Icma.az
close
up
RU
Həftəsonu 45 manata istirahət edə biləcəyiniz yerlər

Həftəsonu 45 manata istirahət edə biləcəyiniz yerlər

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay mövsümünün ikinci yarısında məzuniyyətə çıxmayan və ya qısa həftəsonu istirahəti planlaşdıranlar üçün Azərbaycanda həm büdcəyə uyğun, həm də rahat səyahət imkanları mövcuddur.

Bunu Modern.az-a açıqlamasında turizm eksperti Samir Dübəndi deyib.

Ekspert bildirib ki, Bakıdan çıxışı nəzərə aldıqda bir günlük istirahət üçün ən münasib istiqamətlər Xızı–Altıağac və Şamaxı–Pirqulu, bir gecəlik səfərlər üçün isə İsmayıllı–Basqal–Lahıc, Quba–Qəçrəş–Qusar və Lənkəran–Lerik marşrutlarıdır.

"İlk iki istiqamətdə yola daha az vaxt sərf olunur. Quba və İsmayıllı təbiət, iqlim və xidmət seçimi baxımından daha balanslıdır. Lənkəran–Lerik isə məsafəyə görə iki günlük proqram üçün daha məqsədəuyğundur", – deyə o qeyd edib.

Samir Dübəndinin sözlərinə görə, 3 avqust 2026-cı il tarixinə elan olunan təkliflərə əsasən, bir günlük qrup turlarının qiyməti adambaşına adətən 22–35 manat arasında dəyişir. Xınalıq və daha uzaq dağ marşrutlarında isə qiymətlər 50 manata qədər yüksəlir.

Ekspert bildirib ki, qidalanma və ödənişli məkanlara giriş xərcləri də nəzərə alındıqda, bir nəfər üçün gündəlik real xərc təxminən 45–80 manat, iki nəfər üçün isə 90–160 manat təşkil edə bilər. O, hazırda Şamaxı, İsmayıllı, Quba və Lənkəran–Lerik istiqamətlərində bu qiymət diapazonunda təkliflərin olduğunu vurğulayıb.

Müsahibimizin sözlərinə görə, bir gecəlik, iki günlük hazır tur paketləri əsasən adambaşına 109–135 manat civarında təklif olunur. Bu paketlərə adətən nəqliyyat, gecələmə və bəzi hallarda səhər yeməyi daxildir.

Samir Dübəndi əlavə edib ki, səfər müstəqil təşkil olunarsa, büdcə kateqoriyalı qonaq evi və ya hotel, sadə qidalanma, nəqliyyat və yerli gedişlər daxil olmaqla iki nəfər üçün Şamaxı–İsmayıllı istiqamətində təxminən 180–280 manat, Quba–Qusar və Lənkəran–Lerik marşrutlarında isə 210–340 manatlıq büdcə nəzərdə tutmaq daha realdır. Premium hotellər, ayrıca kottec və fərdi transfer seçildiyi halda isə xərclər daha yüksək olur.

Ekspert hesab edir ki, ən qənaətli seçim bir günlük Şamaxı–Pirqulu və ya İsmayıllı–Lahıc qrup turudur. Daha sakit və dolğun istirahət üçün isə Quba və ya Lənkəranda qonaq evində bir gecəlik səfər daha məqsədəuyğun variant sayılır.

Samir Dübəndi sonda vurğulayıb ki, göstərilən rəqəmlər rəsmi orta tarif deyil, cari bazar təklifləri əsasında formalaşan təxmini qiymət diapazonudur. Onun sözlərinə görə, həftəsonu tələbatının artması səbəbindən qiymətlər yüksələ bildiyi üçün əvvəlcədən rezervasiya etmək və paketə daxil olan xidmətləri dəqiqləşdirmək vacibdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Avqust 2026 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri