Icma.az
close
up
RU
Hədəf idarəetmədə yeni keyfiyyət dəyişikliyinə nail olmaqdır!

Hədəf idarəetmədə yeni keyfiyyət dəyişikliyinə nail olmaqdır!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Ölkəmizdə 2003-cü ildən etibarən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq davamlı islahatlar həyata keçirilir. Bütün istiqamətləri əhatə edən islahatlar inkişafa güclü təkan verir. Qabaqcıl beynəlxalq təcrübə və ölkəmizin reallıqları nəzərə alınmaqla hazırlanan islahatların reallaşdırılması sayəsində irəli getmək, uğur qazanmaq, daha yuxarı pilləyə yüksəlmək üçün yeni fürsət pəncərələri açılır. Bir sıra hallarda islahatlar sahəvi səciyyə daşıyır. Yəni yeni proqramlar hazırlanarkən konkret istiqamətlərin özəllikləri və məhz bu sahə üzrə müəyyənləşdirilən hədəflər nəzərə alınır. Dövlət quruculuğunda, idarəetmədə aparılan islahatların nəticələri isə ayrılıqda götürülmüş bir sahədə deyil, ümumən ölkənin inkişafında təzahür edir. Bu baxımdan idarəetmənin yenilənməsi məqsədilə aparılan islahatlar daha böyük məsuliyyət yaradır. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq Fərmanla təsdiqlənən “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” ölkəmizin inkişafının indiki mərhələsində müvafiq dövlət qurumlarının fəaliyyətində yeni keyfiyyət dəyişikliklərinə nail olunmasına  hesablanıb.

Dövlətin siyasi iradəsi, cəmiyyətin sosial sifarişi

Aydın məsələdir ki, idarəetmə strukturuna bir ehkam kimi yanaşmaq olmaz. Zaman dəyişdikcə, çağırışlar təzələndikcə idarəetmə strukturunun da buna uyğunlaşmasına zərurət yaranır. Hazırda Dördüncü sənaye inqilabı dövrüdür, innovasiyalar həyatın bütün sahələrinə getdikcə daha çox dərəcədə nüfuz edir. Belə bir şəraitdə idarəçilikdə köhnə metodların tətbiqi, əlbəttə ki, məqbul deyil, bu, zamandan geri qalmaq deməkdir. Zamanın tələbinə uyğun olaraq idarəetmə strukturlarının fəaliyyətinin optimallaşdırılması, necə deyərlər, qlobal trenddir və Azərbaycan da bu proseslərdən kənara qala bilməz.

Eyni zamanda, məsələyə ölkəmizin  reallıqları kontekstində yanaşmalıyıq. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev vəzifələrə yeni təyin olunmuş icra başçıları ilə keçirdiyi görüşündə respublikamızdakı real mənzərəni göz önündə canlandırdı. Bildirildiyi kimi, ayrı-ayrı məmurlar cəmiyyətə pis nümunə göstərirlər, etimaddan sui-istifadə edirlər, şəxsi məqsədlər güdürlər. Nümunəvi inkişaf modelinə malik olan Azərbaycanın idarəçiliyində belə mənfi hallara yer olmamalıdır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və Özünün şəxsi nümunəsi ilə təsdiqlədiyi siyasət vətəndaşyönümlüdür. O, tez-tez regionlara səfərlərə getməklə, ictimaiyyət nümayəndələri ilə görüşüb onların arzu və istəklərini öyrənməklə əslində dövlət və cəmiyyəti bir-birinə yaxınlaşdırır. Belə də olmalıdır. Azərbaycan Prezidentinin prinsipial yanaşması ondan ibarətdir ki, dövlət xalqa xidmət etməli, xalqın həyat şəraitini yaxşılaşdırmaq, vətəndaş məmnunluğunu təmin etmək üçün fəaliyyət göstərməlidir. Dövlətin bu funksiyası icra strukturları və rəhbər vəzifələr tutan məmurlaar vasitəsi ilə reallaşdırılır. Deməli, son nəticədə dövlət idarəçiliyində keyfiyyət göstəriciləri bilavasitə strukturların və onların başında dayanan kadrlardan asılıdır. Dövlət başçısının təsdiqlədiyi Nümunəvi  Əsasnamə də məhz dövlət idarəçiliyində keyfiyyət göstricilərini daha yüksək səviyyəyə qaldırmaqdan ibarətdir. Əgər bu gün Azərbaycan dünya miqyasında yüksək standartlara malik ölkə kimi qəbul edilirsə, heç bir halda yol vermək olmaz ki, hansısa bir idarəetmə strukturunun və yaxud hansısa bir məmurun yarıtmaz fəaliyyəti buna kölgə salsın. Prezident İlham Əliyev dövlət idarəçiliyinə o fəlsəfədən yanaşır ki, XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin.

Mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətlərinə verilən  tələblər Azərbaycanın yeni baxışlarını və müasir simasını əks etdirəcək. Burada heç şübhəsiz ki, kadrlar mərkəzi fiqurlar qismində çıxış edəcəklər. Kadrlar idarəetməyə yeni nəfəs və dinamizm gətirməlidirlər. Ölkəmizdə aparılan islahatların, o cümlədən də şəffaflaşdırmanın, neqativ hallara qarşı mübarizənin əhatə dairəsinin davamlı şəkildə genişləndirilməsinin, ideoloji işin, gənclərə qayğının, könüllülük hərəkatının genişlənməsinin məntiqi nəticəsi olaraq sağlam ruhlu nəsil formalaşmaqdadır. Yeni idarəetmə modelini də məhz bu nəsil irəli aparacaq və daha uğurlu edəcək. Dövlətin, Prezidentin siyasi iradəsi, cəmiyyətin sosial sifarişi də məhz bundan ibarətdir.

Dövlət və ictimai münasibətlərdə olduqca mühüm hadisə

Ölkəmizdə ictimaiyyət nümayəndələri, ziyalılar da mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin təsdiqlənməsini, idarəetmənin yeni çərçivələrinin müəyyənləşdirlməsini alqışlayırlar. “Dövlət canlı orqanizmə bənzəyir. Onun işlək vəziyyətdə olması, sağlam inkişaf etməsi və tərəqqisi üçün daim islahatlar həyata keçirilməli, struktur və kadr dəyişikliyi aparılmalıdır”. Bu fikri “Yeni Azərbaycan”a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət və Sahibkarlıq Komitəsinin sədr müavini Azər Badamov ifadə edib. Deputatın sözlərinə görə, ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında dövlət idarəçiliyinin davamlı olaraq təkmilləşdirlməsinə və daha yüksək pilləyə qaldırılmasına hesablanan qərarlar verilib.  Bu baxımdan ölkə Prezidentinin 17 noyabr 2025-ci il tarixində imzaladığı Fərmanla “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiqlənməsi dövlət və ictimai münasibətlərdə olduqca mühüm hadisədir.

Milli Məclisin üzvü bildirib ki, təsdiqlənən sənədə əsasən, mərkəzi icra hakimiyyəti orqanı normativ hüquqi aktlarla müəyyən edilmiş sahələrdə dövlət siyasətini, dövlət nəzarətini, dövlət tənzimləməsini və əlaqələndirməni həyata keçirir. Mərkəzi icra strukturları öz fəaliyyətlərində Azərbaycan Konstitusiyasını, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və digər qanunvericilik bazasını, eləcə də  Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Orqanın hüquqi aktlarını rəhbər tutur.

Azər Badamov bildirib ki, dövlət orqanları arasında koordinasiya vacib amildir. Bu baxımdan sözügedən əsasnamənin müddəaları daha geniş əhatə dairəsinə malikdir. Belə ki, əsasnamədə mərkəzi icra hakimiyyəti orqanlarının digər qurumlarla koordinasiyalı fəaliyyəti ilə yanaşı, onların vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqədə fəaliyyət göstərmələri hədəflənir. Sənədlə müəyyənləşdirilir ki, mərkəzi icra hakimiyyəti orqanları müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunmasına nəzarət həyata keçirməli, dövlət maraqlarının qorunmasını təmin etməli, eyni zamanda, müvafiq sahədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə nail olmalı, onların pozulmasının qarşısını almalıdır. “Sənədə əsasən, mərkəzi icra hakimiyyəti orqanı vahid dövlət siyasətinin  formalaşmasında sadəcə iştirak etməklə kifayətlənməməli, həm də bu siyasətin həyata keçirilməsini təmin etməlidir. Diqqətçəkən amillərdən biri də odur ki, müvafiq Orqan müəyyən və təqdim edilmiş normalar daxilində fəaliyyət göstərməklə məhdudlaşmamalı, həm də onun özünün normayaratma fəaliyyəti olmalıdır. Mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə  də fəaliyyət göstərməli və etimadı doğrultmalıdır”, - deyə Azər Badamov vurğulayıb.

Deputat Prezident İlham Əliyevin vəzifələrə yeni təyin olunmuş icra başçıları ilə görüşdə verdiyi ciddi mesajların ardından  “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ni təsdiqləməsinin bir-birini tamamladığına diqqət çəkib. Bu, ölkə Prezidentinin dövlət idarəçiliyinin daha da optimallaşdırılmasına, bu sahədə yeni keyfiyyət dəyişikliyinə nail olunmasına verdiyi ciddi önəmin ifadəsidir. Qürurverici haldır ki. idarəetmə islahatları Qalib Azərbaycanın bütün ərazilərində həyata keçirilir. Dövlət başçımız tərəfindən idarəçilikdə yeni yanaşmanın, yeni vizyonun, əslində isə yanlış fikirlərdən təmizlənən idarəçilik modelinin tətbiqini görürük. Fərmanda da göstərilir ki, dövlət - özəl tərəfdaşlığı vacibdir. Mərkəzi icra hakimiyyəti  orqanları sahibkarlara dəstək verməlidirlər. “İxtisaslı kardlara bütü sahələrdə ehtiyac var. Peşəkar kadrlar dövlətin onurğa sütunudurlar, desək, yanılmarıq. Bu baxımdan Fərmanda da göstərildiyi kimi kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək mühüm işdir”, - deyə Azər Badamov bildirib.

“Yeni reallıqlar və çağırışlar bizdən son dərəcə ehtiyatlı davranmağı tələb edir” deyən deputat vurğulayıb ki, Azərbaycanın yaratdığı reallıqları qəbul etmək istəməyən, uğurlarımızı gözü götürməyən aktorların, maraqlı qüvvələrin mövcudluğu fonunda dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlərlərin görülməsi son dərəcə vacibdir. Buna görə də mərkəzi icra hakimiyyəti orqanları fəaliyyət istiqamətlərinə uyğun zəruri təhlükəsizlik tədbirləri görməlidirlər. Deputat qeyd edib ki, aparılan idarəetmə islahatları son nəticədə  Azərbaycan dövlətinin və cəmiyyətinin daha da möhkəmlənməsini hədəfləyir.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Noyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri