Icma.az
close
up
RU
Kreml Qafqazda nəyə hazırlaşır? İrəvan və Bakı hədəfdə, 3 ölkə meydanda

Kreml Qafqazda nəyə hazırlaşır? İrəvan və Bakı hədəfdə, 3 ölkə meydanda

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son həftələrdə Ermənistanın Gümrü bölgəsindəki 102-ci bazasına çox sayda hərbi texnika və sursat gətirilməsi regionda narahatlıqla qarşılanıb. Məlumata görə, hər gün Rusiyadan Ermənistana silah dolu bir neçə yük təyyarəsi enir. Rəsmi açıqlama olmasa da, bu vəziyyət müxtəlif iddialara səbəb olub. Bəziləri bu silahlanmanı Moskvadan İrəvana hərbi çevriliş planı ilə əlaqələndirir. Ermənistan hakimiyyətinin susqunluğu isə sualları daha da artırır.

Rusiyanın bu hərbi hərəkətliliyi Cənubi Qafqazda yeni gərginliyin başlanğıcı ola bilərmi? Rusiya Ermənistanda çevrilişmi planlaşdırır? Və ya məqsədi nədir?

Ölkə.Az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, sözügedən proses Moskvanın Cənubi Qafqazdakı hərbi mövqelərini gücləndirməyə yönəlmiş addımdır:

“İrəvan və Kreml arasında siyasi böhran yaşanır. Hazırkı vəziyyət həm Ermənistan, həm də Azərbaycana əzələ nümayişi olaraq qiymətləndirilə bilər. Bu ölkə Ukraynaya qarşı dünyanın gözü önündə müharibə aparırsa, eyni addımları Ermənistanda da atması mümkündür. Gümrüdəki bazada hərbi çevriliş baş verə, bu halda revanşist qüvvələr hakimiyyətə gələrək Bakıya qarşı müharibə elan edə bilərlər. Kremldən hər şey gözlənilir. Əgər Rusiya belə bir addım atsa, qarşısında Türkiyəni, Böyük Britaniyanı və Pakistanı görəcək”.

Politoloq qeyd edib ki, Rusiyanın Cənubi Qafqazda geo-rəqabət şəraitində Gümrüdəki hərbi bazalarını möhkəmləndirməsi yeni bir rəqabətə hazırlıqdır:

“Ermənistan Zəngəzur dəhlizinə nəzarəti Rusiyaya vermək istəmir. Bu, regionda yeni gərginlik yarada bilər. Digər tərəfdən, İrəvan anti-Rusiya siyasətini davam etdirir. Seçkilərin yaxınlaşması ilə paralel olaraq, Ermənistandakı revanşist müxalifət də aktivləşib və Moskvadan dəstək gözləyirlər. Proseslər ciddi şəkildə inkişaf edir və görünür, Rusiyanın bütün kartları əldən çıxdığı üçün artıq Gümrüdə və Ermənistandakı siyasi prosesləri idarə etməyə başlayacaq. Təbii ki, Kreml qoşun birləşmələrini Zəngəzura da yerləşdirə bilər. Yəni baş verə biləcək heç bir ehtimalı istisna etmirəm. Çünki Rusiya zəiflədikcə daha da aqressiv və azğın siyasət yürüdür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 İyul 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri