimi qida çatışmazlığı İngiltərədə demək olar ki, heç vaxt müşahidə olunmur, lakin bu faciəli son cütlüyün öz inancları və həyat tərzi səbəbindən baş verib.

Polis hadisə yerində aparılan araşdırmalar zamanı Abiyanın qalıqlarını taparkən, cütlüyün təcrid olunmuş həyat tərzinin sosial xidmətlərin müdaxiləsinə mane olduğu ortaya çıxıb.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Dekabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri