Icma.az
close
up
RU
Liverpulda tarixi ana şahidlik etdim Qarabağ ın oyununu canlı izləyən Aysel Sadıqova

Liverpulda tarixi ana şahidlik etdim Qarabağ ın oyununu canlı izləyən Aysel Sadıqova

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi yekunlaşdı. “Qarabağ” son turun oyununu səfərdə İngiltərənin “Liverpul” klubuna qarşı keçirdi. Məşhur "Enfild" stadionundakı matç təkcə futbol mübarizəsi ilə deyil, eyni zamanda tribunadakı diqqətçəkən anlarla da yadda qaldı. Oyunu stadionda canlı izləyən həmyerlimiz Aysel Sadıqovanı isə xüsusi qeyd edə bilərik. Üzərində “Kəlbəcər” sözü yazılmış köynəklə şəkil çəkdirib sosial şəbəkədə paylaşan Aysel xanım həm stadionda, həm də virtual məkanda maraq doğurub.

Modern.az saytı Aysel Sadıqovanı Liverpul təəssüratlarını öyrənmək üçün onunla həmsöhbət olub. 

- Aysel xanım, oyunda iştirak etmək qərarını necə verdiniz? Liverpul səfəriniz məhz bu oyunla bağlı idimi?

- Oyuna getmək qərarı ani verilmiş bir qərar deyildi. Açığı, “Qarabağ”ın bu səviyyədə bir rəqiblə qarşılaşmasını canlı izləmək istəyim çoxdan var idi. Tarixi ana şahidlik etmək istəyirdim. Bəli, Liverpool səfərimin əsas məqsədi “Qarabağ”ımıza dəstək xarakterli idi. Əlbəttə ki, səfər müddətində İngiltərənin digər şəhərlərində də oldum.

- Oyunla bağlı ümumi təəssüratlarınız necə oldu? “Qarabağ” – “Liverpool” qarşılaşması sizdə hansı
hissləri oyatdı?

- Mən uşaqlıqdan futbolla böyümüşəm. Bu sevgi ailəmdən, xüsusilə də atamdan mənə keçib. Atam futbolu çox sevir, bir müddət futbol ilə məşğul olub və mən uşaq yaşlarımdan stadion atmosferində azarkeşlik nə deməkdir, onu görmüşəm. Uzun müddət Tovuzun "Turan" futbol klubunun azarkeşi olmuşam. 
Dünənki oyunda yaşadığım hissləri isə bir cümlə ilə izah etmək çox çətindir. Qürur, həyəcan, kövrəklik, sevinc… Bütün bu hisslər bir arada idi. "Qarabağ"ın adının Avropanın ən böyük stadionlarından birində səslənməsi, Azərbaycan bayrağının tribunada dalğalanması və dünyanın müxtəlif yerlərindən gələn soydaşlarımızla eyni duyğunu paylaşmaq möhtəşəm bir hiss idi… Bu hissi yaşamaq isə böyük xoşbəxtlikdir.

- Bundan əvvəl oyunları canlı izləmək üçün xarici səfərləriniz olubmu?

- Xeyr, bu mənim üçün ilk təcrübə idi. İlk dəfə xaricdə bir oyunu canlı izlədim. Açığı desəm, çox təsirli oldu və düşünürəm ki, davamı da olacaq.

- Səfər etməyinizdə "Qarabağ" klubu, yaxud fan-klublarla hər hansı koordinasiya var idimi?

- Xeyr, səfər tamamilə şəxsi təşəbbüs idi. Klubla və ya rəsmi fan-klublarla əvvəlcədən hər hansı bir əlaqə olmayıb. Amma Liverpul şəhərinə gəldikdən sonra artıq azərbaycanlı azarkeşlərlə, fan-klub üzvləri ilə təsadüfi görüşlərimiz oldu. Oyundan öncə stadiona gedən yolda fan-klubla birgə yürüşdə iştirak etdik. Açığı, heç tanımadığın insanlarla eyni məqsəd, eyni duyğu ətrafında birləşmək çox fərqli və xoş hiss idi.

- "Qarabağ" məğlub olsa da, növbəti mərhələyə vəsiqə qazandı. Bu fonda meydandakı auranı necə dəyərləndirirsiniz? Azarkeşlərimiz məğlubiyyətə üzülürdü, yoxsa növbəti mərhələyə keçidə görə sevinirdilər?

- Mən bu oyunda azarkeşlərin davranışını xüsusi vurğulamaq istəyirəm. “Qarabağ” azarkeşləri son dəqiqəyə qədər komandaya dəstək oldular. Oyun bitdikdən sonra belə stadionu tərk etmirdilər. Bu sədaqət, birlik və həmrəylik hissi idi…

- Bir anda stadionda "Qarabağ" sədaları yüksəldi, ingilis tribunaları isə susqun idi. O anları necə xatırlayırsınız? Rəqib azarkeşlər tərəfindən sizə münasibət necə idi?

- Həmin anlar çox təsirli idi. İngilis azarkeşlərdə futbol mədəniyyəti açıq şəkildə hiss olunurdu. Onların davranışı, oyuna və rəqibə yanaşması hörmət üzərində qurulmuşdu. “Qarabağ” tribunalarına göstərilən bu hörmət, oyundan əvvəl və sonra hiss olunan mədəni atmosfer bizlər üçün çox dəyərli idi.

- Azərbaycanda hansı sahədə çalışırsınız? Yerli fan-klublarla əlaqəniz varmı?

- Azərbaycanda qurumların birində fəaliyyət göstərirəm. Hazırda rəsmi fan-klublarla hər hansı üzvlük və ya əlaqəm yoxdur. Amma bu oyundan sonra düşünürəm ki, azarkeş cəmiyyətimizlə əlaqələr daha da sıxlaşa bilər.

- "Qarabağ" azarkeşləri üçün ayrılmış tribunada yalnız Bakıda gedən azarkeşlər var idi, yoxsa İngiltərədə yaşayan soydaşlarımız da iştirak edirdilər? Aranızda oyunla bağlı hər hansı dialoq, müzakirələr oldumu?

- Tribunada təkcə Azərbaycandan və ya İngiltərədən gələn azarkeşləri yox, dünyanın bir çox ölkəsində yaşayan soydaşlarımızı gördüm. Hətta türk azarkeşlərin də “Qarabağ”a dəstək üçün tribunada olması xüsusi qürur hissi yaşatdı. Kiçik haşiyə çıxıb bir məqamı vurğulamaq istəyirəm. Oyunun başlamağına saatlar qalmış biletimdə problem yarandı. Bu problemi Liverpulda olan həmvətənlilərimiz sayəsində həll etdim. Bu bir daha harada yaşamağımızdan asılı olmayaraq eyni bayraq altında birləşdiyimizin bir daha sübutu idi…

Son olaraq, komandamızın beynəlxalq arenada göstərdiyi mübarizə, xarakter və iradə hər bir azarkeş üçün qürur mənbəyidir. “Qarabağ”a növbəti mərhələdə və gələcək oyunlarda ürəkdən uğurlar arzulayıram. İnanıram ki, bu yol yeni qələbələr və daha böyük sevinclərlə davam edəcək.




 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see283

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see192

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see184

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see180

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see178

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see152

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see152

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri