Icma.az
close
up
RU
Tramp və Mask hədəfdə

Tramp və Mask hədəfdə

Icma.az, Gununsesi saytına istinadən bildirir.

2024-cü ilin sonu və Yeni ilin ilk günləri Amerika Birləşmiş Ştatları üçün pis başladı. Cəmi 3 gün ərzində 2 terror hadisəsi və Las-Veqas şəhərində yeni seçilmiş Prezident Donald Trampa məxsus “Tramp İnternational” otelinin qarşısında Tesla “Kibertrusk” (Cybertruck) markalı pikapın partlaması qeydə alınıb. Baş verənlər Ağ Evin gələcək sahibi üçün 2025-ci ilin ağır keçəcəyinin xəbərçisidir.

Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, bu hadisələrdə hazırda ABŞ-ın iki əsas fiqurunun – Donald Trampın və İlon Maskı göz önünə gətirib: birinin oteli hədəf götürülüb, digərinin icad etdiyi avtomobili müəmmalı şəkildə partlayıb:

“İlon Mask partlayışla bağlı X sosial şəbəkəsindəki hesabında “biz heç vaxt belə bir şey görməmişik” cümləsini yazıb. Görünür, Mask bununla ona işarə edib ki, ona və dəstəklədiyi prezidentə qarşı təxribat həyata keçirilib.

Tramp-Mask ittifaqı Amerikanın siyasi dairələrində çoxlarını narahat edir. İki mühafizəkarın ittifaqının ABŞ-ın daxili və xarici siyasətinə mənfi təsirləri barədə müxtəlif mülahizələr mövcuddur. Mövzu ilə bağlı “Nyu York Tayms” dərgisində maraqlı məqalə yayımlanıb. Məqalədə keçmiş amerikalı general Rassel Onorenin Maskı “Amerika üçün əsas təhlükə” adlandırması yer alıb. General Maskın ABŞ-ın əsas rəqibi Çinlə əlaqələrinə diqqət çəkib. Generalın fikrincə, Trampdan fərqli olaraq, Mask Çin Kommunist Partiyası və onun yürütdüyü siyasət barədə yüksək fikirdədir. Həqiqətən Maskın Çində yatırımları və zavodları mövcuddur. Məqalədə yazılıb ki, Mask Çin hökumətinin nəzarət etdiyi banklardan təxminən 1.4 milyard dollar kredit götürüb. Bu pula Çinin Şanxay şəhərində “Tesla” şirkətinə məxsus zavod tikilib. General Çinin müxtəlif ölkələrə və biznesmenlərə kreditləri havayı vermədiyini, bunun qarşılığında siyasi tələbləri olduğuna diqqəti çəkib.

Maraqlıdır ki, Donald Trampın özü Ağ Evdə oturan kimi Çinə qarşı gömrük tariflərini artıracağını planlaşdırıb. Belə olan halda Maskın Trampın bu qərarına dəstək verməsi çətindir. Çünki əks halda Maskın Çindəki yatırımları və zavodu təhlükə altında olacaq. Maskın Pekinlə yaxınlığı gələcək dövlət katibi Marko Rubionun da narahatlığına səbəb olub.

Başqa narahatlıq Maskın Pekinlə yanaşı Moskva ilə də sıx əlaqələrinin mövcud olmasıdır. “Voll Strit Jurnal” dərgisində yayımlanan məqalədə Maskın 2022-ci ilin sonundan Rusiya Prezidenti Vladimir Putinlə də təmasları olduğu bildirilib. Bu baxımdan bir qrup demokrat senator İlon Maskın müxtəlif ölkələrin hökumətləri ilə imzaladığı müqavilələri araşdırmağı tələb edib”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri