Icma.az
close
up
RU
Şantaj və hədə qorxu media fəaliyyəti deyil Müşfiq Ələsgərli

Şantaj və hədə qorxu media fəaliyyəti deyil Müşfiq Ələsgərli

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Jurnalistika nüfuzuna zərbə vuran cinayətkar əməllərə qarşı ciddi tədbirlər tələb olunur

Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Zərdab rayonunda bir nəfərdən barəsində rüsvayedeci məlumatlar yayacağı hədəsi pul tələb edən “saat24.az” saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayev və rayon sakini Natiq İmamalıyev polis əməkdaşları tərəfindən tutulub. Faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. 

Qeyd edək ki, bu hadisə mediada dələduzluq və şantaj halları ilə bağlı baş verən ciddi pozuntuların növbəti nümunəsi kimi diqqət çəkib.

Mütəxəssislərin fikrincə, son illərdə informasiya texnologiyalarının inkişafı və internet medianın geniş yayılması ilə bərabər, bəzi şəxslər bu imkanlardan qanunsuz məqsədlər üçün istifadə edərək, insanların reputasiyasını və şəxsi həyatını təhdid edir, onlardan hədə-qorxu ilə pul tələb etməyə çalışırlar. Belə halların artması media etikasına və ictimai etimada zərər vurur, cəmiyyətin informasiyaya olan inamını sarsıdır. Bu səbəbdən də hüquq-mühafizə orqanlarının belə cinayətlərin qarşısını almaq üçün sərt tədbirlər görməsi, ictimai təhlükəsizliyin təminatı baxımından böyük önəm daşıyır. 


Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə Sherg.az-a açıqlamasında deyib ki, insanları şantaj etmək, hədə-qorxu ilə pul tələb etmək və ya başqa bir tələb irəli sürmək media hadisəsi kimi təqdim olunmamalıdır, bu, birmənalı şəkildə cinayət əməlidir: 

“Bu cür əməllər birmənalı şəkildə Cinayət Məcəlləsi ilə tənzimlənir və cəzalandırılır. Hadisənin mahiyyətində olan əsas problem, həmin şəxslərin cinayətkar niyyətlərini həyata keçirmək üçün media resurslarından sui-istifadə etmələridir. Burada media yalnız bir vasitə rolunu oynayıb, yəni cinayətkarlar öz məqsədlərinə çatmaq üçün media platformasını seçiblər. Əslində, onlar bu cinayətləri digər vasitələrlə də fiziki təzyiq, soyuq və ya odlu silahla insanları hədələməklə həyata keçirə bilərdilər.

Bu baxımdan, media sadəcə bir alət kimi istifadə olunub və bu hadisənin jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Jurnalistika peşəsi, medianın missiyası ictimaiyyəti obyektiv, qərəzsiz və dürüst informasiyalarla təmin etməkdən ibarətdir. Media resurslarının belə cinayətkar məqsədlər üçün istifadəsi peşə etikasına və jurnalistlərin davranış kodeksinə tamamilə ziddir”.


Media vasitələrindən sui-istifadənin özünün də əlavə məsuliyyət yaratdığını vurğulayan M.Ələsgərli qeyd edib ki, insanlardan şantajla, hədə-qorxu ilə pul tələb etmək yalnız cinayət olmaqla kifayətlənmir, həm də media qanunvericiliyində qadağan olunmuş hallardandır. Azərbaycanda jurnalistlərin davranış kodeksi və medianın etik prinsipləri bu cür hallara qarşı ciddi mövqedədir və həmin kodeksin 5-ci maddəsi xüsusi olaraq belə neqativ halların qarşısını almağa yönəlib: 

“Konkret olaraq Zərdabda baş verən hadisə həm hüquqi, həm də etik baxımdan xuliqanlıq əməlidir. Medianın ümumi nüfuzuna zərbə vuran bu hadisə göstərir ki, media subyektlərinin fəaliyyətində şəffaflıq, peşəkarlıq və qanunçuluq prinsiplərinə ciddi əməl edilməli, hər hansı sui-istifadə halları vaxtında aşkarlanıb cəzalandırılmalıdır. Media vasitələrindən sui-istifadə hallarına qarşı sıfır tolerantlıq tətbiq edilməli, belə cinayətkar əməllərin qarşısı alınmalı və medianın imici qorunmalıdır. Çünki jurnalistika ictimai etimad və məsuliyyət üzərində qurulan müqəddəs peşədir və bu nüfuzun qorunması üçün hər kəs öz rolunu bilməli, qanunlara və etik normalara ciddi əməl etməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 03:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri