Icma.az
close
up
RU
Həftənin müəyyən günləri onlayn, müəyyən günləri ənənəvi tədrisə keçilməlidir AÇIQLAMA

Həftənin müəyyən günləri onlayn, müəyyən günləri ənənəvi tədrisə keçilməlidir AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Problemin ən böyük tərəfi ondan ibarətdir ki, onlayn təhsil çətin hava şəraitində, qarlı havada yada düşdü. Ekspertlərin onlayn təhsili sırf çətin şəraitlərdə yada salması ondan xəbər verir ki, biz onlayn təhsilə tədris vasitəsi kimi yox, yalnız və yalnız çətin hallar üçün alternativ çıxış yolu kimi baxırıq. Niyə biz aylar öncədən bu məsələni qabardmırdıq axı? 21-ci əsr təhsil tələblərindən biri də bu idi".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elmin Nuri onlayn təhsilin vacibliyindən danışarkən bildirdi.

"Mediadakı açıqlamaları oxuyuram, təbii ki, hər kəs fikir söyləməkdə sərbəstdir. Amma bu gün biz onlayn təhsilə peşəkar tədris mexanizmi kimi baxmırıq. Ancaq çətin hallarda yada düşür. Məsələn, pandemiya dövründə onlayn təhsili xatırladıq. İndi çətin hava şəraiti oldu, yenə onlayn təhsili yada saldıq. Axı bu belə olmamalıdır. Onlayn təhsil bu günün tələbidir. Amma ənənəvi tədrisi tamamilə yox etməməliyik".

Ekspert qeyd etdi ki, bu günün, sabahın, uzaq gələcəyin yeganə tədris forması kimi hibrid təhsili göstərə bilərik:

"İstər ali təhsildə, istər orta təhsildə biz hibrid tədrisə getməliyik. Amma biz bunu etmirik. Başa düşdük ki, ümumtəhsildə bu, çətindir. Ali təhsildə isə bu, çətin deyil. Çətin havada bir neçə universitet onlayn təhsilə keçidlə bağlı qərar verdi. Biz buna distant təhsil deyə bilmərik. Çünki bizdə distant təhsil anlayışı hələ formalaşmayıb. Ənənəvi təhsilin onlayn forması başqa, distant təhsil başqa mövzudur. Əvvəlcə bu incə fərqi aradan qaldırmalıyıq. Bundan sonra düşünməliyik ki, universitetlərimizin buna imkanı var, yoxsa yoxdur. Təbii ki, heç bir dünya təhsili onlayn təhsilə arxalana bilməz. Bu gün ən orijinal çıxış yolu hibrid şəkildir. Həftənin müəyyən günləri onlayn, müəyyən günləri ənənəvi tədris unikal seçimdir", - deyə E.Nuri vurğuladı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri