Icma.az
close
up
RU
Hədə qorxu və ya şantaj yolu ilə kimisə cəzalandırmaq istəyən şəxslər cinayət məsuliyyəti daşıyır

Hədə qorxu və ya şantaj yolu ilə kimisə cəzalandırmaq istəyən şəxslər cinayət məsuliyyəti daşıyır

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu günlərdə oxuculardan biri müraciət edərək bildirdi ki, etibar etdiyi şəxslərdən biri ona qarşı etibarsızlıq edib, daha doğrusu, ikisinin arasında olan söhbəti ictimailəşdirməklə ona hədə-qorxu gəlib. Maraqlıdır ki, şəxs tez-tez qarşı tərəfə bu formada hədə-qorxu gəlsə, bunun şantaj olduğunu və buna görə cinayət məsuliyyəti daşıdığını başa düşmür. Cinayət məsuliyyəti bir kənara qalsın, bu məsələnin ictimai qınaq tərəfi də var ki, oxucu bu məsələni ictimailəşdirsə, qarşı tərəf üçün heç də yaxşı olmaz.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələ "hədə-qorxu ilə tələb etmə" sayılır və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən şəxsdən hədə-qorxu ilə tələb etmə müraciət edən şəxsin özünün və ya yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, rüsvayedici məlumatları yaymaq və bunun qarşılığında müəyyən hüquqların və əmlakın tələb olunması cinayət hesab olunur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsinə uyğun şəkildə sanksiyalaşdırılır: “Əgər bu əməllər təsdiq olunarsa, üç ildən beş ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunur. Bu halların ağırlığı müəyyən olunur. Qeyd edim ki, ağırlığı olmadıqda belə, şəxsin şəxsi həyat toxunulmazlığının pozulması olduqda, məsələn, şəxsin özünün və ailə həyatı sirrlərinin məlumatlarının əks olunduğu səs yazısı, foto-video çəkilişi, bunun qanunsuz toplanılması və yayılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinə uyğun şəkildə tənzimlənir”.

Ramil Süleymanov / Foto: Bizimyol.info

Ramil Süleymanov qeyd edib ki, bu əməli törədən şəxs 1000 manatdan 2000 manata qədər miqdarda cərimə olunur və ya 240 saatdan 480 saata qədər ictimai işlər və ya bir ilə qədər müddətə islah işləri ilə cəzalandırılır. Hüquqşünas əlavə edib ki, əgər bu əməlləri törədən şəxs vəzifəli şəxsdirsə, ola bilər ki, vəzifəli şəxs qulluq mövqeyindən istifadə edir, buna görə ona hətta iki ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Eyni zamanda, üç ilə qədər müddətə müəyyən vəzifə tutmaq, fəaliyyətlə məşğul olmaq hüququndan da məhrum olunur.

P.S. Əgər kiminsə səsini və ya videosunu gizli şəkildə çəkib, bundan onu şantaj məqsədilə istifadə etmək istəyirsinizsə və yaxud kiminsə sizinlə şəxsi zəmində danışdığı söhbəti ictimailəşdirməklə hədələyib nəsə əldə etmək istəyirsinizsə, bunun cəzasının da olacağını unutmayın.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 İyun 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri